Naxçıvanda 5 sosial xidmət müəssisəsi tikiləcək
Naxçıvan, 13 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial xidmət müəssisələri şəbəkəsinin genişləndirilməsi işlərini davam etdirir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, görülən işlər çərçivəsində Naxçıvan Muxtar Respublikasının Şərur, Culfa, Kəngərli, Ordubad və Şahbuz rayonlarında da sosial xidmət müəssisələrinin tikilməsi üçün artıq konsept layihələr hazırlanıb. Bu layihələr üzrə Şərurda Psixoloji Sosial Xidmət Mərkəzi, Culfada baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzi tikiləcək. Həmçinin Kəngərlidə məişət zorakılığı və insan alveri qurbanlarının reabilitasiyayönümlü sosial xidmətlərlə təminatını həyata keçirəcək sığınacaq inşa olunacaq. Eyni zamanda, Ordubad və Şahbuzda isə uşaqlar üçün günərzi qayğı mərkəzləri yaradılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:47]
Ucarda narkotik vasitələrdən istifadənin yaratdığı fəsadlardan danışılıb
- 13.10.2026 [16:21]
“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub
- 13.10.2026 [15:53]
Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edilib
- 13.10.2026 [15:37]
Muxtar respublikanın xarici ticarət dövriyyəsi 67 faizdən çox artıb
- 13.10.2026 [15:26]
Naxçıvanda kənd təsərrüfatı məhsulu istehsalı 4,7 faiz artıb
- 13.10.2026 [15:18]
Naxçıvanda əsas kapitala 238 milyon manatdan çox investisiya yönəldilib
- 13.10.2026 [15:10]
Muxtar respublikada 411 milyon manatlıq sənaye məhsulu istehsal edilib
- 13.10.2026 [14:33]