Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax sakinində bir kiloqramdan çox marixuana aşkarlanıb
Bakı, 1 iyul, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini İ.Atakişiyev saxlanılıb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə ondan 1 kiloqram 660 qram marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı təhqiqat davam edir.