MUXTAR RESPUBLİKADA HAZIRDA 69 YENİ OBYEKT İNŞA OLUNUR
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında 2006-cı ilin səkkiz ayı ərzində müxtəlif sahələrə ümumilikdə 65.829 min manat məbləğində sərmayə yatırılmışdır. Tikintiyə qoyulan sərmayələrin məbləği keçən ilin müvafiq dövrü ilə müqayisədə 9,8 faiz artmışdır. Bu müddətdə muxtar respublikanın tikinti təşkilatları öz gücləri ilə 50.631 min manatlıq iş görmüşlər ki, bu da keçən ilin müvafiq dövründəkinə nisbətən 4,8 faiz çoxdur. Yeni tikintilərə, yenidənqurma və abadlıq işlərinə 39046,5 min manat, əsaslı təmirə 9441,3 min manat, cari təmirə isə 1214,6 min manat xərclənmişdir. Tikinti təşkilatlarında 3892 nəfər işçi çalışmış, bir işçinin orta aylıq əməkhaqqı 103,1 manat olmuşdur.
Hazırda muxtar respublikada 69 obyektin tikintisi, 48 obyektin əsaslı təmiri, 18 obyektin isə cari təmiri davam etdirilir. Cari ilin ötən aylarında 40 obyektin tikintisi, 53 obyektin əsaslı təmiri, 16 obyektin isə cari təmiri başa çatdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [18:43]
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
- 16.10.2026 [18:43]
Mərkəzi Bank 2026 və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb
- 16.10.2026 [18:40]
Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb
- 16.10.2026 [18:33]
Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir
- 16.10.2026 [18:20]
Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib
- 16.10.2026 [18:13]