Müstəqillik uğrunda mübarizədə yalnız vahid məfkurə ətrafında birləşmiş xalq qalib gələ bilər
Bakı, 20 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin 26-cı ildönümü günündə igid Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gələnlərdən biri də tibb bacısı Gülarə Əliyeva idi.
O, AZƏRTAC-a müsahibəsində bildirib ki, 26 il bundan əvvəl ağır texnikanın köməyi ilə Bakıya yeridilmiş xüsusi hərbi hissələr şəhərdə ağlasığmaz vəhşiliklər törədiblər. Bu qanlı aksiya zamanı nəinki qocalar, qadınlar və uşaqlar, habelə köməyə gələn tibb işçiləri belə güllələnərək öldürülüblər.
G.Əliyeva deyib: “20 Yanvar faciəsi bizdə xalqımızın birliyinin, həmrəyliyinin gücünə inam yaratdı və göstərdi ki, müstəqillik uğrunda mübarizədə yalnız vahid məfkurə ətrafında birləşmiş xalq qalib gələ bilər. Bu mənada 20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]