MÜNXEN HAVA LIMANINDA BİR SƏRNİŞİNQADINDAN 15 KİLOQRAM TİRYƏK TUTULMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Münxen beynəlxalq hava limanında gömrük xidmətçiləri sərnişin qadının çamadanında məharətlə düzəldilmiş ikinci gizli alt qatdan 15 kiloqram tiryək çıxarmışlar.
Polisin məlumatına görə, həbs olunan 32 yaşlı kanadalı qadın narkobiznezçiləri əlaqələndirən, beynəlxalq axtarışda olan, peşəkar kuryerdir. Ankaradan Madridə uçan qadının “yükünü” xüsusi təlim keçmiş it aşkar etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]