“Naxçıvan” Universitetinin əməkdaşları beynəlxalq konfransda iştirak ediblər
Naxçıvan, 1 dekabr, AZƏRTAC
“Naxçıvan” Universitetinin əməkdaşları Nyu-Yorkda keçirilən “Fənlərarası tədqiqat və təcrübələrin inkişaf tendensiyaları” adlı onlayn beynəlxalq konfransda iştirak ediblər.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, onlayn konfransda “Naxçıvan” Universitetini Riyaziyyat və informatika kafedrasının müəllimləri Səbinə Mahmudova, İlham Süleymanov, Nazlı Əjdərova və İqtisadiyyat kafedrasının müəllimi Rifat Mahmudov təmsil ediblər.
Konfransda Səbinə Mahmudovanın, İlham Süleymanovun, Nazlı Əjdərovanın “Wi Max şəbəkəsinin arxitekturası” mövzusunda, Rifat Mahmudovun isə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında əhaliyə xidmət müəssisələrinin rolu” mövzusunda çıxışları olub.
Konfransın sonunda tədbir iştirakçıları sertifikatlara layiq görülüblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [18:41]
Cəlilabadda fərdi yaşayış evində yanğın olub
- 01.10.2026 [17:54]
Ali Məclisin deputatının mandatı ləğv edilib
- 01.10.2026 [17:11]
Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb
- 01.10.2026 [16:39]
Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub
- 01.10.2026 [16:21]
Naxçıvanda emal sənayesi üzrə məhsul istehsalı 5,3 faiz artıb
- 01.10.2026 [16:18]