MÜXALİFƏT NÜMAYƏNDƏLƏRİNƏ XƏBƏRDARLIQ EDİLMİŞDİR
Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Yaşar Əliyevin AZƏRTAC-a verdiyi məlumata görə, hüquq mühafizə orqanlarının məsul əməkdaşları ilə “Azadlıq” blokunun nümayəndələri arasında oktyabrın 22-də keçirilən görüşdə radikal müxalifət təmsilçilərinə bir daha xəbərdarlıq olunmuşdur ki, bazar günü onlar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təklif olunan yerlərdə mitinq keçirərsə, hüquq mühafizə orqanları onların təhlükəsizliyini təmin edəcəkdir. Ümumiyyətlə, icazəsiz mitinq keçirməyə cəhd göstərilərsə, buna imkan verilməyəcək və qarşısı qətiyyətlə alınacaqdır. Baş verə biləcək hər hansı hala görə məsuliyyət radikal müxalifətin üzərinə düşəcəkdir.