Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilib

Naxçıvan, 21 avqust, AZƏRTAC

Avqustun 21-də Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Bu gün sizinlə əlamətdar gündə görüşürük. Əsası 1970-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və artıq 45 illik tarixə malik olan ali məktəblərə qəbulda yüksək nəticə göstərmiş tələbələrlə görüş ənənəsi Azərbaycan təhsilinə mühüm yeniliklər gətirmiş, onun inkişafına öz töhfəsini vermişdir.

Ali Məclisin Sədri əlamətdar gündə muxtar respublikanın ümumtəhsil məktəblərini bitirərək tələbə adını qazanmış bütün məzunları, onların müəllimlərini və valideynlərini təbrik edərək deyib: O dövlət inkişaf edir ki, onun güclü elmi potensialı var, orada təhsilin inkişafı əsas vəzifələr sırasındadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu zərurəti nəzərə alaraq bildirmişdir ki, “Təbii sərvətlər tükənəcək, elm, bilik isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra da təmin edəcəkdir”.

Ali Məclisin Sədri deyib: Hər bir xalqın tərəqqisi onun gənclərinin necə yetişdirilməsindən və təhsilin hansı səviyyədə təşkil olunmasından asılıdır. Bu gün Azərbaycanda ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən təhsil strategiyası davam etdirilərək öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Təhsili ölkənin və millətin gələcəyi üçün əsas vəzifə hesab edən ölkə Prezidentinin bu sahəyə diqqətinin nəticəsidir ki, ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında təhsil infrastrukturu ilbəil müasirləşdirilir, yeni məktəb binaları, tədris korpusları tikilir. Son 10 ildə Naxçıvan Muxtar Respublikasında 66 min 736 şagird yerlik 165 məktəb binası tikilmiş və ya yenidən qurulmuşdur. Hazırda ümumtəhsil məktəblərində 3700 kompyuter, 600-dən çox elektron lövhə vardır. Məktəblərdə interaktiv tədris metodlarından istifadə olunur, elektron və distant təhsil tətbiq edilir. Həmçinin müasir təhsil praktikası nəzərə alınaraq elm və ali təhsil müəssisələrinin elmi dərəcəsi olan əməkdaşlarının ümumtəhsil məktəblərində nümunəvi dərsləri də təşkil olunur. Həyata keçirilən bu tədbirlər təhsildə ciddi irəliləyişə səbəb olmuş, tədrisin keyfiyyəti artmışdır. Bu il muxtar respublikanın ümumtəhsil məktəbi məzunlarından 313-ü ali məktəblərə qəbulda 500-700 arasında bal toplamışdır. Bir məzunumuz isə ən yüksək nəticə göstərmişdir.

Göründüyü kimi, təhsil sahəsində həyata keçirilən tədbirlər keyfiyyət əmsalının artımı ilə yadda qalır. Bu tədbirlərin, çəkilən zəhmətin bir məqsədi var: o da ölkənin və xalqın sabahına cavabdeh olan bilikli və savadlı gənclər yetişdirməkdir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Bizim hamımızın vəzifəsi Azərbaycanın gənclərini milli vətənpərvərlik ruhunda tərbiyə etməkdir, gənclərimizi bilikli etmək, müasir dünyanın əldə etdiyi nailiyyətlər səviyyəsinə qaldırmaqdır, gəncləri Azərbaycanda müstəqil, demokratik, hüquqi, sivilizasiyalı dövlət quruculuğu işinə cəlb etməkdir”.

Ali Məclisin Sədri deyib: Bu gün dövlətimiz təhsil sahəsində qarşıda duran vəzifələri yerinə yetirmək üçün bütün tədbirləri görür. Ölkəmizdə müasir təhsil şəraiti vardır. Gənclərin sosial problemlərinin həlli diqqət mərkəzində saxlanılır, onlar dövlət idarəçiliyində məsul vəzifələrə irəli çəkilirlər. Göstərilən etimad və qayğı isə öz növbəsində qarşıya yeni vəzifələr qoyur. Cəmiyyətdə layiqli yer tutmaq, vətənə və millətə faydalı olmaq üçün bundan sonra da yaxşı təhsil almalı, öz üzərinizdə daim işləməli, mütaliə etməli, bilik və dünyagörüşünüzü artırmalısınız. Hər bir gənc mütəxəssis hansı ixtisas üzrə təhsil almasından asılı olmayaraq birinci növbədə Azərbaycan dilini və tarixini öyrənməli, milli dəyərləri, azərbaycanlılara məxsus adət-ənənələri dərindən mənimsəməlidir. Görkəmli maarifçi və pedaqoq Məhəmməd Tağı Sidqi vaxtilə qeyd edirdi ki, “Elm bir çox kitabları oxuyub-yazmaqdan ibarət deyil, oxuduqca anlamaqdan ibarətdir”. Bu gün kitab oxumaq, yaxşı təhsil almaq işin yalnız bir tərəfidir. Əsas məsələ özünü yüksək ixtisaslı kadr kimi hazırlamaqdır. Ona görə də seçdiyiniz ixtisasa dərindən yiyələnməli, kamil mütəxəssis kimi yetişməlisiniz.

“Təhsilin bir vəzifəsi də vətənpərvər gənclər hazırlamaqdır. Vətənpərvərlik təkcə Vətəni sevmək deyil. Vətənpərvərlik - Vətən naminə çalışmaqdan, Vətəni qorumaqdan, özünü mənsub olduğu xalqa layiq vətəndaş kimi hazırlamaqdan ibarətdir”, - deyən Ali Məclisin Sədri bu yolda tələbə-gənclərə uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev deyib ki, bu gün muxtar respublikada təhsilin inkişafına hərtərəfli qayğı göstərilir. Yaradılan şərait, aparılan quruculuq işləri təhsil infrastrukturunu tamamilə müasirləşdirib. Bu il muxtar respublikanın şəhər, rayon və kəndlərində ümumilikdə 18 təhsil müəssisəsinin tikintisi və ya yenidən qurulması davam etdirilir. Həyata keçirilən bu tədbirlər təhsildə keyfiyyət göstəricilərinin artmasına səbəb olub. Belə ki, muxtar respublikada 2015-ci ildə məktəbi bitirən 3331 məzundan 2638-i ali məktəblərə qəbul üçün sənəd verib, onlardan 1582-si tələbə adını qazanıb. Bu da sənəd verənlərin 60 faizini təşkil edir. Məzunlardan 36-sı xüsusi təyinatlı ali hərbi məktəblərə qəbul olublar. Ümumi orta təhsil bazasından orta ixtisas məktəblərinə sənəd verən məzunlardan isə 310-u tələbə adını qazanıb. Həmçinin bu il muxtar respublikanın ümumtəhsil məktəblərindən 977 şagird Heydər Əliyev adına Hərbi Liseyə qəbul üçün sənəd verib və onlardan 251-i liseyə qəbul olunub.

Piri Nağıyev deyib ki, məzunlar ixtisas seçimi zamanı muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinə daha çox üstünlük veriblər. 2015-ci ildə 1137 nəfər, yaxud qəbul olanların 72 faizi Naxçıvan Muxtar Respublikasında yerləşən ali təhsil müəssisələrini seçiblər. Bundan başqa məktəbi yüksək nəticələrlə başa vuraraq “Qızıl” və “Gümüş” medallara layiq görülən 28 məzun onlara göstərilən etimadı doğruldub, qəbul imtahanlarında 500-700 intervalında bal toplayıblar.

Valideyn Məlahət Həsənova çıxış edərək deyib ki, bu gün muxtar respublika özünün yeni inkişaf mərhələsini yaşayır. Bu inkişafı hər bir naxçıvanlı öz həyatında hiss edir. Quruculuq tədbirləri sayəsində muxtar respublikanın paytaxtı Naxçıvan şəhəri, rayon mərkəzləri, kənd və qəsəbələr füsunkar bir görkəm alıb. Bu günün reallığıdır ki, muxtar respublika əhalisinin rifah halı günü-gündən daha da yaxşılaşır, yaşayış səviyyəsi yüksəlir, hər bir sahədə böyük uğurlar qazanılır. Qazanılan uğurların və inkişafın özünü bariz şəkildə göstərdiyi sahələrdən biri də təhsildir. Zəngin maddi-texniki bazaya və müasir tədris şəraitinə malik təhsil müəssisələrinin sayı ilbəil artmaqdadır. Məktəblər ən müasir informasiya texnologiyaları, dərslik, bədii ədəbiyyat və tədris vəsaitləri ilə təmin olunub. Əvvəllər xəyal olan distant təhsil indi reallıqdır. Yaradılan bu şərait gənclərin daha yaxşı təhsil almalarına geniş imkan açıb. Övladının 680 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisasına qəbul olunduğunu bildirən Məlahət Həsənova gənclərin hərtərəfli təhsil alması üçün yaradılan şəraitə görə valideynlər adından minnətdarlıq edib.

Qəbul imtahanlarında 700 bal toplayan Əli Allahverdiyev muxtar respublikada ənənə halını almış yüksək bal toplayan tələbələrlə görüşlərin keçirilməsini gənclərə və təhsilə göstərilən qayğının daha bir ifadəsi olduğunu bildirərək deyib: Biz dünyanın qabaqcıl ölkələrinin inkişaf modelləri haqqında kitablardan oxumuşuq. İnkişafın müxtəlif yolları var. Ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında isə inkişafın bir yolu var. O da ulu öndər Heydər Əliyev yoludur. Bu gün muxtar respublikanın ən ucqar dağ və sərhəd kəndlərində istifadəyə verilən məktəblər paytaxt Naxçıvan şəhərində və rayon mərkəzlərində inşa olunan məktəblərdən heç nə ilə fərqlənmir. Təhsil aldığım Zeyvə kənd tam orta məktəbi də müasir tədris müəssisəsinə çevrilib. Yaradılan şəraitə cavab olaraq öz məsuliyyətimi başa düşmüş, qəbul imtahanlarında 700 bal toplayaraq tələbə adını qazanmışam. Mən təkcə bununla yox, həm də onunla fəxr edirəm ki, qurucu şəxsiyyət və rəhbər Vasif Talıbov məktəbinin yetirməsiyəm!

Bugünkü görüşün təkcə muxtar respublika rəhbəri ilə yox, eyni zamanda gənclərin hamisi ilə görüş olduğunu bildirən Əli Allahverdiyev ali məktəblərə qəbul olunan bütün tələbələr adından söz verib ki, savadlı, vətənpərvər gənclər kimi yetişəcək, Azərbaycan gəncliyinin adını doğruldacaq, qədim Naxçıvanın daha da çiçəklənməsinə öz töhfələrini verəcəklər.

Sonra ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplayaraq tələbə adını qazanmış məzunlara “Naxçıvan 2003-2013: hədəflər, inkişaf, nəticələr” kitabı və pul mükafatı təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub

Dəmir Yolları: Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək

Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

İsrailin Rusiyadakı səfiri: “Flydubai” reysində baş verən insident terror aktına cəhd kimi qiymətləndirilir

BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO

Fransada lisey şagirdlərinin aksiyaları genişlənir: 625 nəfər saxlanılıb

Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub VİDEO

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub VİDEO

BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir