“Naxçıvan” Universitetinin tələbələri Xocalı həqiqətlərinin dünyaya çatdırılması üçün internet aksiya keçirib
Naxçıvan, 27 fevral, AZƏRTAC
“Naxçıvan” Universitetinin xarici dillər fakültəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş internet aksiya keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə təşkil olunan tədbirdə əvvəlcə xarici dillər fakültəsinin dekan müavini, filologiya üzrə fəlsəfə doktoru Kəmalə Məmmədova erməni vandalları tərəfindən törədilən Xocalı faciəsi barədə danışıb.
“Xocalı soyqırımı insanlığa qarşı ən dəhşətli cinayətdir. Ermənilər bu faciəni törətməklə xalqımızı qorxutmaq, vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq istəyirdilər” - deyən K.Məmmədova qeyd edib ki, bu hadisələr bizim əzmimizi qıra bilməyib, əksinə, müstəqillik arzularımızı, vətənpərvərlik hisslərimizi daha da alovlandırıb.
Daha sonra ali təhsil ocağının əməkdaşlarının və tələbələrin iştirakı ilə internet aksiyaya start verilib.
Aksiyada tələbələr Xocalı həqiqətləri barədə hazırlanmış mətnləri dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının, tanınmış ali təhsil ocaqlarının elektron poçtlarına göndəriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]