NAPOLEON HİTLERİN İLHAMÇISI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Britaniyanın “Qardian” qəzetinin yazdığına görə, İmperatorun Austerlits döyüşündə qazandığı böyük qələbənin 200 illiyi münasibətilə bu həftə çapdan çıxacaq “Napoleonun cinayətləri” kitabının müəllifi, Fransa İnsan Hüquqları Komissiyasının üzvü, akademik Klod Ribb demişdir: “Mən bundan sonra onun abidəsi önündə diz çökməkdən imtina edirəm, artıq gözlərim açılmışdır. Fransada bu insanla bağlı bir növ ümumi özünəsenzorluq mövcuddur. O, XIX əsrin bütün irqi və yalançı elmi nəzəriyyələrinin inkişafına kömək etmişdir ki, bunları da sonradan nasistlər mənimsəmişlər”.
Kitaba Napoleonun zabitlərinin o vaxtlar Fransaya məxsus Karib adaları Haiti və Qvadelupada qulların üsyanını yatırtmaq üçün imperatorun istifadə etdiyi üsullarla bağlı xatirələri daxil olunmuşdur. Bu adalarda 12 yaşından yuxarı hər bir qaradərili məhv edilmiş və əvəzində Afrikadan müti qullar gətirilmişdi. Qiyamçılar öldürülmüş, minlərlə günahsız insan güllələnmiş, suda batırılmış, itlərin cənginə verilmiş, yaxud gəmilərin anbarlarında boğulmuşdu.
Akademik Qvadelupa parlamentinin deputatı Viktorina Lurelin dəstəyi ilə tarixi təftişçilikdən imtina etməyə çağırmışdır. Lurel demişdir: “Şübhəsiz, Napoleonun dahiyanə keyfiyyətləri olmuşdur, lakin o, dəhşətli işlər də görmüşdür”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]
Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
- 07.10.2026 [14:52]
ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq
- 07.10.2026 [14:47]
Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib
- 07.10.2026 [14:18]