Myanmada on minlərlə etirazçı yenidən küçələrə çıxıb
Bakı, 11 fevral, AZƏRTAC
Myanmanın böyük şəhərlərində dövlət müşaviri, Nobel sülh mükafatı laureatı Aun San Su Çinin və onun rəhbərlik etdiyi hakim partiyanın digər üzvlərinin həbsdən azad olunması tələbi ilə çoxminlik etiraz aksiyaları yenidən başlayıb.
AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, on minlərlə insan Yanqon və Mandalay şəhərlərinin küçələrinə çıxıb. Etiraz aksiyaları, eyni zamanda, ölkənin paytaxtı Naypyida şəhərində də keçirilir.
Yanqon şəhərində etirazçılar xarici dövlətlərin səfirlikləri qarşısında aksiyalar keçirir. Onlar beynəlxalq ictimaiyyəti dövlət çevrilişindən sonra hakimiyyəti ələ keçirən hərbçilərə təzyiq göstərməyə çağırır.
Bu ərəfədə Naypyida və Mandalay şəhərlərində polis aksiya iştirakçılarına qarşı su şırnağından istifadə edib və xəbərdarlıq atəşi açıb. Eyni zamanda, hərbçilər Aun San Su Çinin partiyasının ofisinə soxularaq oradakı sənədləri və kompüter avadanlıqlarını müsadirə edib.
Qeyd edək ki, fevralın 1-də Myanmada baş verən hərbi çevriliş nəticəsində hakimiyyət silahlı qüvvələrin komandanı Min Aunq Hlaynın əlinə keçib, vitse-prezident Mint Şve isə prezident səlahiyyətlərinin icraçısı təyin olunub. Hərbçilər bir il müddətinə ölkədə fövqəladə vəziyyət rejimi elan edib. Myanma Prezidenti Vin Min, dövlət müşaviri Aun San Su Çi, həmçinin digər yüksək vəzifəli məmurlar həbs olunub. Onlar 2020-ci il noyabrın 8-də keçirilən seçkiləri saxtalaşdırmaqda ittiham edilirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]