NARKOTİKLƏRİN YAYILMASI PROBLEMİNƏ HƏSR OLUNMUŞ REGİONAL SEMİNAR KEÇİRİLİR
Tədbirdə Proqramın milli əlaqələndiricisi Məzahir Əfəndiyev bu sahədə Azərbaycan hökumətinin gördüyü işlər, respublikamızda gerçəkləşdirilmiş layihələr haqqında məruzə etmişdir.
Seminarda Cənubi Qafqaz respublikalarını və Avropa İttifaqını təmsil edən nümayəndələrlə yanaşı, ölkəmizdə fəaliyyət göstərən müvafiq dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak etmişlər.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.