Müqəddəs Taxt-Tacın kardinallarının sayı artırılıb
Vatikan, 30 sentyabr, AZƏRTAC
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Müqəddəs Taxt-Tac üzrə kardinalların sayının artırılması barədə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, sentyabrın 30-da Vatikanın Müqəddəs Pyotr meydanında Papa Fransiskin iştirakı ilə 21 yeni kardinalın andiçmə mərasimi keçirilib. Onlardan 18-i seçici, 3-ü qeyri-seçicidir və ən yaşlısı 96 yaşındadır. Yeni kardinallardan 3-ü italiyalıdır. Hazırda Müqəddəs Taxt-Tacın kardinallarının sayı 242-dir ki, onlardan 137-si seçici və 105-i qeyri-seçicidir.
Roma Katolik Kilsəsinin rəhbəri yeni kardinallara məmur deyil, müjdəçi olmağı arzulayıb. Mərasimdə dünyanın hər yerindən gələn 12 minədək dindar iştirak edib.
Qeyd edək ki, kardinal xristian katolik kilsəsinin ruhani rütbəsidir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]