Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mütəxəssis: Arterial təzyiqin yüksəlməsi və ödəm böyrək xəstəliyinin ilk simptomlarıdır

Mütəxəssis: Arterial təzyiqin yüksəlməsi və ödəm böyrək xəstəliyinin ilk simptomlarıdır

Bakı, 17 fevral, AZƏRTAC

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nefroloq Elnur Fərəcov böyrəklərdə xroniki xəstəlik, xəstəliyin ilkin simptomları, yaranma səbəbləri və müalicə üsulları ilə bağlı sualları cavablandırıb. AZƏRTAC həmin müsahibəni təqdim edir.

- Elnur həkim, böyrəklərin xroniki xəstəliyinin yaranma səbəblərinə nələr daxildir? Kimlər risk qrupundadır?

- Səbəblər müxtəlifdir. Böyrəklərin fəaliyyətini pozan və xroniki iltihablaşmasına gətirən hansısa bir problem böyrəklərin xroniki xəstəliyinə səbəb ola bilər. Bu, ilk növbədə dünyada ən çox rast gəlinən xəstəliklərdən olan şəkərli diabet və onun ilkin fəsadlarından sayılan diabetik nefropatiyadır. Yüksək arterial təzyiqin nəticəsində yaranan hipertenziv nefropatiya fərqli tipli xroniki qlomerulonefritlər, kəskin gedişatlı vaskulitlər və başqa birincili və ya ikincili autoimmun xəstəliklərə aiddir. Xroniki pielonefrit, böyrək daş xəstəliyi və başqa müxtəlif səbəbli olan xroniki sidik yollarının infeksiyaları zamanında düzgün müalicə olmadığı təqdirdə böyrəklərin xroniki xəstəliyi ilə nəticələnə bilər. Böyrəklərin polikistoz xəstəliyi və Alport sindromu kimi bəzi irsi patologiyalarda fəaliyyətinin pozulmasına gətirir. Əlavə olaraq, neftoksik təsiri olan dərman preparatlarının düzgün olmayan qaydada qəbulu da xroniki böyrək xəstəliyi ilə nəticələnə bilər. Qeyd olunan xəstəlikləri mövcud olan və ən önəmlisi həkim nəzarətində olmayan insanlar risk qrupunda olanları təşkil edir.

- Böyrək çatışmazlığının əlamətləri və simptomlarına nələr daxildir?

- Əfsuslar olsun ki, əksər hallarda başlanğıcda ciddi bir şikayətlər müşahidə olunmur və bir qrup xəstələrdə çox irəli mərhələdə böyrək çatışmazlığı aşkar olunur. İlkin simptomlar kimi arterial təzyiqin yüksəlməsi və aşağı ətraflarda ödəmlərin olmasını qeyd etmək olar. Əlavə olaraq, günlük sidiyə getməkdə dəyişiklər, gecələr tez-tez getmə və ya getmə zamanı yanma, göynəmə olması kimi şikayətlər əmələ gəlir. Halsızlıq, iştahasızlıq, ürəkbulanma, təngnəfəslik, qaşınma və aşağı ətraflarda olan qicolmalar kimi simptomlar daha sonrakı mərhələdə olan xəstələrdə müşahidə olunur.

- Böyrək xəstəliklərini tamamilə müalicə etmək mümkündürmü və bunun üçün nə etmək lazımdır?

- Bütün xroniki gedən xəstəliklərdə olduğu kimi, böyrək xəstəlikləri də mümkün olduğu halda tez aşkar olunarsa, müalicə daha qısa müddətli və daha effektiv olur. Öncə qeyd etdiyim kimi, bu xəstəlik qrupu bir çox hallarda simptomsuz keçə bilir və zamanında aşkarlanması üçün profilaktik müayinələrdən keçmək tövsiyə olunur.

Bunlar sadə və hər bir tibb müəssisəndə aparılan müayinələrdir, iki ildən bir sidiyin ümumi analizi, qanda kreatinin, sidik cövhəri, sidik turşusu kimi maddələrin təyini və nəhayət böyrəklərdə mövcud olan problemi USM ilə ilkin mərhələdə təyin etmək mümkün olur.

- Dializ xəstələrinin həyat şəraiti və qida rasionu necə olmalıdır?

- Böyrək əvəzedici terapiya (hemodializ və peritoneal dializ) qəbul edən xəstələrə maye qəbuluna və pəhrizə ciddi riayət etmələri məsləhət görülür. Onlar duz, fosfor və kaliumla zəngin olan qida məhsulların məhdudlaşdırılmasına çalışılmalıdır. Eyni zamanda, proteinli qidalar və kalori qəbulunun miqdarı da kifayət qədər olmalıdır. Zərərli vərdişlərdən imtina olunması və sağlam həyat tərzi də çox önəmlidir. Ümumiyyətlə, dializ qəbul edən xəstələrin həyat tərzində heç bir qeyri adi dəyişiklər olunmasına ehtiyac yoxdur. Xəstələr ağır fiziki işləri istisna olmaqla əmək fəaliyyətlərini davam etdirə bilərlər. Hətta xarici ölkələrə belə işgüzar səfərlərə gedə, səyahət edə bilərlər. Sadəcə getdiyi şəhərdə yerləşən hemodializ mərkəzləri ilə əlaqə saxlayaraq, qaldığı müddət ərzində hemodializ seansları alması üçün müraciət etməlidirlər.

- Hemodializ zamanı rast gəlinən fəsadlaşma sindromları hansılardır?

- Hemodializ müalicəsi qəbul edən xəstələrdə bəzi hallarda seanslar zamanı hipotenziya epizodları, aritmiyalar, heparin istifadəsində mədə-bağırsaq qanaxmaları, kateterlərə bağlı infeksiyalar, tromboz və digər fəsadlaşmalar olmağına baxmayaraq, əksər hallarda aparılan müalicə və tədbirlər nəticəsində bu simptom və ağırlaşmaları qısa zamanda korreksiya etmək mümkün olur. Əlavə olaraq, ürək-damar, ağciyər və qaraciyər və başqa orqan patologiyası olan xəstələrin nefroloq ilə yanaşı başqa mütəxəssislər tərəfindən də xüsusi nəzarət altında olmaları zəruridir.

- Dializ xəstələri övlad sahibi ola bilərmi?

- Əfsuslar olsun ki, dializ qəbul edən xanımların hamiləqalma ehtimalı çox aşağıdır və olduğu halda isə ciddi fəsadlaşma ehtimalı da çox yüksəkdir. Sağlam övlad sahibi olmaq yalnız böyrək transplantasiyadan sonra mümkün olur. Transplantasiya olunan xanımlarda hamilə qalmaq və ana olmaq şansları böyrək xəstəliyi olmayan xanımlar ilə demək olar ki, eynidir. Böyrək transplantasiya əməliyyatından bir il gözləmə müddətindən sonra qəbul olunan preparatlarda dəyişiklər olunur və hamiləlik planlaşdırılır. Sevindirici hal ondan ibarətdir ki, artıq bizim ölkədə böyrək və qaraciyər transplantasiyasından sonra iki və hətta üç uşaq dünyada gətirən xanımlar var.

- Böyrək transplantasiya olması üçün xəstələr mütləq öncədən dializ müalicəsi qəbul etməlidirlər?

- Xeyr, mütləq deyil. Son mərhələ böyrək çatışmazlığı diaqnozu qoyulan xəstələr canlı qohum donor olduğu təqdirdə dializ müalicəsinə başlamadan da transplantasiya oluna bilərlər. Bu, preemptif böyrək transplantasiya adlanır. Son araşdırmalara görə, bu tip əməliyyatlarda fəsadlaşma ehtimalı daha nadir, xəstə və orqan qalması nəticələri isə daha uzunömürlü olur. Əlavə olaraq, xəstələrin reabilitasiya dövrü də qısa və sürətli olur. Son illərdə bizim ölkədə preemptif transplantasiya olunan xəstələrin sayında artım hiss olunur və demək olar ki, ümumi əməliyyat olunanların 20-25 faizini təşkil edir.

- Böyrəklərin sağlamlığını qorumaq üçün tövsiyənizi bilmək istərdik…

- Sağlam həyat tərzi, çəkiyə diqqət olunması, duzlu qidaları mümkün olduğu halda az qəbul olunması və bol miqdarda təmiz su qəbulu. Unutmayaq ki, fiziki aktivlik bütün vücuda olduğu kimi, böyrəklərin sağlamlığına da faydalıdır.

Ayrıca qeyd etmək istəyirəm ki, qəbul olunan bəzi preparatlar, ağrıkəsici kimi, uzunmüddətli istifadə zamanı nefrotiksik təsirləri olduğu üçün mütləq qaydada böyrək göstəriciləri nəzərə alınaraq qəbul olunmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı Natiq Əliyev: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb

Ağstafada müəllimlər arasında yarış olub

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL