Muzdlu silahlı dəstə Nigerdə 14 hərbçini qətlə yetirib
Bakı, 21 iyun, AZƏRTAC
Motosikletlə hərəkət edən 200-dən çox muzdlu silahlı Niger ordusunun Mali ilə sərhəddə yerləşən bazasına hücum edib və azı 34 əsgəri qətlə yetirib. AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik tərəfindən “muzdlu əsgərlər” adlandırılan silahlılar Nigerin qərbindəki Banibanqou şəhərində yerləşən hərbi bazaya basqın ediblər. Hərbçilərlə döyüşdə onlarla terrorçu öldürülüb.
Niger ordusu 2023-cü ildə demokratik yolla seçilmiş Prezident Məhəmməd Bazumun devrilməsində əsas səbəblərdən biri olan silahlı hücumların qarşısını ala bilmədiyi üçün təzyiq altındadır. “İyunun 20-də səkkiz maşın və 200-dən çox motosikleti olan bir neçə yüz muzdlu silahlı tərəfindən Banibanqou şəhərinə qarşı qorxaqcasına və vəhşicəsinə hücum həyata keçirilib”, -deyə nazirliyin dövlət televiziyasında oxunan bəyanatında deyilir. Əlavə edilib ki, ordu hissələri hücum edənlərin izinə düşmək üçün axtarış əməliyyatları aparır.
Niger, Mali və Burkina-Faso arasındakı üçtərəfli sərhədə yaxın olan qəsəbə cihadçı qrupların hücumlarına məruz qalır. Nigerin hakim xuntası onlara qarşı mübarizədə fəal iştirak etmiş Fransa və ABŞ qüvvələrini ölkədən çıxarıb.
Üç ölkə cihadçılarla mübarizə aparmaq üçün ittifaq yaradıb və Qərblə əlaqələri azaldıb. Niger təhlükəsizlik ehtiyacları üçün Rusiya və Türkiyəyə müraciət edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [22:39]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:27]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [21:55]
Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır
- 09.08.2026 [20:39]
Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb
- 09.08.2026 [20:26]
Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır
- 09.08.2026 [20:12]
Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib
- 09.08.2026 [19:50]
İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib
- 09.08.2026 [17:34]
Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb
- 09.08.2026 [15:10]
Qazaxıstanda sərnişin avtobusu yanıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [23:48]
Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək
- 08.08.2026 [23:37]
Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi
- 08.08.2026 [21:54]
MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır
- 08.08.2026 [21:23]
Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır
- 08.08.2026 [21:00]
Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa
- 08.08.2026 [20:31]
Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH
- 08.08.2026 [20:26]
Bu saata olan əsas xəbərlər
- 08.08.2026 [20:00]
Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO
- 08.08.2026 [19:17]
Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır
- 08.08.2026 [18:18]
Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb
- 08.08.2026 [16:51]
Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır
- 08.08.2026 [16:35]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- 08.08.2026 [16:31]
Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
- 08.08.2026 [16:19]
“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda
- 08.08.2026 [16:11]
Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək
- 08.08.2026 [15:33]
Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH
- 08.08.2026 [15:05]
Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb
- 08.08.2026 [13:27]