Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan şəhərində yeni istehsal müəssisəsi fəaliyyətə başlayıb

Naxçıvan, 25 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir”.

Bu gün muxtar respublikada sahibkarlıq davamlı dövlət qayğısı ilə əhatə olunub. Daxili tələbatı ödəyən, keyfiyyətli və ixracyönümlü məhsul istehsal edən müəssisələrin yaradılması istiqamətində ardıcıl tədbirlər görülür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 25-də “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin istilik panelləri və dam örtükləri istehsalı müəssisəsi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

“Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının sədri Vüqar Abbasov tədbirdə çıxış edərək deyib ki, muxtar respublikada sahibkarlıq fəaliyyəti üçün geniş imkanlar yaradılıb. Müasir texnologiyaların tətbiqi və qabaqcıl idarəetmə təcrübəsindən istifadə rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin yaradılmasına və keyfiyyətli məhsul istehsalına imkan verir. Muxtar respublikada istilik panellərinə və dam örtüklərinə olan tələbat nəzərə alınaraq “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istilik panelləri və dam örtükləri müəssisəsi yaradılıb. Yeni müəssisə daxili tələbatı ödəməklə yanaşı, həm də geniş ixrac imkanlarına malikdir. Vüqar Abbasov sahibkarların fəaliyyəti üçün yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikada daxili tələbatı ödəyən və ixracyönümlü məhsul istehsal edən yeni müəssisənin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Bu gün Azərbaycan müstəqil ölkədir. Hər bir müstəqil ölkədə isə ərzaq təhlükəsizliyinin təmin olunması, sənayenin inkişafı, yerli istehsal hesabına daxili tələbatın ödənilməsi, yeni iş yerlərinin açılması və daxili bazarın qorunması qarşıda duran əsas vəzifələrdir. Ölkəmizdə bazar iqtisadiyyatının tətbiq olunması öz bəhrəsini vermişdir. Muxtar respublikada qeyd olunan sahələrin inkişafı diqqətdə saxlanılır, Sahibkarlığa Kömək Fondunun kreditləri və sahibkarların öz vəsaitləri hesabına yeni istehsal sahələri yaradılır, daxili tələbat ödənilir, xaricə valyuta axınının qarşısı alınır, sahibkarlıq müəssisələrinin ixrac imkanları genişləndirilir. Bu gün istifadəyə verilən müasir istehsal müəssisəsi də Sahibkarlığa Kömək Fondunun krediti və müəssisənin gəliri hesabına yaradılmışdır.

Ali Məclisin Sədri deyib: Bu gün muxtar respublikada dövlət tikintisinin həyata keçirilməsi, əhali tərəfindən yeni mənzillərin tikilməsi, eləcə də istehsal və xidmət sahələrinin yaradılması dam örtüklərinə və istilik panellərinə olan tələbatı artırmışdır. İstifadəyə verilən istilik panelləri və dam örtükləri müəssisəsi keyfiyyətli məhsul istehsalına və daxili tələbatın tam ödənilməsinə imkan verəcəkdir. Keyfiyyətli və rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin yaradılması sahibkarlığın inkişafında başlıca şərtdir. Ona görə də istehsal müəssisələrində müasir avadanlıqlar quraşdırılmalı, keyfiyyətli xammaldan istifadə olunmalı və keyfiyyət amilinə ciddi diqqət yetirilməlidir. Fəaliyyətə başlayan hər bir müəssisə həm muxtar respublika əhalisini keyfiyyətli məhsullarla təmin etməli, həm də xarici bazarlara məhsul çıxarmalıdır. Bu gün muxtar respublikada yaradılan şərait sahibkarlıq müəssisələrinin xarici bazarlara çıxış imkanlarını artırır. Sahibkarlar bu imkanlardan səmərəli istifadə etməli, keyfiyyətli məhsul istehsalına və yerli mütəxəssislərin hazırlanmasına diqqət artırılmalıdır. Mütəxəssis hazırlığı keyfiyyətli məhsul istehsalında başlıca şərtdir. Muxtar respublikadakı peşə məktəblərində və sahibkarlıq müəssisələrində yaradılan şərait mütəxəssis hazırlığı üçün geniş imkanlar açır.

Ali Məclisin Sədri deyib: Bu gün ölkəmizdə sahibkarlığın inkişafı üçün hərtərəfli şərait yaradılmışdır. Ölkə başçısı Ümummilli Liderimizin yolunu uğurla davam etdirir, hər il sahibkarlıq fəaliyyəti ilə bağlı qərarlar qəbul olunur, müvafiq Sərəncamlar imzalanır. Həmçinin bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq istehsal müəssisələri dövlət tərəfindən özəlləşdirilərək sahibkarlara verilmişdir. Bu da sahibkarlıq sinfinin formalaşmasına və onların səmərəli fəaliyyət göstərməsinə geniş imkanlar açır. Ona görə də sahibkarlar fəaliyyətlərini daha da gücləndirməli, daxili tələbat yerli istehsal hesabına ödənilməli, sahibkarlıq müəssisələrində ixracyönümlü məhsul istehsal olunmalı, ölkəmizə valyuta axını təmin edilməlidir. Yeni müəssisələrin qurulması həm də yeni iş yerlərinin açılması deməkdir. İş yerlərinin açılması isə məşğulluğun təmin olunmasına və insanların yaşayış səviyyəsinin yaxşılaşmasına xidmət edir. Bir sözlə, dövlət-sahibkar münasibətləri, sahibkarların fəaliyyətinin tənzimlənməsi sahəsində görülən işlər ölkəmizin dayanıqlı inkişafını təmin edir. Muxtar respublikada da aid təşkilatlar sahibkarların fəaliyyətinə və istehsal olunan məhsulların ixracına hərtərəfli köməklik göstərməlidirlər.

Ali Məclisin Sədri deyib: Bəzən sahibkarlar yalnız daxili bazarın tələbatını ödəmək üçün məhsul istehsal edirlər. Bu, sahibkarlığın inkişafına və müəssisələrin fəaliyyətinin genişləndirilməsinə mane olur. Hər bir sahibkar bilməlidir ki, yeni texnologiyalar tətbiq olunmadan, ixracyönümlü məhsul istehsal etmədən müəssislərin inkişafına və keyfiyyətli məhsul istehsalına nail olmaq mümkün deyil. Ona görə də sahibkarlar yeni texnologiyaların tətbiqini və ixracyönümlü məhsul istehsalını daim diqqətdə saxlamalıdırlar.

Ali Məclisin Sədri yeni istifadəyə verilən müəssisədə istehsal olunan məhsulların daxili tələbatı ödəyəcəyinə və xarici bazarlarda layiqli yer tutacağına əminliyini bildirib, təşkilatçılara təşəkkür edib və müəssisəyə fəaliyyətində uğurlar arzulayıb.

Sonra Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, müəssisənin yaradılmasına 6 milyon 560 min manat vəsait sərf olunub, 5620 kvadratmetr sahədə dam örtükləri, istilik panelləri və boyama istehsalı xətləri yaradılıb, müasir avadanlıqlar quraşdırılıb. İstilik panelləri sahəsinin gücü ayda 9500 metr panel və 8000 metr alüminium radiator, dam örtükləri sahəsinin gücü isə ayda 250 min kvadratmetr metal dam örtüyüdür. Standartların tələblərinə uyğun istehsal olunan məhsulların 20 faizi yerli tələbatı tam ödəyəcək, 80 faizi isə ölkəmizin digər bölgələrində və xarici bazarlarda satışa çıxarılacaqdır.

Binada iş otaqları, iclas zalı, mətbəx, torna və dülgər emalatxanaları, tikinti materiallarının satış mərkəzi, hazır və ehtiyat hissələri anbarları da istifadəyə verilib, 120 nəfər işlə təmin olunub, işçilər üçün xidməti otaqlar yaradılıb. Müəssisədə təhlükəsizlik tədbirlərinə də diqqət artırılıb, video-müşahidə sistemi quraşdırılıb, işçilər pulsuz nahar yeməyi, xüsusi geyim forması və nəqliyyatla təmin olunublar.

Plastik boru, profil və aksesuarlar

istehsalı müəssisəsi yaradılır

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində yeni yaradılacaq plastik boru, profil və aksesuarlar istehsalı müəssisəsinə də baxıb. 

Bildirilib ki, əsas tikinti işləri başa çatdırılmış müəssisədə Türkiyə, Çin və Tayvan istehsalı olan tam avtomatlaşdırılmış avadanlıqlar quraşdırılacaq, 38 istehsal sahəsi və müasir laboratoriya istifadəyə veriləcək. Gücü ayda 1500 ton olacaq müəssisədə qapı-pəncərə profilləri, polipropilen əsaslı kompozit və sadə içməli su, eləcə də polietilen suvarma boruları, lambir, saydinq və aksesuarlar, müxtəlif boru fitinqləri olmaqla 7 növdə və 160 çeşiddə məhsul istehsal olunacaq, daxili tələbat ödənilməklə yanaşı, geniş ixrac imkanları da yaradılacaq. Müəssisədə 285 yeni iş yeri açılacaq.

Ali Məclisin Sədri müəssisədə istehsal olunacaq məhsulların nümunələrinə baxıb, keyfiyyətli məhsul istehsalı, işçi-sahibkar münasibətlərinin tənzimlənməsi, sahibkarlar arasında əlaqələrin gücləndirilməsi ilə bağlı aid təşkilatlara tapşırıqlar verib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir

AIIB Azərbaycanda yaşıl enerji layihələrinə qrant ayıracaq

Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək

Azərbaycan komandası beynəlxalq kibertəhlükəsizlik yarışında üçüncü yeri tutub

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib YENİLƏNƏCƏK

Süni intellektin fundamental hüquqlara təsiri ilə bağlı fikir mübadiləsi aparılıb

Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir

Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur

Yaponiyada qida istehlakı vergisi azaldır

İsraildən olan turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər

Prezident: Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir

® “Silk Way West Airlines” “CargoAi” vasitəsilə rəqəmsal bronlaşdırma imkanlarını genişləndirir

Azərbaycan Prezidenti: Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər

Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir

Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb

Azərbaycan beynəlxalq nəqliyyat dəhlizləri üzrə mövqeyini möhkəmləndirir - ŞƏRH

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib YENİLƏNƏCƏK

Son 9 ayda yol-nəqliyyat hadisələri zamanı 9 velosipedçi ölüb, 8-i yaralanıb – BDYPİ çağırış edib

Mərkəzi Bankın nümayəndə heyəti Almaniyanın bank nəzarəti təcrübəsini öyrənir

Filippinli səyyah: Kəlbəcərə səfər mənim üçün çox maraqlı təcrübə oldu

Prezident: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir

Amerikalı turist: Xudavəng monastırı məndə xoş təəssürat yaradıb

Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır

BMTMM-də Prezidentin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlər müzakirə olunub

Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir

Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub

Baş redaktor: Avazadakı iclasların regional təhlükəsizlik baxımından nəticəyönümlü olacağına inanırıq

Mərkəzi Asiya ilə əməkdaşlıq Azərbaycanın regional mövqeyini gücləndirir - ŞƏRH

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

M4 avtomobil yolunun Cəngi qəsəbəsindən keçən hissəsində təhlükəsizlik tədbirləri görülüb

Xəzər Ekoloji Sammiti beştərəfli əməkdaşlığın yeni mərhələsini zəruri edir TƏHLİL

® Mürəkkəb əməliyyatların peşəkarı

Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar VİDEO

Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar VİDEO

İlin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 1,33 trilyon dollara çatıb

Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır

AMEA-da Vyetnam nümayəndə heyəti ilə görüş olub

Federiko Kamurati: Dünyanın müxtəlif ölkələrindən olan vəkillər arasında əməkdaşlığı təşviq etmək böyük əhəmiyyət daşıyır VİDEO

Federiko Kamurati: Dünyanın müxtəlif ölkələrindən olan vəkillər arasında əməkdaşlığı təşviq etmək böyük əhəmiyyət daşıyır VİDEO

XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərinə dair Azərbaycan tarixşünaslığı araşdırılıb

Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi: siyasi, diplomatik və iqtisadi perspektivlər

Hava sabah axşamadək yağıntılı olacaq VİDEO

Hava sabah axşamadək yağıntılı olacaq VİDEO

“Bavariya”nın sabiq futbolçusu: “Sabah” üçün “Borussiya Dortmund”a qalib gəlmək çətin olacaq – EKSKLÜZİV

Nazir müavini: Elmi araşdırma və təhlillər düzgün qərarların qəbul edilməsində mühüm rol oynayır

“Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” - Bakıda aktual müzakirə

ADPU-da seminar: Psixoloq nəyi bilməməlidir?

“Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 aprel tarixli 638 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 25 fevral tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında həyata keçirilən malların Siyahısında və həmin Siyahının “Qeyd” hissəsinin 1-ci bəndində göstərilən mallar üzrə xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

ADY-nin Astara Terminalında yük daşımaları 33 faiz artıb

Polşada azərbaycanlı rəssamın sərgisi və filmi təqdim olunub

Finlandiya vətəndaşlıq testi tətbiq edir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Her-Her məbədi

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib YENİLƏNİB

Bakıda NATO-nun təlim kursu keçirilir

Aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans

Azərbaycanın turizm potensialı Polşanın üç şəhərində nümayiş etdirilib

Fransada polis avtomobili etiraz aksiyası keçirən şagirdlərin üstünə sürüb VİDEO

Fransada polis avtomobili etiraz aksiyası keçirən şagirdlərin üstünə sürüb VİDEO

Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar YENİLƏNİB VİDEO

Azərbaycanda üst geyim istehsalı 50 faizdən çox artıb – QRAFİK

Prezidentin MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı Azərbaycan iqtisadiyyatı üçün faydalıdır - ŞƏRH

Azərbaycan regionlararası əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir- ŞƏRH  

İrakli Kobaxidze: Orta Dəhlizə marağın artdığı bir vaxtda dəmir yollarının rolu daha da aktuallaşır

Fərid Qayıbov: Milli-mənəvi dəyərlərə bağlı gənclik cəmiyyətin gələcəyinin təminatçısıdır

® “Kapital Bank” istiqraz yerləşdirməsi ilə xarici investor bazarına çıxışını genişləndirib

Gecikdirilmiş 548 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub

Azərbaycan Mərkəzi Asiya ilə vahid geoiqtisadi məkanın formalaşmasında mühüm rol oynayır - ŞƏRH

Vəkillər hüquq praktikasında və məhkəmə sistemində süni intellektlə bağlı müzakirələr aparıblar

Fəlsəfə doktoru: Milli-mənəvi dəyərlər gənclərə izah və müzakirə yolu ilə aşılanmalıdır

Xəzər regionu ölkələrinin alimləri Aktauda dənizin ekoloji problemlərini müzakirə ediblər

Azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin tətbiq dairəsi genişləndirilib

Pərakəndə ticarət dövriyyəsi 4 faizə yaxın artıb

Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 oktyabr

Paşinyan: Azərbaycan dəmir yolları yüklərin Ermənistana daşınması üçün istifadə olunur, qarşıda TRIPP layihəsinin reallaşdırılması var

İqtisadiyyata kredit qoyuluşları 14,5 faiz artıb

Umud Mirzəyev: Azərbaycanın yaratdığı yeni reallıqlar tarixi ədalətin və milli birliyin təntənəsidir

AMADA "Kəpəz" klubunda seminar keçirib

Fiziki şəxslərin banklardakı əmanətləri artıb

Əsas kapitala yönəldilən investisiyanın məbləği açıqlanıb

Sənaye sektorunda 51 milyard manatdan çox məhsul istehsal edilib

VK-nın sədri: Süni intellektin yaratdığı çağırışlara hüququn necə cavab verməli olduğunu nəzərdən keçirmək əhəmiyyətlidir

İstanbulda Türk Dövlətləri ilə Əməkdaşlıq Günü və Naxçıvan Sazişinin 17-ci ildönümü qeyd edilib

AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir

İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir

Deputat: Azərbaycanda rəqəmsallaşma və innovasiya siyasəti uğurla koordinasiya olunur

Əhalinin gəlirləri artıb

Komitə: Azərbaycanda orta aylıq əməkhaqqı 7 faizdən çox artıb

Tuğ qoruğunda Alban xristian irsi ilə bağlı arxeoloji tədqiqatlar aparılıb

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib YENİLƏNİB VİDEO

Anar Bağırov: Kollegiyaya qəbul olunan vəkillərin əksəriyyətini gənclər təşkil edir

Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb

Azərbaycanın xarici dövlət borcu azalıb

Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

Aynur Sofiyeva: Uşaqlarda informasiya axınının təhlili və seçim etmək bacarığı formalaşdırılmalıdır

Azərbaycanın orta güc kimi yüksəlişi: müstəqil və çoxvektorlu xarici siyasətin rolu

Tərlan Həsənov: Murad Fətiyev 4 yaşından yanımdadır, genetik xüsusiyyətləri ikiqat SSRİ çempionu olan atasından gəlir

Azərbaycanda ÜDM artıb

Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Gürcüstan hökuməti Tbilisi - “Qırmızı Körpü” avtomobil yolunun tikintisinə 100 milyon lari ayırır

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı nöqtəsinə çevrilir - ŞƏRH