Musiqi məktəbi Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya hazırlayıb
Bakı, 1 mart, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin nəzəriyyə sinfinin şagirdləri Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş ədəbi-bədii kompozisiya hazırlayıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, internet üzərindən təqdim edilən və müəllim Samirə Quliyevanın təşkilatçılığı ilə ərsəyə gələn kompozisiyada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş erməni vəhşiliyindən, körpəyə, qocaya, uşaqlı analara qarşı törədilmiş insanlığa sığmayan işgəncələr və görülməmiş qətllərdən bəhs edilir.
Ədəbi-bədii kompozisiya M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin “Facebook” və “Instagram” hesablarında #JusticeForKhojaly həştəqi ilə paylaşılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:53]
Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı
- 28.09.2026 [12:08]
Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub
- 28.09.2026 [12:03]
“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında
- 28.09.2026 [11:44]
Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub
- 28.09.2026 [00:42]