CƏMİYYƏT
Narkomaniyanın zərərli təsiri barədə maarifləndirici tədbir: “Həyatına dəyər ver”
![](/files/galleryphoto/2023/3/1200x630/17025375091227750716_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/170253750954912627_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1702537509193052405_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17025375091141443177_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17025375094012812866_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17025375093282226930_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17025375091126865101_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17025375091377361302_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17025375096249861790_1200x630.jpg)
Bakı, 14 dekabr, AZƏRTAC
“Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin təşəbbüsü ilə paytaxtın 189-190 nömrəli tam orta məktəbində “Həyatına dəyər ver” şüarı altında maarifləndirici tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan məlumat verilib.
Tədbirdə İctimai Birliyin sədri, Səbail Rayon İcra Hakimiyyəti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Daxili İşlər Nazirliyinin mətbuat xidməti və Baş Narkotiklərlə Mübarizə İdarəsi, Dini Qurumlar üzrə Dövlət Komitəsi və Ombudsman Aparatının nümayəndələri iştirak edərək yeniyetmələr arasında narkotik vasitələrin istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib və şagirdləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları tələbələr arasında paylanılıb.