Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib

Naxçıvan, 16 oktyabr, AZƏRTAC

Oktyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan Muxtar Respublikasının ali və orta ixtisas təhsili məktəblərinə tələbə qəbulunun vəziyyəti və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib: Muxtar respublikada ali, orta ixtisas və orta təhsilin inkişafı ilə bağlı mühüm işlər görülür. Bütün təhsil pillələri üzrə müasir tədris şəraiti yaradılmış, ixtisaslar aid təşkilatlara hamiliyə verilmiş, kadr hazırlığı təmin edilmişdir. Hazırda muxtar respublikanın ali və orta ixtisas təhsili məktəblərində 100-dən çox ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Ona görə də ixtisaslı kadrlara olan tələbatın yerli mütəxəssislər hesabına ödənilməsi daim diqqət mərkəzində saxlanılmalı, ali və orta ixtisas təhsili müəssisələrinin potensialından səmərəli istifadə olunmalıdır.

Müşavirədə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov çıxış edərək deyib ki, 2017-ci ildə ümumtəhsil məktəblərini 2973 məzun bitirib, onlardan 1496-sı ali təhsil müəssisələrinə, 239-u müxtəlif ali hərbi və xüsusi təyinatlı ali məktəblərə qəbul olunub. Ali məktəblərə qəbul olan məzunların 289-u imtahanlarda 500-700 arası bal toplayıb, onlardan 3-ü Prezident təqaüdünə layiq görülüb. 2017-ci ildə abituriyentlərdən 925-i Naxçıvan Dövlət Universitetinə, 196-sı “Naxçıvan” Universitetinə, 208-i isə Naxçıvan Müəllimlər İnstitutuna qəbul olub. 2016-2017-ci tədris ilində ümumi orta təhsil bazasından orta ixtisas məktəblərinə 629, Heydər Əliyev adına Hərbi Liseyə isə 180 nəfər qəbul olub. Muxtar respublikada təhsilin dövlət qayğısı ilə əhatə edilməsi əldə olunan uğurlu nəticələrin gələcək illərdə də davamlı xarakter alacağını şərtləndirir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: Muxtar respublikada bütün sahələrdə olduğu kimi təhsilin inkişafında da ardıcıl tədbirlər həyata keçirilir. Təhsilin bütün pillələri üzrə infrastruktur yenilənir, tikilən və ya əsaslı şəkildə yenidən qurulan məktəblərin maddi-texniki bazaları gücləndirilir, onlar müasir informasiya və kommunikasiya avadanlıqları ilə təchiz olunur, məktəblərlə muzeylər arasında interaktiv dərslər keçirilir. Ümumtəhsil məktəblərində olduğu kimi, ali və orta ixtisas təhsili məktəblərində də müasir tədris metodlarının tətbiqinə xüsusi diqqət yetirilir. Məktəblər aid təşkilatlara hamiliyə verilir, elmi dərəcəsi olan müəllimlərin ümumtəhsil məktəblərində nümunəvi dərsləri təşkil edilir, dərs proseslərində elektron lövhələrdən istifadəyə üstünlük verilir, vahid geyim formaları tətbiq olunur. Bununla yanaşı ali və orta ixtisas təhsili məktəbləri üçün yeni binalar və tədris korpusları tikilir və ya əsaslı şəkildə yenidən qurulur, tələbata uyğun ixtisasların açılması təmin edilir.

Ali Məclisin Sədri deyib: Bu gün istər ali, istərsə də orta ixtisas məktəbləri ən müasir təhsil şəraitinə malikdirlər. Naxçıvan Müəllimlər İnstitutu üçün isə yeni tədris korpusu inşa olunur. Bir sözlə, ali və orta ixtisas təhsili məktəblərinin normal fəaliyyətləri üçün bütün şərait yaradılmışdır. Lakin yaradılan şəraitdən səmərəli istifadə olunmur. Əgər 2016-cı ildə məzunlarımızın 1853 nəfəri, yaxud 90,4 faizi muxtar respublikadakı ali və orta ixtisas təhsili məktəblərini seçmişdirsə, 2017-ci ildə 1782 nəfəri, yaxud 87,2 faizi muxtar respublika ali və orta ixtisas təhsili məktəblərini seçib. Artıq 3 ildir ki, ali və orta ixtisas təhsili məktəblərinin elmi dərəcəli müəllimlərinin ümumtəhsil məktəblərində nümunəvi dərsləri təşkil edilir. Bu, şagird seçimini tənzimləmək üçün də əlavə imkandır. Nümunəvi dərs keçən müəllim təhsillə yanaşı, şagirdlərdə təmsil etdiyi ali və ya orta ixtisas təhsili məktəbinə maraq da oyada bilər. Bundan əlavə, ali və orta ixtisas təhsili məktəbləri dərs prosesinə mane olmamaq şərti ilə yuxarı sinif şagirdləri üçün “açıq qapı” günləri, tanışlıq ekskursiyaları da təşkil edə bilərlər. Bu gün ali və orta ixtisas təhsili məktəblərində muxtar respublikanın tələbatına uyğun ixtisaslar üzrə kadr hazırlığı aparılır. 2017-2018-ci tədris ili üçün keçirilən qəbul imtahanında muxtar respublikanın ali və orta ixtisas təhsili məktəblərində 16 ixtisas üzrə qəbul 50 faizdən aşağı olmuş, ümumilikdə isə tələbə qəbulu üzrə plan yerlərinin 13 faizi boş qalmışdır.

Ali Məclisin Sədri deyib: Hər il xarici ölkələrin məktəbləri muxtar respublikadan olan məzunları müxtəlif vədlərlə öz ölkələrində təhsilə cəlb edirlər. Təəssüf ki, o məktəblərin təyinatı və təhsil səviyyəsi barədə məzunlarımızda kifayət qədər məlumat olmur. Bu məktəblərlə müqayisədə daha yüksək təhsil və sosial şəraitə malik olan muxtar respublika ali məktəblərinin rəhbərləri isə xarici ölkələrdən tələbə təşviqi məsələsində gözləmə mövqeyində dayanırlar. Nəzərə almaq lazımdır ki, əcnəbi vətəndaşların muxtar respublikanın təhsil müəssisələrində təhsil almaları üçün ən müasir təhsil standartları və şərait mövcuddur. Əcnəbi tələbələrin ali təhsil müəssisəsində təhsil alması bir tərəfdən bu təhsil müəssisəsi üçün əlavə maliyyə dəstəyidirsə, digər tərəfdən Naxçıvanın tanıdılmasına və məktəbin reytinqinə də öz təsirini göstərir. Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti və Naxçıvan Müəllimlər İnstitutu bu sahədə fəaliyyətlərini gücləndirməli, əcnəbi tələbələrin təhsil müəssisələrinə cəlbi istiqamətində zəruri işlər görməlidirlər.

Qeyd olunub ki, müasir dövrdə hər bir ali və orta ixtisas təhsili məktəbi daha çox tələbənin cəlb olunmasına çalışmalıdır. Çox təəssüf ki, muxtar respublikanın təhsil müəssisələrində qabaqcıl ali təhsil müəssisələrindən geri qalmayan müasir infrastrukturun yaradılmasına baxmayaraq, bu istiqamətdə fəaliyyət zəifdir. Tələbə təşviqinə təsir edən əsas amillərdən biri də təhsil müəssisəsindəki tədrisin səviyyəsidir. Buna görə də ali və orta ixtisas təhsili məktəblərində müasir tədris metodlarının tətbiqinə üstünlük verilməli, kadr hazırlığına diqqət artırılmalı, tədris və istehsalat təcrübələrinin keçirilməsində hami təşkilatların bazasından və imkanlarından səmərəli istifadə olunmalıdır. 2017-2018-ci tədris ilində qeyd olunan istiqamətlərdə fəaliyyət daha da gücləndirilməlidir.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında müşavirə iştirakçılarına uğurlar arzulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib

Azərbaycanda orta ixtisas təhsili müəssisələrində elmi potensial: son rəqəmlər

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Mövsüm dəyişdi, öskürək epidemiyası başladı: xalq təbabətindən unudulmuş reseptlər

MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına dair Bəyanat qəbul ediblər

Xəzərin iki sahilindən formalaşan yeni siyasi xətt: Azərbaycan və Mərkəzi Asiya

Bakıda Avropa Su İdmanı Federasiyasının inklüzivliyə həsr olunmuş konfransı baş tutub

Azərbaycanlı professor “Çingiz Aytmatov” medalına layiq görülüb

Arıçı Ağadadaş Abbasov: Bu peşədə hər fəslin özünəməxsus çətinliyi var

Azərbaycan və Mərkəzi Asiya dövlətləri münasibətləri ortaq inkişaf məqsədləri üzərində qurulur ŞƏRH

Yeni səyahət marşrutları və təcrübələr: Turizm mütəxəssisləri cənub regionunda

BDU-da təlim: Süni intellekt müəllimin köməkçisi kimi

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib  YENİLƏNİB VİDEO

“AI for Engineers” təlim proqramına müraciətlərin qəbuluna başlanılır

Prezident İlham Əliyevin xarici siyasət strategiyası: güclənən mövqelər, dərinləşən tərəfdaşlıq