NAXÇIVANDA 745 NƏFƏR DAİMİ İŞLƏ TƏMİN OLUNMUŞDUR
Naxçıvan Muxtar Respublikası Məşğulluq idarəsindən AZƏRTAC-ın müxbirinə demişlər ki, bu ilin ötən ayları ərzində şəhər və rayon mərkəzlərində 3 əmək yarmarkası keçirilmişdir. Bu tədbirlərdə 745 nəfər daimi işlə təmin edilmiş, 89 nəfər ictimai işlərə cəlb olunmuşdur. Daimi işlə təmin olunanların 466 nəfəri gənclərdir.