Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib Naxçıvan, 15 sentyabr (AZƏRTAC). Sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində muxtar respublikada əkinə yararlı torpaqların istifadə vəziyyəti ilə bağlı müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, muxtar respublika Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Valeh Vəliyev müzakirə olunan məsələ ilə bağlı məlumat verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: Naxçıvan Muxtar Respublikası 5,5 min kvadratkilometr və ya 550 min 275 hektar əraziyə malikdir. Bunun 164 min 276 hektarı və ya 29,9 faizi kənd təsərrüfatı üçün yararlı, 367 min 209 hektarı və ya 66,7 faizi kənd təsərrüfatı üçün yararsız, 18 min 790 hektarı və ya 3,4 faizi həyətyanı torpaq sahələri, meşə və kolluqlardan ibarətdir. Kənd təsərrüfatına yararlı torpaqların 51 min 633 hektarını əkin sahələri, 1007 hektarını dincə qoyulmuş torpaqlar, 1353 hektarını üzüm və meyvə bağları, 110 min 283 hektarını isə biçənək və örüşlər təşkil edir. Həyətyanı torpaq sahələrinin 1529 hektarı tikinti altında, 12 min 933 hektarı əkin altında olan torpaqlardan ibarətdir.

Ali Məclisin Sədri deyib: Naxçıvan Muxtar Respublikasında aparılmış torpaq islahatı nəticəsində 42 min 43 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün 70 min 763 ailənin mülkiyyətinə verilib, 1216 hektar əkinəyararlı torpaq sahəsi isə yaşayış məntəqələrinin perspektiv inkişafı üçün saxlanılıb. Son 19 il ərzində muxtar respublikada əkinəyararlı torpaqların mühafizəsi və onlardan səmərəli istifadə diqqət mərkəzində olub. Bunun nəticəsidir ki, cari ilin məhsulu üçün həyətyanı əkin sahələri ilə birlikdə 60 min 829 hektar sahədə əkin aparılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar ötən dövr ərzində Sədərək, Şərur, Kəngərli, Culfa, Ordubad, Babək rayonlarının və Naxçıvan şəhərinin ərazisində olan eroziyaya uğramış, şoranlaşmış torpaqlar müəyyən edilərək xəritələşdirilib. Məlum olub ki, muxtar respublika üzrə şoranlaşmaqda olan əkin sahələri 1698 hektar, qrunt sularının üzə çıxması nəticəsində çəmənləşən əkin sahələri 5635 hektar, şoranlaşan örüş sahələri isə 2434 hektardır.

Ali Məclisin Sədri qeyd edib ki, şoranlaşmaqda olan 1698 hektar əkin sahəsinin 806 hektarı Sədərək, 187 hektarı Şərur, 124 hektarı Kəngərli, 66 hektarı Culfa, 94 hektarı Babək rayonlarının, 421 hektarı isə Naxçıvan şəhərinin ərazisindədir. Çəmənləşən 5635 hektar əkin sahəsinin 112 hektarı Sədərək, 3073 hektarı Şərur, 1117 hektarı Kəngərli, 572 hektarı Culfa, 34 hektarı Ordubad, 690 hektarı Babək rayonlarının, 37 hektarı isə Naxçıvan şəhərinin payına düşür. 2434 hektar şoranlaşmış örüş sahəsinin 2301 hektarı Sədərək, 133 hektarı isə Şərur rayonlarının ərazisindədir.

“Qeyd olunan nöqsanların aradan qaldırılması üçün fəaliyyət daha da gücləndirilməli, torpaq fondundan səmərəli istifadə olunmalıdır”, - deyən Ali Məclisin Sədri aidiyyəti qurumlara konkret tapşırıqlar verərək deyib: Muxtar respublikada əkinəyararlı torpaq sahələrinin məhdud olması onlardan səmərəli istifadənin vacibliyini ön plana çəkir. Ona görə də Nazirlər Kabineti torpaq balansına uyğun olaraq torpaqlardan təyinatı üzrə istifadəyə nəzarəti artırmalıdır. Bəzi hallarda kənd təsərrüfatına yararlı torpaqlar icarəyə verilərək, digər məqsədlər üçün istifadə olunaraq yararsız hala düşür. Yerli icra hakimiyyətləri əkinəyararlı torpaq sahələrindən digər məqsədlər üçün istifadəni aradan qaldırmalı, müəssisələrin, inzibati binaların, sosial təyinatlı obyektlərin tikintisinin əkin üçün yararlı olmayan ərazilərdə aparılması təmin edilməlidir.

Kənd Təsərrüfatı Nazirliyi Torpaq və Xəritəçəkmə Komitəsi ilə birlikdə kənd təsərrüfatına yararlı torpaqların kateqoriyalar üzrə səmərəli istifadə istiqamətlərini müəyyən etməli, perspektiv inkişaf üçün nəzərdə tutulmuş əvəzləşdirilməsi mümkün olan əkinəyararlı torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması üçün müvafiq tədbirlər görməlidir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi eroziya və şoranlaşmaya məruz qalmış torpaq sahələrinin dəqiqləşdirilməsi və xəritələşdirilməsi işini davam etdirməli, əkinəyararlı torpaqlardan istifadə və mövcud vəziyyət barədə rübdə bir dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə məlumat verməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi müxtəlif tikinti və sənaye tullantılarının əkin üçün yararlı torpaq sahələrinə atılması, torpağın münbit qatının tikinti məqsədləri üçün istifadə edilməsi hallarına qarşı təsirli tədbirlər görməli, torpaqların çirkləndirilməsinin qarşısı alınmalıdır.

Ali Məclisin Sədri tapşırıb ki, Kənd Təsərrüfatı Nazirliyi Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə su ehtiyatlarından səmərəli istifadəni təmin etmək üçün kənd təsərrüfatı bitkilərinin və ərazilərin xüsusiyyətlərini nəzərə alan suvarma rejimi hazırlamalı və ona əməl edilməsinə nail olmalıdır. Suvarılan torpaqların meliorativ vəziyyətinə və sudan istifadə olunmasına dövlət nəzarəti gücləndirilməli, torpaqlarda meliorativ tədbirlər həyata keçirilməli, arx və kanalların vaxtında təmizlənməsi nəzarətdə saxlanılmalı, suvarmada mütərəqqi üsullardan istifadə təmin edilməlidir. Eroziya və şoranlaşmanın qarşısının alınması üçün kompleks təsərrüfat, aqrotexniki, meliorativ, hidrotexniki və rekultivasiya tədbirləri aparmalı, gübrə və kimyəvi maddələrdən düzgün istifadəyə ciddi fikir verilməli, torpağın sanitar-texniki mühafizəsi üçün tədbirlər görülməlidir.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi aidiyyəti orqanlarla birlikdə yay-qış otlaqlarından düzgün istifadəni təmin etməli, otlaqların sıradan çıxmasının qarşısı alınmalıdır. Səhralaşmanın qarşısının alınması üçün yay-qış otlaqları inventarlaşdırılmalı, sıradan çıxmış yaylaqlar kənd təsərrüfatı dövriyyəsindən çıxarılaraq dincə qoyulmalı, bərpa tədbirləri görülməli, fermerlər arasında maarifləndirmə işləri aparılmalıdır.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında aidiyyəti orqanlara müvafiq tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH