Müxtəlif qoşun növlərinin cəlb olunduğu əməliyyat təlimi davam edir
Bakı, 15 noyabr, AZƏRTAC
Müxtəlif qoşun növlərinin cəlb olunduğu əməliyyat təlimi davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimin məqsədinə uyğun olaraq Raket və Artilleriya Qoşunlarının bölmələri daimi dislokasiya məntəqələrini “Həyəcan” siqnalı ilə tərk edərək marş icra etmə, cəmləşmə rayonlarına çıxma və digər tapşırıqları yerinə yetiriblər.