MUZEY YENİ EKSPONATLARLA ZƏNGİNLƏŞMİŞDİR
AZƏRTAC xəbər verir ki, Culfa rayon tarix-diyarşünaslıq muzeyi son illər aşkar edilmiş maddi mədəniyyət nümunələri ilə xeyli zənginləşmişdir. Bu günlərdə muzeyə 18 yeni eksponat daxil olmuşdur. Orta əsrlərə aid küp, nehrə, qazan və mis qablar rayonun Əlincəçay vadisindəki Xanəgah və Qazançı kəndləri ərazisindən tapılmışdır.
Yeni eksponatlar muzeydə ayrıca guşədə nümayiş etdirilir.