“Naxçıvanda biznesə güzəştli maliyyələşmə dəstəyi" mövzusunda konfrans keçirilir
Naxçıvan, 26 iyul, AZƏRTAC
Naxçıvan Biznes Mərkəzində “Naxçıvanda biznesə güzəştli maliyyələşmə dəstəyi" mövzusunda konfrans keçirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Konfransda Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Konfransda Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov və Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xalıyev çıxış edəcək, “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun fəaliyyət mexanizmləri”, “Naxçıvan Muxtar Respublikasının turizm potensialı”, “Naxçıvan Muxtar Respublikasında aqrar sahə”, “Naxçıvan Muxtar Respublikasının ixrac potensialı”, “Naxçıvan Muxtar Respublikasının nəqliyyat-logistika potensialı”, “Naxçıvan Muxtar Respublikasında İnvestisiya Təşviqi” və “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları” mövzularında təqdimatlar olacaq. Həmçinin Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu Publik Hüquqi Şəxsi ilə “Rabitəbank” ASC arasında əməkdaşlıq müqaviləsinin imzalanması nəzərdə tutulub.