Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan: Kəndlə şəhər arasında fərq aradan qaldırılır

Naxçıvan, 22 noyabr, Rauf Əliyev, AZƏRTAC 

Bu gün qədim Naxçıvanın bütün şəhər, qəsəbə və kəndləri müasir yaşayış məntəqələrinə çevrilib. Muxtar respublikanın hətta ucqar dağ kəndlərində də möhtəşəm quruculuq işləri aparılır. Bu işlər sırasında ən çox diqqəti cəlb edən həm də kəndlərin abadlaşdırılması istiqamətində görülən kompleks tədbirlərdir. Sistemli və düşünülmüş şəkildə aparılan işlərin əsas məqsədi kənd sakinlərinin rahat, firavan yaşayışını təmin etmək, necə deyərlər, kəndlə şəhər arasındakı fərqi aradan qaldırmaqdır. Bu məqsədə doğru inamlı addımlar atılır.

Naxçıvan Muxtar Respublikasının kəndlərində inşa olunan kənd mərkəzləri bu baxımdan xüsusilə seçilir. Məzmun və mahiyyətcə yeni obyektlər olan kənd mərkəzləri yaradılmazdan əvvəl kəndlərdə fəaliyyət göstərən ayrı-ayrı dövlət qurumları müxtəlif yerlərdə, köhnə, uyğunlaşdırılmış binalarda yerləşirdi. Əhalisi çox olan kəndlərdə mövcud vəziyyət insanları çətinliyə salırdı. Sakinlər müəyyən yerli məsələlərin həlli üçün xeyli vaxt sərf etməli olurdular. Kənd mərkəzləri yaradıldıqdan sonra vəziyyət müsbətə doğru dəyişdi: bütün yerli dövlət qurumlarının hamısı bir mərkəzdə yerləşdirildi, fəaliyyətlərinin səmərəli təşkili üçün şərait yaradıldı. İndi bir binaya üz tutmaqla bir neçə məsələni yerindəcə həll etmək mümkündür.

Naxçıvan Muxtar Respublikasının kəndlərində artıq insanların saatlarla vaxt itirib rayon mərkəzlərinə getməsinə ehtiyac qalmayıb. Bu problem birmənalı şəkildə həllini tapıb. Belə ki, həlli mümkün olan bütün məsələlər kənd mərkəzlərində cəmləşmiş təşkilatlar tərəfindən yoluna qoyulur. Bununla həm insanların rahatlığı təmin olunur, həm də işin keyfiyyəti yüksəlir.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında insanların həyat şəraitinin yaxşılaşdırılmasının vacibliyini dəfələrlə vurğulayaraq deyib: “Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşıdır. Siyasət Azərbaycan vətəndaşının sosial rifahının, təhlükəsiz yaşayışının təmin edilməsinə xidmət etməlidir. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik. Budur bizim məqsədimiz”. Naxçıvanda bu istiqamətdə görülən işlər dövlətimizin başçısının tapşırıq və tövsiyələrinin muxtar respublikada dərhal və təxirə salınmadan yerinə yetirildiyinin bariz nümunəsidir.

Əhalinin rifah halının və həyat səviyyəsinin davamlı yüksəlişi daha çox sabitliyin və inkişafın tam təmin olunduğu ölkələr üçün xarakterikdir. Təsadüfi deyil ki, özünün yüksəliş, intibah dövrünü yaşayan Azərbaycanda, onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında insanların ehtiyaclarının ödənilməsi, problemlərinin həlli istiqamətində davamlı tədbirlər həyata keçirilir, dövlət proqramları reallaşdırılır. Bu tədbirlər sırasında Naxçıvanda yeni kənd mərkəzləri ilə yanaşı, xidmət mərkəzlərinin, tibb ocaqlarının, məktəb binalarının tikintisi də xüsusi yer tutur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu barədə danışarkən deyib: “Ölkəmizdə kəndlərin inkişafına və abadlaşmasına xüsusi diqqət göstərilir, əhalinin məskunlaşması və rahat yaşayışının təmin olunması üçün lazımi tədbirlər həyata keçirilir. Bu iş muxtar respublikada da davam etdirilir, kəndlərdə müasir infrastruktur yaradılır, yeni kənd və xidmət mərkəzləri, tibb ocaqları, məktəb binaları tikilərək istifadəyə verilir. Bu da dövlət qurumlarının fəaliyyətinin normal təşkilinə, sakinlərin müraciətlərinin vaxtlı-vaxtında həllinə, əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsinə, şagirdlərin hərtərəfli təhsil almasına və insanların tibbi xidmətlə təmin olunmasına imkan verir. Eyni zamanda muxtar respublikanın müasirləşən kəndlərində əhalinin sosial-məişət problemlərinin həllinə də diqqət yetirilir, mənzillər telefonlaşdırılır, elektrik enerjisinin və təbii qazın fasiləsiz verilişi təmin edilir”.

Muxtar respublikanın kəndlərində yaradılan müasir xidmət mərkəzlərində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları fəaliyyət göstərir. Onu da xüsusi qeyd etmək lazımdır ki, yaradılan şərait gündəlik ərzaq və sənaye mallarına tələbatın kəndin özündə təmin edilməsinə imkan verir.

Naxçıvanda yüksək səviyyəli inkişaf strategiyasının mühüm elementlərindən biri kimi qiymətləndirilən kənd mərkəzləri, eyni zamanda xidmət mərkəzləri layihəsinin uğurla reallaşdırılması və əldə olunan nəticələr nümunə təşkil edir. Məsələnin mahiyyətinə varmaq üçün bəzi məqamlara diqqəti cəlb etmək istərdik. Heç kəsə sirr deyil ki, bu gün bütün dünyada kəndlərdən şəhərlərə doğru axın var. Bəzi ölkələr bu problemlə daha çox qarşılaşır və onun həllinə nail ola bilmirlər. Nəticədə şəhərlərdə əhali sıxlığı müşahidə olunur. Bu isə özü ilə bərabər bir sıra ciddi problemlər meydana gətirir, kənd təsərrüfatı sahəsi iflic vəziyyətinə düşür.

Naxçıvan Muxtar Respublikasına nəzər yetirdikdə tamamilə başqa bir mənzərənin şahidi oluruq: muxtar respublikada 5 şəhər olduğu halda, əhalinin 70 faizi kəndlərdə yaşayır. Bu onu göstərir ki, ötən illər ərzində qədim diyarın kəndlərində əhalinin məşğulluğu təmin edilib, yaşayış şəraiti yaxşılaşdırılıb, bir sıra problemlər öz həllini tapıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qeyd etdiyi kimi, kəndlə şəhər arasındakı fərqin aradan qaldırılması aparılan abadlıq-quruculuq işlərindən, yaradılan müasir infrastrukturdan asılıdır. Kəndlərin tamamilə qazlaşdırılması, elektrik enerjisinin fasiləsiz verilməsi, internetdən istifadə, televiziya yayımlarının həyata keçirilməsi insanların rahat yaşayışına və əhalinin daha sıx məskunlaşmasına səbəb olur.

Bu gün muxtar respublikanın kəndlərində təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində də kompleks tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikasında onlarla müasir məktəb binaları tikilərək istifadəyə verilib, şagirdlərin müasir dövrün tələbləri səviyyəsində təhsil almaları üçün hər cür şərait yaradılıb. Ali Məclisin Sədri dəfələrlə qeyd edib ki, təhsil hər bir ölkənin həyatında vacib sahədir. Ona görə də ölkənin gələcəyini təmin etmək üçün vətənpərvər və təhsilli gənclik yetişdirmək lazımdır. Bu gün ölkəmizdə gənclərin təhsil alması üçün lazımi şərait yaradılır, bu sahəyə hərtərəfli dövlət qayğısı göstərilir. Yaradılan şərait isə qarşıya mühüm vəzifələr qoyur. Bu gün məktəblərin üzərinə düşən əsas vəzifə təhsil verməklə yanaşı, həm də gənclərimizə müstəqil qərarlar qəbul etməyi öyrətməkdir. Çünki hər bir gənc qabiliyyətinə və həvəsinə görə ixtisas seçir, gələcək həyatını bu ixtisaslara dərindən yiyələnməklə qurur.

Muxtar respublikanın kəndlərində istifadəyə verilən obyektlər kənd, xidmət mərkəzləri, məktəb binaları ilə yekunlaşmır. Əhalinin sağlamlığının qorunması və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün kəndlərdə həkim ambulatoriyaları da müasir dövrün tələbləri səviyyəsində tikilib istifadəyə verilir. Kəndlərdə səhiyyə ocaqlarının tikilməsi və əhalinin lazımi tibbi xidmətlərlə təmin olunması insanların rahat həyat şəraitinin təmin olunması istiqamətində görülən işlərin tərkib hissəsidir.

Bu gün Naxçıvan Muxtar Respublikasının şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərində də müasir binaların inşa olunması, abad yolların istifadəyə verilməsi Azərbaycan Respublikasının sürətli iqtisadi inkişafının nəticəsi, bariz nümunəsidir. Görülən genişmiqyaslı işlər kənd sakinlərinin torpağa bağlılığını, onların qurub-yaratmaq əzmini daha da artırır, insanların firavan yaşayışını təmin edir.

Rauf Əliyev

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı

bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb