NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA MƏTBUAT ŞURASI YARADILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Mətbuat Şurasının təsis yığıncağı keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra yığıncaq iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Yığıncaqda bu ictimai qurumun məram və məqsədlərindən danışılmış, onun nizamnaməsi təsdiq edilmişdir.
Culfada nəşr olunan “Arazın səsi” qəzetinin məsul katibi yazıçı-jurnalist Fərəc Fərəcov şuranın sədri seçilmişdir.