İDMAN
Naxçıvan şahmatçıları Türkiyədən medallarla qayıdırlar
Naxçıvan, 31 avqust, AZƏRTAC
Türkiyənin Malatya şəhərində "VIl Altın Kayısı" Beynəlxalq Şahmat turniri keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 26-31 avqust tarixlərini əhatə edən və 15 ölkədən 440 idmançının iştirak etdiyi yarışda Naxçıvan Şəhər Uşaq Gənclər Şahmat Məktəbinin müəllim və şagirdləri uğurlu nəticələrə nail olublar. Təmsilçilərimiz turniri 4 medalla tamamlayıblar.
Beynəlxalq usta Toğrul Həsənzadə "A" qrupunda mükafatçılar sırasında yer alaraq medal və pul mükafatına sahib çıxıb. Qadın FIDE ustası Nəsrin Babayeva "A" qrupunda qadınlar arasında üçüncü olub. Azyaşlı şahmatçılarımız Lətif Muradlı və Yasin Əzimov müvafiq yaş kateqoriyaları üzrə bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.09.2024 [15:57]
Oskar Piastri: Formula 1-in Bakı mərhələsi həmişə maraqlı olur
- 10.09.2024 [15:56]
“Abşeron” daha bir rusiyalı voleybolçu ilə müqavilə bağlayıb
- 10.09.2024 [15:44]
Esteban Okon ilə Bakı trasındakı halqada
- 10.09.2024 [13:52]
“Zirə” yeni transferini açıqlayıb
- 10.09.2024 [13:17]
NFL tarixində ən bahalı müqavilə imzalanıb
- 10.09.2024 [11:19]
Azərbaycan nümayəndə heyəti Astanada V Dünya Köçəri Oyunlarını izləyib
- 10.09.2024 [10:56]
“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib
- 10.09.2024 [10:53]