MUZEYDƏ ŞAGİRDLƏR ÜÇÜN TƏDBİR KEÇİRİLMİŞDİR
Tədbirdən məqsəd milli yaradıcılığımızın qədim növü olan xalçaçılığa və xalq tətbiqi sənətinin digər növlərinə marağı artırmaq, müxtəlif yaş təbəqələri arasında mədəniyyət körpüsü, valideynlər və uşaqlar arasında daha sıx ünsiyyət yaratmaqdır. Müzeyin ekspozisiyası əsasında uşaqlara xalça və xalq tətbiqi sənəti haqqında qısa məlumat verilmiş, onlar muzeydəki eksponatlarla yaxından tanış olmuşlar.
Keçirilən müsabiqəyə əsasən, 8-9 yaşlı uşaqlar “Özün rənglə” nümunələrini rəngləmiş, “Axtaran tapar” proqramında valideynlərinin köməyi ilə onlara paylanmış kağız üzərində çəkilmiş rəngli xalça elementlərini müzeydəki xalçalar üzərində axtarıb tapmışlar.
Sonra uşaqlar üçün Abdulla Şaiq adına Kukla Teatrı əməkdaşlarının iştirakı ilə “Dərviş” mükafatı laureatı Rəhman Rəhmanovun ifasında Əyyub Abbasovun “Şəngülüm, Şüngülüm” monotamaşası göstərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:56]
Gülnarə Xəlilovanın kolleksiyası Ankarada yüksək qiymətləndirilib
- 16.10.2026 [14:51]
Daşkənddə “Dostluq” konserti təşkil edilib VİDEO
- 16.10.2026 [14:30]
Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib VİDEO
- 16.10.2026 [11:14]
Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO
- 16.10.2026 [11:12]