NARKOTİK ALVERÇİSİ YAXALANMIŞDIR
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Gəncə gömrükxanasının qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizə bölməsinin və Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin qərb regional şöbəsi əməkdaşlarının Xanlar rayonu ərazisində keçirdikləri birgə əməliyyat nəticəsində həmin rayonun Qırıqlı kənd sakini İlham İsgəndərov 4 kiloqram 17 qram qurudulmuş marixuananı satarkən yaxalanmışdır. İlham İsgəndərovun yaşadığı kəndin ərazisindəki əkin sahəsindən ümumi çəkisi 41 kiloqram olan 104 çətənə kolu aşkarlanaraq kökündən çıxarıb götürülmüşdür.
Faktla bağlı təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]