Azərbaycan Dövlət İnformasiya Agentliyi

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNİN SƏDRİ VASİF TALIBOVUN MƏRUZƏSİ

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNİN SƏDRİ VASİF TALIBOVUN MƏRUZƏSİ

- Möhtərəm Prezident!

Ümummilli liderimiz tərəfindən əsası qoyulan və Sizin rəhbərliyinizlə uğurla davam etdirilən quruculuq xətti ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında böyük dəyişikliyə səbəb oldu. Qəbul etdiyiniz Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramının icrası sayəsində əldə olunan uğurlar hər il artan sürətlə davam edir. Siz regionlara ardıcıl səfərlər edib Dövlət proqramının icrası ilə yerindəcə tanış olursunuz. Naxçıvan Muxtar Respublikasına bir il bundan əvvəl etdiyiniz səfərdən sonra görülmüş işlər barədə qısa məlumat vermək istəyirəm.

Hər bir regionun inkişafının miqyası onun büdcəsi ilə ölçülür. Naxçıvan Muxtar Respublikasının büdcəsi Sizin diqqət və qayğınızla hər il artmışdır. 2005-ci ildə muxtar respublikanın büdcəsi 70 milyon 330 min manat, 2006-cı ildə 106 milyon 449 min manat, 2007-ci ildə isə 161 milyon 818 min manat müəyyən edilmişdir. Bununla bərabər, Sahibkarlığa Kömək Fondunun da vəsaiti artmış, bu Fonda büdcədən 2005-ci ildə 3 milyon manat, 2006-cı ildə 6 milyon manat, 2007-ci ildə 6 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdur. Ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında hər il büdcənin və Sahibkarlığa Kömək Fondunun vəsaitinin həcminin artması inkişafın məntiqi nəticəsi kimi diqqəti cəlb edir. Bu inkişaf dinamikdir, hər il özündən əvvəlki illə müqayisədə artımla xarakterizə olunur.

2005-ci ilin 11 ayında ümumi daxili məhsulun həcmi 267 milyon 955 min manat təşkil etmişdisə, cari ilin 11 ayında bu göstərici 373 milyon 993 min manat olmuş, 33,4 faiz artmışdır. Muxtar respublika üzrə adambaşına düşən ümumi daxili məhsulun həcmi bu il ilk dəfə 1000 ABŞ dolları həddini keçərək, 1100 dollar olmuşdur. Ötən dövrdə əldə olunan mühüm göstəricilərdən biri də sənaye məhsulu istehsalı həcminin artmasıdır. 2005-ci il yanvar-noyabr aylarında 38 milyon 151 min manatlıq sənaye məhsulu istehsal olunmuşdusa, bu il istehsalın həcmi 66,5 faiz artaraq, 66 milyon 121 min manat olmuşdur. 2005-ci ilin müvafiq dövrünə nisbətən sənaye məhsulu istehsalı dövlət sektorunda 10 faiz, qeyri-dövlət sektorunda isə 94 faiz artmışdır. Sənaye məhsulu həcminin artması mövcud istehsal müəssisələrinin öz fəaliyyətini bərpa etməsi ilə yanaşı, həm də yeni istehsal obyektlərinin istifadəyə verilməsi nəticəsində mümkün olmuşdur.

Sizin tərəfinizdən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının qəbulundan ötən müddət ərzində muxtar respublikada 55 yeni istehsal obyekti tikilmiş, yaxud da əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir. Ötən il 15 istehsal müəssisəsi istifadəyə verilmişdisə, bu il 29 yeni müəssisə tikilmişdir.

Bundan başqa, 5 istehsal sahəsinin yaradılması üzrə işlər davam edir. İstifadəyə verilmiş müəssisələr hesabına 851 yeni iş yeri, Sizin bilavasitə himayənizlə tikilən 3 elektrik stansiyası, Diaqnostika-Müalicə Mərkəzi hesabına isə 500 yeni iş yeri açılmışdır. Cari ildə yaradılan iş yerlərinin sayı 7331 olmuşdur. Bütövlükdə, Dövlət proqramının qəbuluna ötən müddət ərzində muxtar respublikada 24099 yeni iş yeri yaradılmışdır ki, bunun da 14698-i daimi iş yerləridir.

Tikinti sektorunda işlərin həcmi hər il çoxalır. Əgər 2005-ci ilin 11 ayında əsas kapitala 101 milyon 358 min manat sərmayə yönəldilmişdisə, bu ilin ötən dövrü ərzində tikintidə bütün maliyyə mənbələri hesabına 157 milyon 468 min manatlıq sərmayədən istifadə olunmuşdur. Göründüyü kimi, tikintidə sərmayənin həcmi 55,4 faiz artmışdır. İlin əvvəlindən 636 obyektdə tikinti-quraşdırma işləri aparılmışdır. 173 obyektdə isə işlər davam etdirilir.

Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da təhsilin inkişafı bir nömrəli sahədir. Bu məsələdə ümummilli liderimizin “Təhsil hər bir millətin gələcəyidir” kəlamını rəhbər tutur, təhsil şəbəkəsinin genişlənməsinə çalışırıq. Bu il 2352 şagird yerlik 8 məktəb binası tikilmiş, 2800 yerlik 6 məktəb binası əsaslı şəkildə yenidən qurulmuşdur. Ümummilli liderimizin adını daşıyan Fondun vəsaiti hesabına ötən il muxtar respublikada 2 məktəb, bu il isə Ordubad rayonunun Biləv kəndində 216 yerlik, Şahbuz rayonunun Mahmudoba kəndində isə 144 yerlik yeni məktəb binaları tikilərək istifadəyə verilmişdir.

Hörmətli Prezident, Sizin sərəncamınıza əsasən, istifadəyə verilən məktəblərin hamısında ən müasir texniki avadanlıq, kompyuterlər quraşdırılır. Bütövlükdə, bu gün muxtar respublikanın ümumtəhsil məktəblərində 1500 ədəd kompyuter vardır. Bu o deməkdir ki, muxtar respublikanın orta ümumtəhsil məktəbələri 75 faiz kompyuterləşdirilibdir. Mövcud kompyuter otaqlarından 68-i internetə qoşulubdur. Bütün bunlar məktəbə yeni səviyyə gətirir, tədrisin yeniləşməsinə, şagirdlərin daha məlumatlı olmasına kömək göstərir. Təhsilin müasir tələblərə uyğunlaşmasının nəticəsidir ki, əgər 2000-ci ildə muxtar respublikadan ali məktəblərə 647 abituriyent qəbul olunmuşdusa, 2005-ci ildə onların sayı 1018 nəfərə, bu il isə 1100 nəfərə çatmışdır. Əgər ötən il ali məktəblərə qəbul imtahanlarında 500-700 bal arasında nəticə göstərənlərin sayı 87 nəfər idisə, bu il 135 nəfər olmuşdur. Bütün bunlar göstərir ki, sosial sahənin inkişafına diqqət və qayğı artan xətt üzrə gedir.

Sağlamlığın mühafizəsi ilə bağlı görülən tədbirlər də artmışdır. Bu il 11 həkim ambulatoriyası, 2 feldşer-mama məntəqəsi, Əziz Əliyev adına 100 çarpayılıq muxtar respublika Mərkəzi uşaq xəstəxanası, 40 çarpayılıq Kəngərli rayon mərkəzi xəstəxanası tikilmiş, 250 çarpayılıq “Duzdağ” fizioterapiya xəstəxanası yenidən qurulmuşdur.

Sizin himayənizlə tikilib istifadəyə verilən Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi nəinki muxtar respublikada, o cümlədən ətraf regionda bənzəri olmayan tibb müəssisəsidir. Bu, muxtar respublika əhalisinə ən böyük töhfədir. Bu töhfəyə görə Sizə bir daha muxtar respublika əhalisinin hədsiz minnətdarlığını çatdırıram.

Aparılan quruculuq tədbirlərinin xarakterik xüsusiyyəti odur ki, bunlar iqtisadiyyatın və sosial həyatın bütün sahələrini özündə birləşdirməklə yanaşı, həm də muxtar respublikanın hər bir rayonunu və kəndini də əhatə edir. Kənd yerlərində əhalinin məşğulluğunun təmin edilməsi, sosial problemlərin aradan qaldırılması sahəsində tədbirlər görülmüş, 117 kilometr uzunluğunda, o cümlədən kəndarası 87 kilometr avtomobil yolu salınmış və ya bərpa olunmuş, 9 kənd mərkəzi, məktəblər, klub müəssisələri tikilmiş, içməli su xətləri çəkilmişdir. Çalışmışıq ki, kəndlərdə ən müasir infrastruktur yaradılsın.

Muxtar respublika əhalisinin təxminən 70 faizi kəndlərdə yaşayır və kənd təsərrüfatı ilə məşğul olur. Aqrar sektorda işlərin təşkili üçün bütün lazımi tədbirlər görülür. Kənd əhalisinə arı ailələri, meyvə tingləri, toxum sortları, kənd təsərrüfatı alət və vasitələri verilir. Təkcə cari ildə 77 adda yeni texnika, o cümlədən 10 kombayn, 20 traktor, 10 taxılsəpən, gübrəsəpən maşın və digər texnika gətirilərək, lizinq yolu ilə mülkiyyətçilərə verilmişdir. Görülən işlər nəticəsiz qalmamışdır. Hazırda muxtar respublikada il ərzində yaradılan əlavə dəyərin, orta hesabla, üçdə biri kənd təsərrüfatının payına düşür. Cari ilin 11 ayı ərzində 2005-ci ilin göstəricisi ilə müqayisədə 7 milyon 946 min manatlıq çox, yəni 92 milyon 896 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur. Hər il olduğu kimi, bu il də taxılçılığın inkişafı aparıcı sahə kimi qalmış, 100 min tona yaxın dənli və paxlalı məhsul istehsal olunmuşdur. Taxılçılıqla yanaşı, kartofçuluğun inkişafına xüsusi diqqət yetirilir. Bu sahənin inkişafı üçün əlverişli təbii şəraitin olması nəzərə alınaraq, sahibkarlara güzəştli kreditlər verilmişdir. Görülən tədbirlərin nəticəsidir ki, 2005-ci ildə kartof əkini sahələri 2004-cü ilə nisbətən 388 hektar artaraq 1990 hektara, ötən illə müqayisədə isə 471 hektar artaraq 2461 hektara çatdırılmışdır. Kartof əkini sahələrindən 2005-ci ildəki göstəricidən 7188 ton çox, yəni 33 min 506 ton məhsul götürülmüşdür.

Muxtar respublikanın aqrar sektorunda böyük perspektivi olan sahələrdən biri də şəkər çuğunduru yetişdirilməsidir. Cari ildə ötən illə müqayisədə 543 hektar çox, yəni 2090 hektar sahədə şəkər çuğunduru əkilmiş, 30086 ton məhsul götürülmüşdür ki, bu da 2005-ci ildəkinə nisbətən 6577 ton çoxdur. Naxçıvan tarixən öz meyvəsi ilə məşhur olubdur. Meyvəçiliyin əvvəlki şöhrətini qaytarmaq üçün bir sıra tədbirlər görülmüş, yaşıllıqların bərpası işində meyvə ağaclarının əkininə üstünlük verilmişdir. 2006-cı ildə 36 min 956 ton meyvə istehsal olunmuşdur ki, bu da əvvəlki ildəkindən çoxdur.

Muxtar respublikada bitkiçiliyin inkişafında intensiv amillərin rolu böyükdür. Yüksək məhsuldarlığı olan toxum sortlarının, gübrələrin dövlət dəstəyi ilə torpaq mülkiyyətçilərinə çatdırılması, suvarma sistemlərinin müntəzəm əsasda təkmilləşdirilməsi buna misal ola bilər. 100 milyon kubmetr tutumu olan Heydər Əliyev Su Anbarının tikintisinin hörmətli Prezidentimizin himayəsi ilə davam etdirilərək başa çatdırılması nəticəsində 16 min 800 hektara yaxın sahənin suvarılması təmin olunmuş, 619 hektar yeni torpaq sahəsi əkin dövriyyəsinə daxil edilmişdir.

Bitkiçiliklə yanaşı, heyvandarlıqda da inkişaf daim artan sürətlə müşayiət olunur. 2006-cı ilin ötən dövrü ərzində qaramalın sayı əvvəlki ilin müvafiq dövründəkindən 10 min 992 baş artaraq 97 min 715 başa, davarın sayı isə 43 min 804 baş artaraq 585 min 60 başa çatmışdır. Bu gün Naxçıvan Muxtar Respublikası taxıl, ət, şəkər, meyvə və onların emal məhsulları ilə özünü təmin edir. Muxtar respublikada istehsal olunmuş meyvə-tərəvəzin yerli tələbatdan çox olması onun ixracına da imkan vermişdir. Cari ilin 11 ayında 1 milyon 100 min manat dəyərində meyvə və tərəvəz ixrac olunmuşdur. Bununla yanaşı, əhalinin tələbatı, təbii ehtiyatlar və istehsal imkanları nəzərə alınmaqla, bir sıra istehsal və emal müəssisələri yaradılmışdır. Bunlar, əsasən, istehlak mallarına daxili tələbatın təmin edilməsində idxaldan asılılığın azaldılmasına yönəldilmişdir.

Naxçıvan Muxtar Respublikası 16-cı ildir ki, blokada şəraitində yaşayır. Belə bir şəraitdə energetika, nəqliyyat və rabitə sektorunda fəaliyyətin təşkilindən çox şey asılıdır. Ölkə Prezidenti hörmətli İlham Əliyevin səyi nəticəsində Azərbaycan və İran arasında bağlanmış müqaviləyə əsasən, Naxçıvana təbii qazın verilməsi 13 illik fasilədən sonra bərpa olunmuşdur. Qısa müddət ərzində ölkə başçısının bilavasitə himayəsi altında qaz xətti çəkilmiş 2005-ci ilin sonlarında Naxçıvana təbii qazın verilməsinə başlanmışdır. Qazlaşdırmanın ikinci mərhələsində işlər sürətlə davam etdirilir. Bu mərhələnin sonunda 53 mindən artıq mənzilin qazla təminatı nəzərdə tutulubdur. Hazırda 18 mindən artıq mənzilə təbii qaz verilir və bunun nəticəsində qış aylarında elektrik enerjisinə olan tələbat xeyli azalmışdır. Qış aylarında muxtar respublikanın elektrik enerjisinə olan tələbatı 250 meqavatdır. İrandan 120-130 meqavat, Türkiyədən 60-70 meqavat elektrik enerjisi alınması üçün texniki imkan vardır.

Hazırda Araz su elektrik stansiyasında 20-22 meqavat, Naxçıvan qaz-turbin elektrik stansiyasında 50 meqavat elektrik enerjisi istehsal olunur. Beləliklə, daxil olan elektrik enerjisinin maksimal gücü 230 meqavat təşkil edir. Naxçıvanın elektrik enerjisinə olan tələbatını tam təmin etmək, idxaldan asılılığı azaltmaq məqsədi ilə tikilib istifadəyə verilən 87 meqavat gücə malik modul tipli elektrik stansiyası energetika probleminin həlli istiqamətində əhəmiyyətli addımdır. İstər modul tipli elektrik stansiyasının, istər Heydər Əliyev Su anbarı üzərində elektrik stansiyasının tikintisi, qaz-turbin elektrik stansiyasında turbinlərin təbii qazla işləmə rejiminə keçirilməsi, istərsə də Naxçıvanın indiki çox çətin şəraitində təbii qazın çəkilməsinə nail olunması muxtar respublikanın xilasına yönəlibdir. Bu mühüm, həyati vacib tədbirlərə görə Naxçıvan Muxtar Respublikasının əhalisi ümummilli liderimizin yolunu davam etdirən Prezident İlham Əliyevə daim minnətdar olacaqdır.

Son illərdə Naxçıvan Muxtar Respublikasında informasiya texnologiyalarının tətbiqi, rabitənin inkişafı sahəsində əhəmiyyətli dönüşə nail olunubdur. 2005-ci ilin 11 ayında əhaliyə və təşkilatlara 8 milyon 421 manatlıq rabitə və poçt xidməti göstərilmişdisə, cari ilin 11 ayında 14 faiz artaraq 9 milyon 572 min manat təşkil etmişdir. Muxtar respublikada ilk dəfə genişzolaqlı mobil üzrə rabitə sistemi yaradılmış, rabitənin təşkilinə digər mobil operatorlar da cəlb edilmişdir. Hazırda muxtar respublikanın bütün ərazisi rabitə xidməti ilə əhatə olunmuşdur. Muxtar respublikada 81 avtomat telefon stansiyası var və bunların hamısı elektron sistemlidir. Naxçıvan fibrooptik kabel xəttinə qoşulub, kompyuter təlim-tədris və internet mərkəzləri fəaliyyət göstərir. 2000-ci ilin əvvəlində hər yüz ailəyə 29 telefon aparatı düşürdüsə, indi bu göstərici 52-yə çatmışdır.

2006-cı ilin yanvar-noyabr aylarında muxtar respublika iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 110 manat olmuşdur. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 28 faiz çoxdur.

Möhtərəm Prezident, Sizin sərəncamınızla dəniz səviyyəsindən 1200 metr yüksəklikdə yerləşən müəssisə, idarə və təşkilatlarda çalışanların əmək haqqının artırılması muxtar respublikada 595 nəfərə, dövlət büdcəsindən maliyyələşən sahələrdə çalışan səhiyyə, təhsil, sosial təminat, mədəniyyət işçilərinin ayrı-ayrı kateqoriya inzibati orqan işçilərinin əmək haqlarının artırılması, yaşa görə əmək pensiyalarının baza hissəsi orta hesabla 17 faiz qaldırılması muxtar respublikada 83 min 544 nəfərə şamil edilmişdir. Hər il pensiya və müavinətlər tam həcmdə verilir, borc yaranmır. Məcburi dövlət sosial sığorta haqlarının yığılması müqayisə olunan dövrlər üzrə 2 milyon 277 min manat artaraq, 10 milyon 774 min manat təşkil etmişdir. Başqa sözlə, pensiya və müavinətlərə ödənilən vəsaitin 45,8 faizi muxtar respublikanın özündə yığılmışdır. Bütün bunlar dolanışıq səviyyəsinin getdikcə artmasını göstərir.

2006-cı ilin yanvar-noyabr aylarında əhalinin pul gəlirləri 325 milyon 79 min manat olmuş, onun nominal həcmi 2005-ci ilin müvafiq dövrünə nisbətən 29,8 faiz artmışdır. Adambaşına pul gəlirləri 2005-ci ilin yanvar-noyabr aylarında 668 manat idisə, bu göstərici cari ilin 11 ayında 28,7 faiz artaraq 860 manat olmuşdur.

Aparılan məqsədyönlü tədbirlər muxtar respublikanın xarici ticarət dövriyyəsinin də artmasına səbəb olmuşdur. Əgər 2005-ci ilin 11 ayında xarici ticarət dövriyyəsinin ümumi həcmi 52 milyon 892 min manat ABŞ dolları olmuşdusa, cari ilin müvafiq göstəriciləri 74 milyon 431 min dollar təşkil etmişdir. Bu da 41 faiz artım deməkdir.

Muxtar respublikanın sosial-iqtisadi inkişafı büdcə daxilolmalarının həcminə də təsir göstərmişdir. 2006-cı ilin 11 ayında Naxçıvan Muxtar Respublikasının büdcəsinə bütün mənbələr hesabına 23 milyon 673 min manat vəsait daxil olmuşdur ki, bu da 2005-ci ilin müvafiq göstəricisindən 2,2 dəfə çoxdur. Naxçıvan şəhərinin büdcəsi isə artıq yeddinci ildir ki, subsidiyasız planlaşdırılır. Tikinti-abadlıq işlərinin ilbəil artmasına baxmayaraq, Naxçıvan şəhərində quruculuq tədbirlərinin maliyyələşməsində heç bir problem yaranmır.

Görülən işlər, yaradılan infrastruktur sahələri, əhalinin məşğulluğu ilə bağlı aparılan tədbirlər öz bəhrəsini verir. Bu işlərin bir göstəricisi də ondan ibarətdir ki, müxtəlif səbəblərdən muxtar respublikadan gedən 2028 ailə və ya 9386 nəfər son 3 ildə geri qayıtmış, aparılan yenidənqurma tədbirlərində iştirak etməyə başlamışlar. Sosial-iqtisadi inkişafın ən mühüm göstəricilərindən biri də budur ki, 11 ayda muxtar respublika əhalisinin sayı 2005-ci ilin eyni dövrünə nisbətən 3300 nəfər artaraq, 379 min 800 nəfərə çatmışdır. Qeyd olunanlar bir daha onu göstərir ki, çətin blokada şəraitinə baxmayaraq, Naxçıvan Muxtar Respublikası da ölkəmizin digər bölgələri kimi həqiqi inkişafa və dirçəlişə qovuşmuşdur. Bu, hörmətli Prezidentimizin rəhbərliyi ilə davam və inkişaf etdirilən Heydər Əliyev yolunun, Heydər Əliyev quruculuq xəttinin daha bir əyani ifadəsidir. Bu yol davam edəcəkdir. Hörmətli Prezidentimizin dediyi kimi, son üç ilin təcrübəsi, görülən işlər onu göstərdi ki, biz əməli işlərlə sübut etdik ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və əbədi yaşayacaqdır.

X X X

Dövlətimizin başçısı müşavirəyə yekun vurdu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsveç Dövlət Bankının Alfred Nobel xatirəsinə iqtisad elmləri üzrə mükafatı laureatlarının adları məlum olub

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB VİDEO

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Evdə hazırlanan konserv daha təhlükəsizdir? – AQTİ aydınlıq gətirir

Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub

“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər

Şəqşünas-alimlər Orta Dəhlizin enerji və tranzit imkanlarını araşdırıblar

Borçalı motivləri: Tarix, naxış və təbiətin harmoniyası - REPORTAJ

Mirzə Cəfər Topçubaşovun elmi irsi: beynəlxalq akademik mühitdə milli ənənələr

“Dünyanın ən yaxşı yeri”ni sevərək yaşayan sakin: Fəxrlə deyirəm ki, biz öz torpağımızdayıq

Bu il Naxçıvanda istehlakçılara 1,6 milyon manata yaxın ƏDV məbləği qaytarılıb

İlqar Fəhmi: Sosial şəbəkələrdə yaranan müzakirələr bəzən əsassız hay-küyə çevrilir

Azərbaycanın MDB-yə sədrliyi regional əməkdaşlığın inkişafına yeni impuls verəcək - ŞƏRH

“Kitabi-Dədə Qorqud” eposunda alqış və qarğışların poetik funksiyaları araşdırılıb

Kambocanın Baş naziri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

İlahə Həmidova: Vahid məktəbli geyimi sağlam təhsil mühitinin qorunmasına müsbət təsir göstərəcək

Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı: 309 namizəd qeydiyyatdan keçib

Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi

Aİ kimyəvi silahların yayılmasına və istifadəsinə qarşı sanksiyalar rejimini 2031-ci ilədək uzadıb

Samirə Əliyeva: Vahid məktəbli formasının tətbiqi nizam-intizamın qorunması baxımından əhəmiyyətlidir

Əqli mülkiyyət sahəsində əməkdaşlıqda iştirak edən dövlətlər üçün hansı üstünlüklər mövcuddur?

Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib

AGTL-in sədri: Azərbaycanla Türkiyənin əməkdaşlığı qadınlar üçün yeni iqtisadi imkanlar yaradacaq

Prezident İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb

Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısı keçirilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı

Avropada qazın qiyməti həftəyə artımla başlayıb

Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər

TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb

Azərbaycan Ağsaqqallar Şurası ictimai sabitliyi pozmağa yönələn cəhdləri qətiyyətlə pisləyib

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanında müvəffəqiyyət qazanmış namizədlərin nəzərinə

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

Böyük Britaniyanın Baş naziri Aİ ilə münasibətlərin gücləndirilməsini istəyir

Mərkəzləşdirilmiş Azərbaycan Səfəvilər dövlətinin tariximizdəki rolu – dəyirmi masa

Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb

Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar

Türkmənbaşı görüşü: Azərbaycan-Mərkəzi Asiya strateji tərəfdaşlığının yeni mərhələsi

Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

Mars Sariyev: Azərbaycanın tranzit imkanlarının güclənməsi Qırğızıstanın formalaşan Avrasiya nəqliyyat arxitekturasına inteqrasiyasını stimullaşdırır ŞƏRH

Araşdırma: Müdrikliyin əsrlər boyu dəyişməyən 6 əsas prinsipi

Rəşad Məcid: Məktəblərdə vahid geyim formasına qarşı çıxmaq dünyəvi təhsil prinsipləri ətrafında ciddi suallar yaradır

Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb

Ceyhun Məmmədov: Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdir

Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər VİDEO

İran XİN: Pakistan və Qətərin vasitəçiliyi ilə danışıqlar davam edir və biz ABŞ-nin təkliflərini nəzərdən keçiririk

“Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramı başlayır

Dünya bazarında yanacağın qiymətinin artması adekvat olmayan qərarların qəbul edilməsinə gətirib çıxarıb

Azərbaycanın kulinariya irsi Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub

YAP-ın VIII Qurultayı: yeni hədəflər və strateji istiqamətlər Gəncədə diqqət mərkəzindədir

Qadın hərbi kursantlarla görüş olub

İran Yəmən və Səudiyyə Ərəbistanı arasında danışıqlar üçün vasitəçilik təklif edib

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır VİDEO

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır VİDEO

Bask ölkəsinin tanınmış şəxsləri “Canon français” ziyafətinə qarşıdır

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNİB VİDEO

Azərbaycanda dünyəvi təhsil: tarixi köklər və müasir prinsiplər

Britaniyanın Baş naziri: Avropa İttifaqından ayrılmağımız “ümidləri doğrultmadı”

Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb

Beynəlxalq Enerji Agentliyi ölkələri dizel ehtiyatlarını daha tez istifadə etməyə çağırıb

Sabah hava əsasən yağmursuz olacaq VİDEO

Sabah hava əsasən yağmursuz olacaq VİDEO

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir VİDEO

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir VİDEO

Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam

Kambocanın Baş naziri: Azərbaycanla müdafiə, təhlükəsizlik, təhsil sahələrində münasibətlər mövcuddur

Gülyanaq Məmmədova: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır

Misir Mərdanov: Məktəbdə vahid geyim qaydaları şagirdlərdə məsuliyyət hissi formalaşdırır

“Goldman Sachs” “Brent”in qiymətinə dair proqnozunu artırıb

Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik

Mənsum İbrahimov: Məktəblərdə vahid geyim formasının tətbiqi vacibdir

Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib

Bu saata olan əsas xəbərlər

Prezident: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Azərbaycanın MDB-yə sədrliyi regional iqtisadi əməkdaşlığı genişləndirə bilər – ŞƏRH

Alimlər Yerdən 7,5 işıq ili uzaqlıqda yerləşən su buludlarının dəyişməsini müşahidə ediblər

Pakistan Məkkə Müdafiə Sazişinə sadiq olduğunu bir daha bəyan edib

“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 11,5 faiz artıb

Fransada 2027-ci il üzrə büdcə müzakirələri: hökumət 5 faizlik kəsir həddini qorumağa çalışır

Baş Prokurorluq hərbi xidmətə çağırış sahəsində yol verilən qanun pozuntularına qarşı aparılan tədbirlərə dair açıqlama yayıb

Kamran İmanov: Türk dövlətlərinin institusional birliyinin təməli Azərbaycanda qoyulub VİDEO

Kamran İmanov: Türk dövlətlərinin institusional birliyinin təməli Azərbaycanda qoyulub VİDEO

AFFA rəsmisi: Akademiya rəhbərləri komfort zonadan çıxaraq layihələrin ərsəyə gəlməsinə dəstək veriblər

“Kopernik”: El-Nino səbəbindən dünya okeanında temperatur rekord səviyyəyə çatıb

Toğrul Əsədullayev: Qaydalara riayət etmək cəmiyyət olaraq məsuliyyətimizin bir hissəsidir

Azərbaycan Prezidenti: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür

Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər aparılıb

Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

Baş katib: Uşaq futbolunun inkişafı üçün vacib addımlar atılır

Muzdla çalışanların orta aylıq əməkhaqqı 1173 manat olub

Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib

Enerji Məsələlərini Tənzimləmə Agentliyi üçüncü rübün nəticələrini açıqlayıb

Revmatoid artritlə yaşayanlar nələrə diqqət etməlidirlər? – Mütəxəssisdən tövsiyələr

İşgüzar mühit və peşə mədəniyyəti: müəllimlərin geyim qaydaları tənzimlənir

Fransada Alen Soralın təsis etdiyi ifrat sağçı assosiasiya buraxılır

AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib

Almaniyanın əmək və sosial məsələlər naziri istefa verib

Cibuti sahillərində qayığın batması nəticəsində 139 miqrant ölüb