Müxtəlif dillərin qrafikaları üçün təklif edilən transliterasiya metodları təhlil olunub
Bakı, 27 iyun, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, institutun əməkdaşı Səbinə Məmmədzadə “Müxtəlif dillərin qrafikaları üçün təklif edilən transliterasiya metodlarının təhlili” mövzusunda çıxış edib. Məruzəçi transliterasiyanın növlərindən danışıb. O, informasiya axtarışı, maşın təcrübəsi, dillərarası tətbiqlər və verilənlərin emalının kompüter transliterasiyasının tətbiq sahələrinə aid olduğunu vurğulayıb. S.Məmmədzadə ərəb, yapon, Çin qrafikasının transliterasiyasından bəhs edib. O, həmçinin Azərbaycan dilinin transliterasiyası üçün istifadə olunan metodlar haqqında məlumat verib.
Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.