Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Muxtar Respublikası 90 illik yubileyini möhtəşəm uğurlarla qeyd edir

Naxçıvan, 17 may (AZƏRTAC). Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ölkə miqyasında silsilə tədbirlərlə qeyd edilir. Qədim diyarın şərəfli tarixinə bir daha nəzər yetirilir, muxtariyyətin əldə edilməsinin əhəmiyyəti vurğulanır, bu məkanın dövlətçiliyimizin qurulmasında oynadığı roldan geniş söhbət açılır.

Naxçıvan qədim oğuz diyarıdır. Füsunkar təbiətə malik olan bu gözəl yurdumuzdakı tarixi, dini, memarlıq abidələrinin, toponimlərin hamısı Azərbaycan xalqına məxsusdur. Aparılan tədqiqatlar nəticəsində bir daha təsdiq edilmişdir ki, azərbaycanlılar əsrlər boyu Naxçıvan ərazisində yaşamış, yaratmış, onu düşməndən qorumaq üçün misilsiz qəhrəmanlıq nümunələri göstərmişlər. 

Dahilər yurdunun həm də qədim dövlətçilik tarixi vardır. Naxçıvan şəhəri Azərbaycan xalqının formalaşmasında, elmi-mədəni inkişafında xüsusi rol oynayan Atabəylər dövlətinin paytaxtı olmuşdur. 90 il bundan əvvəl Naxçıvana muxtariyyət statusunun verilməsi təsadüfi deyildi. Azərbaycanın əzəli torpağı Zəngəzur Ermənistana verilmiş, beləliklə, Naxçıvan düşmən əhatəsinə salınmış, coğrafi cəhətdən Azərbaycandan ayrı qalmışdı. Düşmənlərimizin əsas məqsədi gec-tez Azərbaycanın bu qədim diyarını da zəbt edərək Ermənistana birləşdirmək idi. Lakin Azərbaycanın mərd oğulları heç vaxt buna imkan verməmişlər.

XX əsrin əvvəllərində naxçıvanlılar bütün mümkün vasitələrdən istifadə edərək düşmənin qədim diyarla bağlı xain planlarının qarşısını almışdılar. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti Naxçıvana kömək göstərmək iqtidarında olmadığı bir vaxtda qədim yurdun vətənpərvər, igid övladları onu qorumaq üçün səfərbər olmuş, kimi silaha sarılaraq canı, qanı bahasına yurdumuzu qorumuş, kimi də siyasi-diplomatik təcrübəsindən istifadə edərək bu məkanın üzərindən qara buludların dağılması üçün var gücü ilə çalışmışdır. 

AXC rəhbərlərindən biri olan Nəsib bəy Yusifbəyli parlamentdəki çıxışında etiraf etmişdir ki, hökumət yaranmış şəraitdə Naxçıvana real yardım göstərə bilmədi: “İgid naxçıvanlılar, şərurlular... bu məsələni özləri həll etdilər. Onlar həyatlarını, ailələrinin şərəfini və var-dövlətlərini riskə qoyaraq doğma torpağa - Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da, hökumətin işini asanlaşdırdılar. Haqq və ədalət tərəfdarları bu qətiyyəti, fədakarlığı və vətənpərvərliyi görəndən sonra onların qanuni hüquqlarını danmayacaqlar”.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra da Naxçıvan çox ağır, məşəqqətli günlər yaşamışdır. Erməni qəsbkarları havadarlarına arxalanaraq muxtar respublikanı işğal etmək istəyirdilər. Həmin dövrdəki mərkəzi hakimiyyət isə Naxçıvana ögey münasibət göstərir, naxçıvanlıların taleyi ilə maraqlanmır, hətta muxtar respublikada sabitliyi pozmaq və vəziyyəti gərginləşdirmək üçün çirkin planlar həyata keçirirdi.

Qədim diyarımızı çox böyük təhlükələrin gözlədiyi bir vaxtda ulu öndər Heydər Əliyev kimi dünya şöhrətli bir siyasi xadim onun köməyinə yetdi. Ümummilli Lider 1990-cı ilin iyulunda Moskvadan Naxçıvana gəldi. Qədirbilən naxçıvanlılar Ulu Öndərin ətrafında sıx birləşərək erməni təcavüzkarlarına sarsıdıcı zərbələr vurdu, onları geri çəkilməyə məcbur etdilər. 

Həmin illərdə Naxçıvanda müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğu prosesinə böyük töhfələr verən mühüm qərarlar qəbul edilmişdir. İlk dəfə olaraq Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “sovet sosialist” sözləri çıxarılmış, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edilmiş, milli ordu quruculuğuna başlanılmış, aqrar islahatlar həyata keçirilmişdir. Bütün bunlar müstəqil dövlət quruculuğu konsepsiyasının mühüm tərkib hissələri kimi diqqəti cəlb edir.

Ümummilli Liderimiz həmin illərdə muxtar respublikada baş verən prosesləri xatırlayaraq deyirdi: “1990-1993-cü illərdə Naxçıvanda keçirdiyim dövr mənim həyatımda xüsusi yer tutur. O illər biz Naxçıvanın ağır dövrünü yaşadıq və Naxçıvanı böyük təhlükələrdən, böyük faciələrdən xilas etdik. O dövr böyük sınaq dövrü oldu. İnsanların öz torpağına, Vətəninə sədaqətinin sınaqdan keçməsi dövrü oldu. Biz bu sınaqdan çox böyük şərəflə çıxdıq”.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə ölkəmizdə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət quruculuğu prosesinə start verilmişdir. Qısa müddət ərzində respublikamızda sabitlik təmin olunmuş, siyasi-iqtisadi islahatlar aparılmış və ölkəmiz inkişaf yoluna qədəm qoymuşdur. Ümummilli Lider Naxçıvan Muxtar Respublikasının inkişafına da xüsusi diqqət yetirirdi. Onun tapşırıq və tövsiyələri əsasında muxtar respublikanın iqtisadiyyatının əsas sahələrinin, o cümlədən sənayenin, tikintinin, kənd təsərrüfatının, nəqliyyat və rabitənin inkişafı istiqamətində aparılan məqsədyönlü siyasət qədim diyarımızın sürətli yüksəlişinə rəvac vermişdir. 

Faktlara nəzər yetirsək, bunu daha aydın görə bilərik. Belə ki, 1993-2003-cü illər ərzində muxtar respublikada sənaye məhsulunun həcmi 3 dəfə, kənd təsərrüfatında ümumi məhsul istehsalı 4 dəfə artmışdır. Bu dövr ərzində Naxçıvanda 96 təhsil müəssisəsi, 38 səhiyyə, 94 mədəniyyət obyekti, 73 inzibati bina tikilmiş və ya yenidən qurulmuşdur. Eyni zamanda əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri və təbii fəlakətdən zərər çəkmiş əhali üçün 47 fərdi ev tikilmiş, 66 körpü, 74 nasos stansiyası, 386 digər infrastruktur obyekti istifadəyə verilmişdir.

Azərbaycan Prezidentinin təsdiq etdiyi 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarının icrası paytaxt Naxçıvan şəhəri ilə yanaşı, rayonların və ucqar dağ kənd­lərinin də inkişafına səbəb olmuşdur. Ölkə rəhbərinin diqqət və qayğısının nəticəsidir ki, 2013-cü ildə ümumi daxili məhsul istehsalı 2003-cü ildəki göstəricini müqayisəli qiymətlərlə 8 dəfə üstələmişdir. Ötən il hər nəfərə düşən ümumi daxili məhsulun həcmi 2003-cü ilə nisbətən 7 dəfə artaraq 5423 manat olmuşdur.

Naxçıvanın yüksəlişi prosesi 2013-cü ildən etibarən yeni və daha sürətli mərhələyə qədəm qoymuşdur. Belə ki, 2003-cü illə müqayisədə 2013-cü ildə sənaye məhsulunun həcmi 49 dəfə artmışdır. 2003-cü ilin sonunda muxtar respublikada 66 sənaye müəssisəsi fəaliyyət göstərirdisə, 2013-cü ildə bu göstərici 7 dəfə artaraq 438-ə çatmışdır. Naxçıvanın artıq 100 milyon dollar səviyyəsində ixrac potensialı yaranmışdır ki, bu da blokada şəraitində olan muxtar respublika üçün böyük göstəricidir.

Strateji mövqedə yerləşən Naxçıvan Muxtar Respublikasının üç tərəfdən düşmən əhatəsində olması onun müdafiə qabiliyyətinin daim gücləndirilməsini zəruri edir. Ona görə də bu məsələ Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir. Fəxrlə deyə bilərik ki, bu gün muxtar respublikada yaradılan Əlahiddə Ordunun döyüş qabiliyyəti, ümumilikdə, hərbi potensialı kifayət qədər güclənmişdir.

Müasir dövrümüzdə beynəlxalq ekspertlər təhlükəsizlik anlayışları içərisində enerji təhlükəsizliyi məsələsinə daha çox diqqət yetirirlər. Bildirirlər ki, istənilən ölkə və ya region enerji təhlükəsizliyini tam təmin edə bilməyibsə, onun bir sıra problemlərlə qarşılaşması qaçılmazdır. Blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyinə xüsusi diqqət yetirilməsinin əsas səbəbi də budur. Dövlətimizin başçısının diqqət və qayğısı, naxçıvanlıların əzmkarlığı sayəsində 14 illik fasilədən sonra, 2005-ci ildə muxtar respublikaya təbii qazın nəqli bərpa edilmişdir. Bu gün Naxçıvanın elə bir yaşayış məntəqəsi yoxdur ki, təbii qazla tam təmin edilməsin. Əgər sovetlər dövründə muxtar respublika üzrə cəmi 33 min abonent təbii qazla təmin olunurdusa, bu gün artıq həmin rəqəm 81 minə çatmışdır. 

2003-cü ilə qədər muxtar respublikada cəmi bir su elektrik stansiyası var idisə, indi 6 yeni elektrik stansiyası fəaliyyət göstərir. Ən önəmlisi budur ki, Naxçıvanın daxili təminatı bütünlüklə bərpa olunan enerji növləri hesabına ödənilir. Bu da dünyada çox nadir müşahidə edilən bir haldır.

Hər bir ölkənin inkişafını göstərən əsas amillərdən biri də müasir infrastrukturun mövcudluğudur. Bu gün muxtar respublikada yol-nəqliyyat kompleksinin yeniləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində kompleks tədbirlər görülür. Son illər Naxçıvanda 725 kilometr uzunluğunda yeni avtomobil yolları salınmış, 16 körpü tikilmişdir.

Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafına da xüsusi diqqət yetirilir. Əhalinin 70 faizdən çoxunun kənddə yaşaması bu amili xüsusilə gündəmə gətirir. Kənd təsərrüfatının inkişafı naminə məhsul istehsalçılarına güzəştli şərtlərlə kreditlər verilir, torpaq istifadəçilərinin suvarma suyu, gübrə, müasir texnika və avadanlıqlarla təmin olunması ciddi nəzarətdə saxlanılır. 

Bütün bunların nəticəsidir ki, 2003-cü illə müqayisədə taxıl istehsalında 41 faiz, tərəvəz istehsalında 25 faiz, meyvə və giləmeyvə istehsalında 46 faiz artım əldə olunmuşdur. Tələbata uyğun olaraq, quşçuluğun və balıqçılığın inkişafı dəstəklənmiş, ötən 10 il ərzində 60 yeni quşçuluq, 11 balıqçılıq təsərrüfatı istifadəyə verilmişdir. Hazırda muxtar respublikada 106 növ ərzaq, 226 növ qeyri-ərzaq məhsullarına olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Bu da Naxçıvanda ərzaq təhlükəsizliyinin təmin olunduğunun göstəricisidir.

Digər bir mühüm məqam isə ondan ibarətdir ki, sahibkarlığın inkişafı hesabına məhsul istehsalının həcmi daha da artırılmış, ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi 87 faiz təşkil etmişdir. Yeni istehsal sahələrinin yaradılması hesabına məşğulluq səviyyəsi yüksəlmiş, ötən 10 il ərzində 59 min yeni iş yeri açılmışdır ki, bunun da 43 minə yaxını daimi iş yeridir. Bu isə yüzlərlə ailənin sosial rifah vəziyyətinin yaxşılaşmasına birbaşa təsir göstərir.

Qədim diyarımız, alınmaz qala olan Naxçıvanda əldə edilən böyük nailiyyətləri saymaqla qurtarmaq mümkün deyil. Muxtar respublikadakı nümunədən də gördüyümüz kimi, yol düzgün seçiləndə, milli maraqlara və dövlətçiliyə sədaqət olanda, insanların qayğısı və ehtiyacları hədəfə alınanda istənilən möcüzəni yaratmaq olar. 

Prezident İlham Əliyev Azərbaycanın, ümumilikdə, türk dünyasının mühüm strateji məkanı olan Naxçıvan Muxtar Respublikasına diqqət və qayğısını heç bir zaman əsirgəməmişdir. Təsadüfi deyil ki, dövlətimizin başçısı 2003-cü ildən bəri 11 dəfə muxtar respublikaya səfər etmişdir. Bu il isə muxtar respublikanın 90 illik yubileyi Azərbaycan Prezidentinin iştirakı ilə təntənəli şəkildə qeyd olunmuşdur. 

Prezident İlham Əliyev Naxçıvanda olarkən mühüm əhəmiyyətə malik obyektlərin açılışında iştirak etmişdir. Dövlət başçısının səfəri zamanı “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının, Naxçıvan Beynəlxalq Hava Limanının yeni inzibati binasının, Gənclər Mərkəzinin, Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun, Kəngərli Rayon Mərkəzi Xəstəxanasının və digər mühüm obyektlərin istifadəyə verilməsi muxtar respublikada abadlıq-quruculuq işlərinin sürətlə davam etdiyinin əyani göstəricisidir.

Azərbaycan Prezidenti qədim diyarımızda əldə edilən bu uğurları yüksək qiymətləndirərək demişdir: “...Son bir il ərzində Naxçıvanda görülən işlərlə bir daha tanış olarkən gördüm ki, nə qədər böyük işlər görülür, Naxçıvan rəhbərliyi muxtar respublikanın inkişafı üçün nə qədər böyük sevgi ilə, diqqətlə səylər göstərir. Bütün bu uğurlar münasibətilə naxçıvanlıları ürəkdən təbrik edirəm”.

Bu gün sürətlə inkişaf edən Naxçıvan Muxtar Respublikası çağdaş intibah dövrünü yaşayır. Qurub-yaratmaq əzmi ilə Vətən sevgisinin misilsiz nümunəsini göstərən naxçıvanlılar, sözün həqiqi mənasında, xarüqələr yaradırlar. Blokada şəraitində olan bir diyarın böyük sürətlə inkişaf etməsi çoxlarının diqqətini cəlb edir. Çünki dünyanın heç bir yerində blokada şəraitində yaşayan bir məkan bu dərəcədə sürətli iqtisadi yüksəlişə nail ola bilməmişdir. Ona görə də beynəlxalq səviyyəli ekspertlər muxtar respublikada müşahidə edilən sürətli inkişaf prosesləri qarşısında təəccüblərini gizlətmir və bunu “İnkişafın Naxçıvan möcüzəsi” adlandırırlar.

Rauf Əliyev

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı

bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb