Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda məşğulluğun artırılması üzrə Dövlət Proqramı uğurla icra olunur

Naxçıvan, 6 may, AZƏRTAC

Dövlət Proqramının icrası nəticəsində 12 min 479 yeni iş yeri açılıb

Naxçıvan Muxtar Respublikasında sosial sahənin inkişafına göstərilən dövlət qayğısı aktiv məşğulluq tədbirlərinin sayının ildən-ilə artmasına, qeyri-formal məşğulluğun qarşısının alınmasına və əməyin mühafizəsi ilə bağlı tədbirlərin uğurla reallaşmasına səbəb olub. Əmək bazarının tələbinə uyğun kadrların formalaşdırılması sosial-iqtisadi inkişafın davamlı xarakter alması üçün geniş potensialın yaranmasına gətirib çıxarıb. Ötən müddətdə muxtar respublikada həyata keçirilən məşğulluqyönümlü iqtisadi inkişaf siyasəti öz bəhrəsini verib, icra olunan Dövlət proqramları yeni nailiyyətlərlə yadda qalıb. İcrası ötən ilin sonunda başa çatan “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” 12 min 479 yeni iş yerinin açılması və 14 min 699 işaxtaranın mövcud vakansiyalar üzrə işlə təmin edilməsi ilə nəticələnib. Əhalinin məşğulluğuna yönəldilən tədbirlərin davamlılığına nail olmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə bu sahədə yeni - “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilib.

Birinci rübdə 598 nəfər işlə təmin olunub

Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrasına yanvar ayından etibarən başlanılıb, birinci rübdə boş iş yerlərinin toplanmasının təmin edilməsi məqsədilə vergi orqanlarında qeydiyyatdan keçən 699 fiziki və hüquqi şəxs haqqında məlumatlar muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunub. Həmçinin boş iş yerləri haqqında məlumatların vaxtında təqdim edilməsi məqsədilə muxtar respublikada fəaliyyət göstərən 43 sahibkarlıq subyekti ilə maarifləndirmə işləri aparılıb. Yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında 598 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunub ki, onlardan 147-si gənc, 126-sı qadın, 17-si isə sağlamlıq imkanları məhdud şəxsdir. Bu dövrdə kənd xidmət mərkəzlərində fəaliyyət göstərən dərzi sexləri, bərbər və qadın gözəllik salonlarının kadrla təminatı diqqətdə saxlanılıb, mövcud olan vakansiyalar üzrə 3-ü bərbər, 3-ü bərbər-manikürçü və 3-ü dərzi olmaqla, 9 nəfər işlə təmin edilib.

600-dən çox yeni iş yerinin açılması istiqamətində işlər davam etdirilir

Güclü iqtisadiyyat əhalinin sosial rifahının təminatı deməkdir. İqtisadi resursların əhalinin məşğulluğunun təmin edilməsinə yönəldilməsi, öz növbəsində, sahibkarlığın inkişafı üçün də yeni imkanlar açmaqdadır. Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası məqsədilə birinci rübdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 18 mikrosahibkarlıq subyektinə 388 min 200 manat həcmində güzəştli şərtlərlə dövlət maliyyə dəstəyi göstərilib. Ümumilikdə, bu dövrdə dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına 14 istehsal sahəsinin yaradılması başa çatdırılıb, yeni yaradılan istehsal sahələrində 73 iş yeri açılıb. Eyni zamanda, yanvar-mart aylarında 29 sahənin yaradılması və 602 yeni iş yerinin açılması istiqamətində işlər davam etdirilib.

Yerli resurslara əsaslanan istehsal və xidmət sahələrinin yaradılması istiqamətində Naxçıvan şəhəri üzrə 2 hüquqi və 3 fiziki şəxsə, ümumilikdə, 246 min, Şərur rayonu üzrə 3 fiziki şəxsə 40 min, Babək rayonu üzrə 3 fiziki şəxsə 40 min, Ordubad rayonu üzrə 2 fiziki şəxsə 18 min, Şahbuz rayonu üzrə 3 fiziki şəxsə 25 min, Kəngərli rayonu üzrə 2 fiziki şəxsə 19 min 200 manat həcmində dövlət maliyyə dəstəyi göstərilib. Görülən işlər yerli istehsal məhsullarından səmərəli istifadə olunması üçün əvəzolunmaz rola malikdir.

Əmək bazarının tələblərinə uyğun peşə hazırlığına diqqət artırılıb

Əmək bazarının tələblərinə uyğun peşə hazırlığının təşkili, bu istiqamətdə maarifləndirici tədbirlərin keçirilməsi işaxtaranların məşğulluq imkanlarının artırılması məqsədinə xidmət edir. Bunlarla yanaşı, mövcud kadrlar üçün ixtisasartırma kurslarının keçirilməsi müvafiq sahələrdə səmərəli fəaliyyətin təşkilinə imkan yaradır. Dövlət Proqramında bu məqsədlə nəzərdə tutulan tədbirlər birinci rübdə uğurla həyata keçirilib, Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil edilən qazanxana maşinisti, bərbər, dərzi, bərbər-manikürçü kurslarına 35-i gənc olmaqla, 80 nəfər cəlb edilib. Eyni zamanda, muxtar respublikanın Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələrində təşkil olunan kursları 282 nəfər bitirərək sertifikat alıb. Xalq yaradıcılığı və sənətkarlığı üzrə peşə kurslarının təşkili də diqqətdə saxlanılıb, Ordubad Texniki Peşə və Sürücülük Məktəbinin xalçaçı kursunu 14 müdavim başa vurub. Həmçinin Naxçıvan Şəhər Peşə Liseyində toxucu kursunda 13 müdavim təhsilini davam etdirib. Qeyd olunan dövrdə “Qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər” ixtisasartırma kursuna 11 nəfər cəlb olunub, Təhsil Nazirliyinin təşkil etdiyi Qazanxana maşinisti, Gözətçi və Bufetçi kurslarını, ümumilikdə, 164 nəfər bitirib. Birinci rübdə ümumtəhsil məktəblərinin yuxarı siniflərində təhsil alan 2 min 581 şagirdə əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar barədə məlumatların verilməsi onların gələcək məşğulluq istiqamətlərinin sağlam təməllər üzərində qurulması üçün xüsusi əhəmiyyət kəsb edir.

Cəzaçəkmə müəssisələrindən azad olunan şəxslərin məşğulluğu təmin edilir

Sağlam və təhlükəsiz cəmiyyətin formalaşması üçün cəzaçəkmə müəssisələrindən azad olunan şəxslərin məşğulluğunun təmin edilməsi əsas faktorlardandır. Məhkum azadlığa buraxıldıqdan sonra sosial adaptasiya prosesinin vacib elementlərindən biri onun müvafiq işlə təmin olunmasıdır. Birinci rübdə cəzaçəkmə müəssisələrindən azad olunan 1 şəxsə 20 baş xırdabuynuzlu heyvan, 1 şəxsə qaynaqçı avadanlıqları və ləvazimatları, 1 şəxsə isə miniyerşumlayan aqreqat verilib. Ümumilikdə, 3 şəxsin özünüməşğulluq proqramına cəlb olunması onların cəmiyyət həyatına qoşulmasına imkan yaradıb.

Sağlamlıq imkanları məhdud şəxslərin məşğulluğunun təmin olunması onların maddi rifahını yaxşılaşdırır, özünəinamı artırır

Azadlığa buraxılanlar qədər məhdud fiziki imkanlı şəxslərin də cəmiyyətə inteqrasiya olunması mühüm sosial əhəmiyyətli istiqamətlərdən birini təşkil edir. Sağlamlıq imkanları məhdud şəxslərin məşğulluğunun təmin olunması onların maddi rifahını yaxşılaşdırmaqla bərabər, bu şəxslərdə özünəinamın möhkəm təməllər üzərində formalaşmasına da səbəb olur. Proqramın icrası məqsədilə sağlamlıq imkanları məhdud və evdar qadınlarla bağlanmış müqavilə əsasında birinci rübdə 700 yun jilet toxunaraq hərbi hissələrə, 1084 səməni hazırlanaraq bayram sovqatı ilə birlikdə sağlamlıq imkanları məhdud şəxslərə təqdim edilib. Eyni zamanda, 18 məhdud fiziki imkanlı qadına toxuculuq peşəsinin öyrədilməsi ilə bağlı təlim keçirilib. Heydər Əliyev Sarayında məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışda 514 şəxsin 7 mindən çox rəsm və əl işi nümayiş olunub. Sərgi-satışda, ümumilikdə, 278 müəllifin 26 min 557 manat dəyərində 2 min 583 rəsm və əl işi satılıb. Bütün bunlarla yanaşı, birinci rübdə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində və “Saat Meydanı”nda keçirilən sərgi-satışlarda 48 istedadlı qadının və 7 sənətkarın əl işinin satışı təmin edilib.

Aztəminatlı ailələrin sosial müdafiəsi gücləndirilir

Naxçıvanda həyata keçirilən sosial əhəmiyyətli tədbirlərin mühüm istiqamətlərindən birini də aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi təşkil edir. Görülən işlər sosial müdafiəyə ehtiyacı olan şəxslərin fəal həyat mövqeyinin formalaşmasına imkan yaradır. Proqramın icrasına uyğun olaraq birinci rübdə Naxçıvan şəhəri, Babək, Ordubad və Culfa rayonları üzrə dövlət və özəl müəssisələrdə sosial müdafiəyə xüsusi ehtiyacı olanların və işə düzəlməkdə çətinlik çəkənlərin işlə təmin olunması məqsədilə 2021-ci il üçün 105 kvota yeri müəyyən olunub. Yanvar-mart aylarında 78 sosial qayğıya ehtiyacı olan ailənin özünüməşğulluğu təmin edilib ki, onlardan 49-na 98 baş iribuynuzlu, 19-na 380 baş xırdabuynuzlu heyvan, 6-na miniyerşumlayan aqreqat, 1-nə döşəmə hamarlayan dəzgah, 2-nə dərzi, 1-nə qaynaqçı avadanlıqları verilib. Bu istiqamətdə həvəsləndirici tədbirlər də davam etdirilib, özünüməşğulluğun təmin olunması məqsədilə əvvəlki dövrlərdə aktiv verilən ailələrin təsərrüfatlarında monitorinqlər aparılıb. Aparılan monitorinqlər nəticəsində əlavə olaraq təsərrüfatını nümunəvi şəkildə inkişaf etdirən Şərur rayonu üzrə 2 ailəyə arpa-buğda qıran, Sədərək rayonu üzrə 1 ailəyə otdoğrayan aqreqat verilib. Görülən tədbirlər aztəminatlı ailələrin əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərinin artırılmasına və ailə bizneslərinin qurulmasına imkan yaradacaqdır.

Qeyri-formal məşğulluğun qarşısı alınır

Məşğulluq siyasətinin mühüm istiqamətlərindən birini də qeyri-formal məşğulluğun qarşısının alınması təşkil edir. Qeyri-formal məşğulluq işçini sosial təminat hüquqlarından məhrum edir. Bu həm də vergi və sosial sığorta daxilolmalarına ciddi zərər vurur. Birinci rübdə əmək müqaviləsi bildirişlərinin elektron informasiya sistemində qeydiyyata alınmasına dövlət nəzarətini həyata keçirmək məqsədilə muxtar respublika ərazisində fəaliyyət göstərən sahibkarlıq obyektlərində monitorinqlər aparılıb. Aparılan monitorinqlər zamanı 32 obyektdə 51 işçinin əmək müqaviləsi qüvvəyə minmədən işə cəlb edildiyi müəyyənləşdirilib. İşçilərin müvafiq əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsinə dair işəgötürənlərə yazılı xəbərdarlıq edilib, bu xəbərdarlıqların icra müddətinin təmin olunması diqqətdə saxlanılıb.

Əməyin mühafizəsinin təşkili insan amilinə verilən dəyərin mühüm göstəricisidir. Bu istiqamətdə həyata keçirilən tədbirlər işçilərin sağlamlığının qorunması ilə yanaşı, onların bədbəxt hadisələrdən sığorta olunmasını da təmin edir. Təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, işçilərin əməyin mühafizə qaydalarına riayət etməsinə nəzarət olunması Dövlət Proqramında müəyyənləşdirilən mütərəqqi tədbirlərdəndir. Bu məqsədlə yanvar-mart aylarında muxtar respublika üzrə 21 obyektdə nəzarət həyata keçirilib, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etməyən 21 işçi həmin vasitələrlə yerində təmin edilib, 2 işçi müvəqqəti olaraq tikinti sahəsindən uzaqlaşdırılıb. Eyni zamanda, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə, ümumilikdə, 28 min 477 nəfərlə sığorta müqaviləsi bağlanılıb.

Yerli əmək ehtiyatlarından səmərəli istifadə olunur

Əməkçi miqrantların çalışdıqları iş yerlərində müvafiq statusa və iş icazəsinə malik olmalarına, onların əmək fəaliyyətlərinin qanuniliyinə nəzarət edilməsi bir tərəfdən əmək bazarında ixtisassız əcnəbi kadrların iştirakının qarşısını alır, digər tərəfdən, yerli əmək ehtiyatlarından səmərəli istifadəyə imkan verir. Birinci rübdə bu məqsədlə işəgötürənlər arasında maarifləndirmə tədbirləri davam etdirilib, muxtar respublika ərazisində haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün müraciət edən 55 əcnəbiyə iş icazəsi ilə bağlı rəy verilib. Həmçinin bu dövrdə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 1 əcnəbi barədə qanunvericiliyə uyğun tədbir görülüb.

AZƏRTAC-ın Naxçıvan bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı