NAXÇIVANA TƏBİİ QAZ NOYABR AYINDAN VERİLƏCƏKDİR
“Azəriqaz” Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirmişlər ki, Naxçıvana təbii qaz noyabr ayından veriləcəkdir. Muxtar respublikada bununla bağlı bütün işlər başa çatsa da, İran ərazisində indi son hazırlıq tədbirləri görülür. Ümumi dəyəri 260 milyard manat olan bu layihənin 140 milyard manatını “Azəriqaz” SC ayırmışdır. İrandan Naxçıvana hər il 350 milyon kubmetr qaz veriləcək, respublikamız isə Hacıqabul-Astara kəmərindən İrana həmin həcmdə qaz qaytaracaqdır. Bu il İrandan Naxçıvana 52 milyon kubmetr, 2006-cı ildə 250 milyon kubmetr, 2007-ci ildə isə 350 milyon kubmetr qaz veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:29]
Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək
- 06.10.2026 [18:28]
Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb
- 06.10.2026 [17:09]