Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mütəxəssis: Allergiyanın qarşısını almaq üçün allergenin daxil olmasının qarşısını almaq vacibdir

Mütəxəssis: Allergiyanın qarşısını almaq üçün allergenin daxil olmasının qarşısını almaq vacibdir

Bakı, 21 oktyabr, AZƏRTAC

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Tahirə Pənahova payız-qış aylarında yaranan allergik reaksiyalar, stresin allergiyaya təsiri, uşaqlarda bu xəstəliyin ilkin əlamətləri ilə bağlı sualları cavablandırıb. AZƏRTAC həmin müsahibəni təqdim edir.

- Tahirə xanım, allergiyanın daha çox payız-qış aylarında yaranma səbəbi nədir?

- Adətən klassik allergiya mövsümü yaz və yay aylarında havanın xoşagəlməz simptomlara səbəb olan tozcuqlarla dolu olması ilə əlaqələndirilir. Lakin payız allergiya xəstələri üçün də az təhlükəli deyil. Payız aylarında allergiyaya meyilli insanlar tozdan başqa, bitki tozcuqları və kifdən də narahat ola bilərlər. Kif göbələkləri hər yerdə və ilin istənilən vaxtında ortaya çıxa bilər, lakin payızda yayılmasının əsas səbəbi rütubətli havadır. Kif göbələkləri mikroskopik hissəciklərlə təmsil olunur ki, bu da allergiyanın klassik simptomlarına səbəb olur. Belə ki, kif göbələklər rütubətli hava şəraitində, xüsusilə anbarlarda və ya zirzəmilərdə sürətlə çoxalır. Burada işıq çatışmazlığı kiflənməyə optimal şərait yaradır. İnsan öz evində də kif göbələklərlə təmasdan sığortalanmayıb. Şüşələnmiş eyvanlar, hamam və zəif havalandırılan otaqlar - bütün bunlar təhlükəli kif göbələklərinin riskini xeyli artırır.

Kif göbələklərinin səbəb olduğu payız allergiyası adətən tənəffüs problemləri ilə özünü göstərir. Simptomatika fitverici tənəffüs, öskürək, boğulma və rinoreya ilə burun nəfəsinin pozulması kimi özünü göstərə bilər. Ən pisi isə odur ki, insanda kif allergiyasının olması adətən astmanın kəskinləşməsinə səbəb ola bilər. Payız allergiyası çöl çiçəkləri və digər bitkilər - çiçəkləyən çınqıl, ambroziya, gicitkən, bağayarpağı da səbəb ola bilər. Allergiya xəstələri üçün ən təhlükəli ambroziya hesab olunur.

Bundan əlavə, bəzi qidalar da payız aylarında daha çox allergiya səbəb ola bilər. Bunlar sitrus meyvələri (naringi, limon, portağal, qreyfrut), feyxoa, kivi, ananas, qırmızı alma, üzümdür. Tərəvəzlərdən isə pomidor və bibəri qeyd edə bilərik. Bu qidalar yüksək allergen məhsullar hesab olunur. Mövsümdən asılı olmayaraq, qida allergiyasını inək südü, toyuq yumurtası, balıq və dəniz məhsulları, qoz, fındıq, badam, püstə, keşyu və digər çərəzlər, bal, göbələk, şokolad, buğda, soya, yerkökü, banan, turşu və ya konservləşdirilən məhsullar yarada bilər. Qida məhsullarına səbəb olan payız allergiyası adətən dəri və tənəffüs problemləri, həmçinin mədə-bağırsaq xəstəlikləri ilə özünü göstərir.

- Stres allergik reaksiyanı ağırlaşdıra bilərmi?

- Allergiya orqanizmin xarici və daxili qıcıqlayıcı amillərə qarşı cavab reaksiyasıdır. Allergiyalı xəstələr stresə daha çox həssasdırlar. Stres immunitet sistemini aktivləşdirə və ya aşağı sala bilər. Eyni zamanda, allergiyanın səbəbləri hələ də tibb elmi tərəfindən tam öyrənilməyib. İmmunitetin zəifləməsi mərkəzi sinir sistemindəki dəyişikliklərlə əlaqədar ola bilər. Ona görə də son vaxtlar “sinir allergiyası” diaqnozu qoyulur. Allergiyanın intensivliyi insanın emosional və psixi sabitliyindən asılıdır.

- Allergiya hansı yaş qrupundakı uşaqlarda daha çox müşahidə edilir?

- Allergik xəstəliklərə hər yaş qrupunda rast gəlinmək mümkündür. Son vaxtlar bu xəstəliyə daha çox yenidoğulan uşaqlarda təsadüf olunur. Buna səbəb kimi anaların hamiləlik müddətində qeyri-sağlam qidalanmaları (“fast-food" məhsullarından tez-tez istifadə), kosmetik və kimyəvi yuyucu vasitələrdən istifadə etməsidir. Bundan əlavə, yumşaq oyuncaqlar körpələrdə allergiyanın yaranmasında mühüm rol oynayır.

- Uşaqlarda allergiyanın ilkin əlamətlərinə nələr daxildir?

- Klinik formasından asılı olaraq, allergiya müxtəlif formalarda özünü göstərir. Tənəffüs allergiyasına mövsümü və ilboyu davam edən allergik rinit, rinosinusit, traxeobaronxit və ən ağır növü hesab olunan bronxial astma daxildir. Respirator allergiya zamanı uşaqlarda burunda qaşınma, asqırma, burun axması, gözlərin yaşarması, güclü öskürək (tutma şəkilli, boğucu), ciyərlərdə xışıltılı, fitverici tənəffüs, nəfəsalmanın çətinləşməsi, boğulma ola bilər.

Allergiyanın dəri formalarına qızartı, qaşınma və müxtəlif ölçülü səpkilər, atopik dermatit aid edilir. Həzm sistemində olan zədələnmələr qida və dərman qəbulu nəticəsində yaranan allergiyalar əlamətlərinə isə ürəkbulanma, ishal, ağız boşluğunun selikli qişasının şişməsi, qarında ağrılar, gəyirmə və mədə qıcqırması daxildir. Anafilaktik şok allergen maddənin (dərman preparatları, böcək zəhərləri və həşərat dişləməsi, qan preparatları, məişət-kimya məhsulları) orqanizmə düşməsi nəticəsində yaranan ən ağır allergik reaksiyadır. Anafilaktik şokun əlamətlərinə nəfəsalmanın çətinləşməsi, bədənin səpkilərlə örtülməsi, özündən getmə, bronxlarda spazm daxildir. Bu vəziyyət çox təhlükəlidir və təxirəsalınmaz tibbi yardım tələb edir.

- Allergiya sağala bilən xəstəlikdirmi?

- Əlbəttə ki, allergiyanı tamamilə müalicə etmək demək olar ki, mümkün deyil. Lakin səbəbini bildikdə xəstəliyi müalicə etmək daha asandır. Allergiyanın qarşısını almaq üçün allergenin daxil olmasının qarşısını almaq vacibdir. Məsələn, qida allergiyasıdırsa, buna səbəb olan qida rasiondan çıxarıldıqdan sonra şikayətlər də tam aradan qalxır. Dərman allergiyası ciddi xəstəliklər qrupuna aiddir. Əgər dərman allergiyasının səbəbi müəyyən edilməzsə, bu zaman xəstə tərəfindən dərmanın təkrar qəbulu zamanı daha ciddi allergik reaksiya və ya təhlükə anafilaktik şoka səbəb ola bilər.

Vaxtında həkim-allerqoloqa müraciət etməklə, xəstəliyin ağır formalarının inkişafının qarşısını almaq mümkündür.

Xəstələrin vaxtında allerqoloqa müraciət etməsi, mütəxəssis tərəfindən dəqiq və ətraflı müayinəsi və müalicə bu xəstələrin uzun müddət sağlam həyat sürməsinə kömək edir.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar?

Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək

® “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub

Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib

Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Qlobal maliyyə sistemində İslam maliyyəsinin yüksəlişi Azərbaycan üçün hansı yeni imkanlar yaradır?

Kiyev “Patriot” raketləri əldə etmək üçün Avropa Komissiyasının icazəsini almalıdır

UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub

bp: Azərbaycan gələcəyin texnologiyalarının yaradılması məkanına çevrilə bilər

Siyasi şərhçi: Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik mərhələsinə yüksəlib

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb

Asiyadan Qərbə uzanan mədəniyyət: türk və ərəb folklorunda kölgə oyunları

Rəşad Məcid: Bəzi sosial şəbəkələr uşaqların mənəvi inkişafına mənfi təsir göstərir

Bakı metrosu yay qrafikinə keçib

Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb

Xaosdan şanlı Zəfərə: BDU-da Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs olunub

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirə olunub YENİLƏNİB

İstanbul Bəyannaməsi üç ölkənin strateji tərəfdaşlığının növbəti təzahürüdür

Vergiödəyicilərinə xidmət mərkəzlərində 400 minədək xidmət göstərilib

Politoloq: Cənubi Qafqazda qlobal aktorların maraq dairəsi xeyli genişlənib

Azərbaycanda elektromobil və hibrid avtomobil idxalı kəskin azalıb – STATİSTİKA

Şəhid övladları üçün ənənəvi “Məzun günü” tədbiri təşkil olunub

Azərbaycan Badminton Federasiyası Ruandaya idman ləvazimatları göndərib

İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib

BMU-da Milli Qurtuluş Günü qeyd olunub

Bakıda “Azərbaycanda alman memarlığı” mövzusunda beynəlxalq konfrans başlayıb

Xızıda quşların antisanitar şəraitdə kəsildiyi və satışa çıxarıldığı aşkarlanıb

İTV: Dünya çempionatının bütün oyunları Azərbaycanda canlı yayımlanacaq

Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”

“Məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmininə dair” qanun layihəsi işğaldan azad edilmiş ərazilərin inkişafına mühüm töhfə verəcək – RƏY

Böyük Britaniyanın müdafiə naziri istefa verib

Məqsəd 16 yaşınadək uşaqların internetə çıxışını deyil, sosial platformalara girişini məhdudlaşdırmaqdır

BŞTİ məktəb direktorları və bağça müdirləri üçün təlim təşkil edib

Su infrastrukturunun inkişafı və yenidən qurulması istiqamətində mühüm işlər həyata keçirilir

Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir

Coğrafiyaşünas-alim: El Nino hava fenomeni Xəzər dənizinin səviyyəsinə təsirsiz ötüşməyəcək

Fridrix Merts: Almaniya Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsində iştiraka hazırdır

AHİK: Yollayışların verilməsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir

Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə

Haiti Futbol Federasiyası FIFA-nın tələbi ilə oyun formalarını dəyişdirməyə razı olub

Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib

Sadiq Qurbanov: Azərbaycan kənd təsərrüfatına yararlı torpaq fonduna görə bir çox Avropa ölkəsini üstələyir

Azərbaycan millisinin hücumçusu Madriddə əməliyyat olunub

Qərbi Azərbaycan İcmasında süni intellektin idarə olunması mövzusunda məlumatlandırma sessiyası

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru: Fermerlərə əlavə subsidiyaların verilməsi nəzərdə tutulur

Paytaxtda fəaliyyət göstərən təhsil mərkəzlərinin rəhbərləri AzTU-da olublar

Neymar Braziliya millisinin dünya çempionatındakı ilk oyununu buraxa bilər

Jerald Darmanənin təqdim etdiyi cinayət ədaləti islahatı ilə bağlı qanun layihəsi rədd edilib

İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir

Rəşad Hüseynov: Bitkiçilik sahəsində inkişaf heyvandarlığa nisbətən üstünlük təşkil edir

Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir

Rusiya Prezidentinə Novruz bayramına ümummilli status verilməsi təklif olunub

Azərbaycanın xarici siyasəti balanslı, çoxşaxəli və milli maraqlara əsaslanan praqmatik yanaşma ilə xarakterizə olunur - ŞƏRH

Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan musiqisi səslənib

Tarix Muzeyində mədəniyyətlərarası səyahət: uşaqlar Meksika və Azərbaycanı necə tanıdılar?

“Reuters”: ABŞ ilə İran arasında dondurulmuş vəsaitlər üstündə mübahisə gedir

Komitə sədri: 2026-2030-cu illər üzrə Dövlət Proqramı aqrar sahənin inkişafı üçün aydın yol xəritəsidir

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiahdan

Nazir: Keyfiyyətsiz toxum dövriyyəsinin qarşısı alınacaq

Azərbaycan və İran arasında yükdaşımaların artırılması sahəsində əməkdaşlığa dair protokol imzalanıb

Balıqçılıq və akvakultura sahəsində qüvvədə olan qanunvericiliyin yenilənməsi planlaşdırılır

Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?

Fransada magistral avtomobil yollarına nəzarət üçün dronlar sınaqdan keçirilir

“Aqrar sahə haqqında” yeni Qanunun hazırlanması nəzərdə tutulur

Məcnun Məmmədov: Kənd təsərrüfatı Azərbaycanın sosial-iqtisadi inkişafında xüsusi yer tutan strateji sahədir

Hamza Hamzaoğlu: Türkiyə millisinin yarımfinala yüksəlməsi çempionluq qədər dəyərli olar – EKSKLÜZİV

Xalq-Lider birliyinin təntənəsi: Heydər Əliyev irsi və müasir Azərbaycan

“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir

Çin sınaq peykini kosmosa göndərib

Nəsimi rayonunda ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb

Ekspert: İstanbul Bəyannaməsi Türkiyə, Azərbaycan və Gürcüstan əlaqələrinə dair vizyonu əks etdirir

Muxtar respublikada 226 milyon 57 min manatlıq sənaye məhsulu istehsal edilib

Culfada baş verən yanğında xəsarət alanların vəziyyətləri açıqlanıb - YENİLƏNİB VİDEO

Culfada baş verən yanğında xəsarət alanların vəziyyətləri açıqlanıb - YENİLƏNİB VİDEO

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı kimyəvi mübarizə tədbirləri aparılıb

Məhərrəm ayının başlanacağı tarix açıqlanıb

Böyük Britaniyada hər gün 3000-ə yaxın xəstənin xidmət üçün uyğun olmayan yerlərdə müalicə aldığı açıqlanıb

Bakıda atletika üzrə ölkə çempionatı start götürəcək

Azərbaycanda Amerika Ticarət Palatası “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib

Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib

Bu ilin 5 ayı ərzində narkotiklərlə mübarizə sahəsində 3 min 766 fakt aşkar edilib

Kəşmirin Pakistanın nəzarətində olan hissəsində baş verən qəzada 22 pakistanlı hərbçi həlak olub

Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub

BDYPİ: Texniki cəhətdən köhnəlmiş nəqliyyat vasitələri yollarda ciddi risk yaradır

Böyük Britaniyada “Ryanair” aviaşirkəti ilə bağlı araşdırma başlanıb

Ankara yunan Kipri ilə Fransa arasında hərbi sazişi pisləyib

Yunanıstan səfiri “ASAN xidmət”də

Azərbaycanın beynəlxalq enerji bazarlarında strateji rolu daha da güclənib MÜSAHİBƏ

Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb

Bu ilin 5 ayı ərzində 4 tondan çox narkotik vasitə və psixotrop maddələr müsadirə olunub

“Qarabağ” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb

Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır

Azərbaycanla İran arasında Araz çayının su ehtiyatlarının bölüşdürülməsi ilə bağlı iş rejimləri təsdiqlənib

Volkan Yılmaz: Türkiyə-Azərbaycan qardaşlığı bizim üçün böyük əhəmiyyətə malikdir