REGİONLAR
Naxçıvanda sağlamlıq imkanları məhdud şəxslərə səyyar protez-ortopedik xidmət göstərilir
![](/files/galleryphoto/2020/1/1200x630/1587729823219381141_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/158772982321569518_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/15877298233307031925_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/15877298234828944228_1200x630.jpg)
Naxçıvan, 24 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud şəxslərə protez-ortopedik xidmətlərinin göstərilməsi, onların müvafiq reabilitasiya vasitələri ilə təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki heyəti tərəfindən Naxçıvan şəhərində, Babək rayonunun Nehrəm kəndində və Culfa rayonunda yaşayan, ümumilikdə, 4 sağlamlıq imkanı məhdud şəxsə səyyar protez-ortopedik xidmətlər göstərilib. Səyyar xidmət zamanı məhdud imkanlı şəxslərdən yeni protez və ortez sifarişləri qəbul edilib, müvafiq kateqoriyadan olan şəxslər texniki və köməkçi reabilitasiya vasitələri ilə təmin olunublar.
Qeyd edək ki, Naxçıvan Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 2020-ci ilin ötən dövründə sağlamlıq imkanları məhdud 99 şəxsə protez-ortopedik xidməti göstərilib. Onlardan 27-si 18 yaşınadək olan yeniyetmə və gənclərdir. Mərkəz tərəfindən 69 sağlamlıq imkanları məhdud şəxsə də 144 köməkçi reabilitasiya vasitəsi verilib.