MÜSABİQƏNİN ZONA MƏRHƏLƏSİNƏ YEKUN VURULMUŞDUR
Müsabiqənin əsas məqsədi uşaq və yeniyetmələrin elmi-texniki potensialını üzə çıxarmaq və onların yaradıcılıq qabiliyyətlərini daha da inkişaf etdirməkdir.
Zaqatala Gənclər, idman və turizm idarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, zona mərhələsinin yekunlarına görə Şəki komandası “avto-model” və “gəmi modeli” nominasiyaları üzrə, Qəbələ komandası “radiotexnika modeli”, Qax komandası “raket modeli”, Balakən komandası isə “məişət və istehsalat modeli” nominasiyalarında qalib gəlmiş və müsabiqənin aprel ayında keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanmışlar.
Qaliblərə nazirliyin və rayon idarəsinin diplom və şəhadətnamələri, qiymətli hədiyyələr təqdim edilmişdir.