“NAXÇIVAN NAXIŞLARI” SƏRGİSİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, oktyabrın 19-da Azərbaycan Mədəniyyət Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Səttar Bəhlulzadə adına sərgi salonunda muxtar respublika rəssamlarının əsərlərindən ibarət sərgi açılmışdır. “Naxçıvan naxışları” adlı sərgidə 24 rəssamın boyakarlıq, qrafika, tətbiqi sənət janrlarında 80-nə yaxın əsəri nümayiş etdirilir. Bu münasibətlə keçirilən açılış mərasimində mədəniyyət naziri Polad Bülbüloğlu Naxçıvan rəssamlarını təbrik etmiş, muxtar respublika sənətçilərinin uğurlarından danışmış, paytaxt sakinlərinin onların yaradıcılığı ilə yaxından tanış olacaqlarını vurğulamışdır.
Rəssamlar İttifaqının birinci katibi Ağəli İbrahimov, Naxçıvan Rəssamlar Birliyinin sədri, xalq rəssamı Hüseynqulu Əliyev, MR-in Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Rəşad Qulamov sərgidə göstərilən əsərlərin əhəmiyyətindən danışmış, rəssamlara uğurlar arzulamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]
Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb
- 16.06.2026 [16:08]