Naxçıvanda ekodüşərgə təşkil olunacaq
Naxçıvan, 11 oktyabr, AZƏRTAC
Naxçıvanda COP29 və "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ekodüşərgə təşkil olunacaq.
Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, düşərgə oktyabrın 15-də muxtar respublikanın Təhsil, Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında keçiriləcək.
Düşərgədə könüllülər və şagirdlər iştirak edəcəklər.