Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
Bakı, 20 dekabr, AZƏRTAC
Bakı-Qazax avtomobil yolunda hərəkətdə olan “KİA” markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini Nail Həşimov Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən stasionar posta saxlanılıb.
İdarənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sənədlərin yoxlanılması zamanı sürücünün narkotik vasitənin təsiri altında olmasına əsaslı şübhələr yarandığından onun tibbi müayinədən keçməsi təmin edilib və fakt təsdiqini tapıb.
Bununla yanaşı, üzərində narkotik vasitə aşkar olunduğu üçün N.Həşimov barəsində qanunamüvafiq tədbirlər görülməklə, ərazi polis orqanına təhvil verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:37]
Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib
- 11.06.2026 [17:36]
Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır
- 11.06.2026 [17:24]
Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?
- 11.06.2026 [16:52]
Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB
- 11.06.2026 [16:16]
Heyvanların identifikasiyası nə üçün vacibdir?
- 11.06.2026 [16:05]