Naxçıvan Muxtar Respublikası ilə Belçika Krallığı arasında iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə olunub
Bakı, 30 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Belçikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bert Şufsla fəaliyyət müddətinin başa çatması ilə əlaqədar görüşüb.
Daimi nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasındakı münasibətlər, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlıq, Naxçıvan Muxtar Respublikası ilə alternativ enerji resursları və digər sahələrdə qurulmuş iqtisadi əlaqələrin genişləndirilməsi, Vətən müharibəsindən sonra regionda yaranmış vəziyyət, Zəngəzur dəhlizinin açılması, nəqliyyat-logistika imkanları, yeni iqtisadi layihələr, qarşıda duran vəzifələr, rəsmi səfərlər və bir sıra maraqlı mövzular ətrafında müzakirələr aparılıb.
Bəxtiyar Əsgərov ölkəmizdəki səmərəli fəaliyyətinə görə səfir Bert Şufsu Naxçıvan Muxtar Respublikası rəhbərliyi adından təbrik edib, ona yeni vəzifəsində uğurlar arzulayıb.