Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda sahibkarlarla görüş olub

Naxçıvan, 6 fevral, AZƏRTAC

Fevralın 6-da Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşü olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Müasir dövrdə ölkələrin qarşısında duran əsas vəzifələrdən biri də sahibkarlığın inkişafıdır. Bu amilin vacibliyini daim ön planda saxlayan ümummilli liderimiz Heydər Əliyev deyirdi ki: “Sahibkarlığın inkişafı yeni iş yerləri yaradır, istehlak bazarına yeni məhsul növü çıxarır, vergiödəyicilərinin sayını artırır, iqtisadi islahatların sosial bazası kimi əhalinin orta təbəqəsini formalaşdırır”. Ulu Öndərin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafı yeni mərhələyə yüksəlmişdir. Yaradılan əlverişli investisiya mühiti və göstərilən dövlət dəstəyi sahibkarlıq fəaliyyəti üçün geniş imkanlar açmış, ümumi daxili məhsul istehsalında özəl bölmənin xüsusi çəkisi artaraq 88 faizi ötmüşdür. Hazırda muxtar respublikada məşğul əhalinin 84 faizə yaxını özəl sektorda çalışır. Sənaye məhsulunun 95, tikintidə görülən işlərin 85, kənd təsərrüfatının isə 98 faizi özəl bölmənin payına düşür.

Qeyd olunub ki, son illər Naxçıvanda yüksək texnologiyalar əsasında maşınqayırma, kimya, mədənçıxarma, mebel, yüngül və yeyinti sənayesi, kənd təsərrüfatı təyinatlı çoxsaylı istehsal və xidmət sahələri yaradılmış, istehlak mallarına olan tələbatın ödənilməsində sahibkarlıq müəssisələrinin çəkisi artmışdır. Hazırda muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir. Muxtar respublikada əhalinin əksər hissəsinin kəndlərdə yaşaması bu sahə üzrə sahibkarlığın inkişafını zərurətə çevirmişdir. Real vəziyyət nəzərə alınaraq kənd təsərrüfatının kompleks inkişafı təmin edilmiş, sahibkarlar torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azad olunmuşlar. Bu gün torpaq mülkiyyətçiləri və fermerlər güzəştli şərtlərlə texnika və avadanlıqlarla, kredit, subsidiya və gübrə ilə təmin edilirlər. Mütərəqqi suvarma sistemləri qurulur, istehsal olunan məhsulların daxili bazarda rahat satışı, ixracı və dövlət tərəfindən qəbulu həyata keçirilir.

Ali Məclisin Sədri deyib: Ailə təsərrüfatları kiçik və orta sahibkarlığın ilkin formasıdır. Ona görə də ötən il Naxçıvan Muxtar Respublikasında “Ailə təsərrüfatı ili” elan olunmuş, bu sahənin inkişafı ilə bağlı Tədbirlər Planı təsdiq edilmiş, ailə təsərrüfatlarına dövlət maliyyə dəstəyi artırılmış, 87 ailə təsərrüfatına 820 min manata yaxın güzəştli şərtlərlə kreditlər verilmişdir. Aydın məsələdir ki, dövlət maliyyə dəstəyi olmadan özəl sektorun inkişafı mümkün deyil. Muxtar respublikada sahibkarların maliyyə resurslarına çıxış imkanlarının əlçatan olması, xüsusilə də kreditlər üzrə düzgün biznes qiymətləndirilməsinin aparılması və aşağı faiz dərəcələrinin tətbiqi hər il yeni istehsal sahələrinin yaranmasına imkan verir. Ötən il muxtar respublikada sahibkarlara 29 milyon manatdan artıq kredit verilmiş, 84 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlamışdır. Artan turizm potensialı muxtar respublikada sahibkarlığın bu istiqamətdə də inkişafına təkan vermişdir. Bütün yaşayış məntəqələrində müasir infrastrukturun yaradılması, yolların yenidən qurulması, sürətli internet təminatı, sabitlik, aparılan ekoloji tədbirlər, zəngin tarixi-mədəni irs turizm sahəsində sahibkarlıq fəaliyyətinə geniş imkanlar açmışdır.

Ali Məclisin Sədri deyib: İstehsal olunan məhsulların ixrac potensialını yaratmadan özəl bölmənin inkişafından danışmaq mümkün deyil. Bu sahədə dövlət üzərinə düşən vəzifələri yerinə yetirir, sahibkarlara dəstək verir, ixracın təşviqi sahəsində ardıcıl tədbirlər görülür. Nəticə uğurludur. 10 ildən artıqdır ki, muxtar respublikanın xarici ticarət dövriyyəsində müsbət saldo qeydə alınır. 2019-cu ildə də muxtar respublikanın xarici ticarət dövriyyəsinin həcmi 497 milyon ABŞ dollarından çox olmuş, ticarət əməliyyatlarının 85 faizdən çoxu ixracın payına düşmüşdür. Muxtar respublikada şəffaf vergi sisteminin formalaşdırılması iqtisadi inkişafı təmin etməklə yanaşı, həm də sahibkarlıq fəaliyyəti üçün geniş imkanlar açmışdır. Xüsusilə vergi inzibatçılığına yol verilməməsi, vergi nəzarətinin təkmilləşdirilməsi və uçotun düzgün aparılmasının nəticəsidir ki, 2019-cu ildə büdcə gəlirlərinin 84 faizə yaxını vergi daxilolmaları hesabına formalaşmışdır.

Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişafın təmin olunmasında və özəl bölmədə uğurlu nəticələrin qazanılmasında əməyi olanlara, eləcə də bütün sahibkarlara təşəkkürünü bildirərək deyib ki, muxtar respublikada sahibkarlığın inkişafı üçün bütün tədbirlər görülmüşdür. Qalır yaradılan imkanlardan səmərəli istifadə etmək. Aidiyyəti dövlət qurumları yerli xammala əsaslanan və tələbatı ödəyən istehsal sahələrinin yaradılması istiqamətindəki səylərini artırmalı, biznes-planlar düzgün hazırlanmalı, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrə yol verilməməlidir. Sahibkarlar da onlar üçün yaradılmış işgüzar mühitdən səmərəli istifadə etməli, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsal olunmalıdır.

“2020-ci il muxtar respublikamızda “İxrac ili” olduğu üçün çalışıb ona nail olmalıyıq ki, sahibkarlıq müəssisələrinin fəaliyyəti daha da genişlənsin, yeni müəssisələr yaradılsın, iş yerləri açılsın, istehsalın və ixracın həcmi artsın”, - deyən Ali Məclisin Sədri çıxışını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Sahibkarlar təbəqəsi güclənməlidir. Çünki bu, ölkəmizin gələcəyidir” fikirləri ilə tamamlayıb.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək 2019-cu ilin iqtisadi göstəriciləri barədə məlumat verib. Qeyd olunub ki, muxtar respublikada həyata keçirilən quruculuq tədbirləri nəticəsində makroiqtisadi göstəricilər artıb, ümumi daxili məhsulun həcmi 2 milyard 839 milyon manatdan çox olub. Bu dövrdə sənayeləşmə uğurla davam etdirilib, sahibkarlıq subyektləri tərəfindən 75 istehsal və xidmət sahəsi istifadəyə verilib, 247 iş yeri açılıb. Hazırda muxtar respublikada ümumi daxili məhsulun tərkibində ilk yeri 27,6 faizlə sənaye tutmaqdadır. Ötən il sənaye məhsulunun həcmi artaraq 1 milyard 15 milyon manata yaxın olub. Muxtar respublikada sahibkarlığın inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən 29 milyon 16 min manatdan artıq kredit verilib ki, bunun da 10 milyon 715 min 730 manatı Sahibkarlığın İnkişafı Fondunun payına düşüb. Ötən il 13 elm və təhsil, 12 səhiyyə, 29 mədəniyyət müəssisəsi, 2 idman, 17 sosial qayğıya ehtiyacı olan ailələr üçün ev, 10 kənd və 12 xidmət mərkəzi tikilərək istifadəyə verilib. Muxtar respublikada müasir və etibarlı yol-nəqliyyat infrastrukturu yaradılıb, bu sahənin davamlı inkişafı təmin olunub, 97,7 kilometr uzunluğunda avtomobil yolları çəkilib, 3 körpü tikilib, 3 körpü əsaslı təmir olunub. Dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına 3 soyuducu anbarın genişləndirilməsi, 4 soyuducu anbarın yaradılması başa çatdırılıb. Hazırda muxtar respublikada istehsal olunan yeyinti, tikinti, mebel və yüngül sənaye məhsulları 12 ölkəyə ixrac edilir. Tapdıq Əliyev özəl sektorun inkişafına göstərdiyi diqqət və qayğıya görə muxtar respublika sahibkarları adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Vergilər Xidmətinin rəisi Azər Nağıyev çıxış edərək deyib ki, muxtar respublikadakı əlverişli biznes və investisiya mühiti sahibkarlığın inkişafına təkan verib, yeni sənaye sahələri yaradılıb, idxaldan asılılıq minimuma endirilib. Sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə yaradılan şəraitin nəticəsidir ki, muxtar respublika üzrə 2019-cu ildə müəyyənləşdirilmiş vergi proqnozu 115,4 faiz icra edilib. Özəl sektordan vergi daxilolmaları ümumi vergi daxilolmalarının 64,7 faizini təşkil etməklə, 2018-ci ilə nisbətən 4 milyon 153 min manat artıq olub ki, bu da muxtar respublikada özəl sektora göstərilən dövlət dəstəyinin bariz nümunəsidir. Əlverişli biznes şəraitinin yaradılmasının nəticəsidir ki, “bir pəncərə” qeydiyyat sistemi vasitəsilə 39 kommersiya hüquqi şəxs və 3599 fiziki şəxs sahibkarlıq fəaliyyəti üçün dövlət qeydiyyatına alınıb. Qeydiyyata alınan fərdi sahibkarların 73,5 faizi muxtar respublikanın rayonlarının payına düşüb. Vergi Məcəlləsinə edilmiş dəyişikliklər investisiya fəaliyyətini təşviq etməklə mikro, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsində geniş imkanlar yaradıb. Tətbiq olunan vergi güzəştləri barədə məlumat verən Azər Nağıyev qarşıya qoyulan vəzifələrin icrasında səylərin artırılacağını bildirib.

Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov bildirib ki, sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər özəl sektorda uğurların qazanılmasına səbəb olub, sənayenin çoxşaxəli inkişafı təmin edilib. 22 əsas və bir neçə törəmə şirkəti özündə birləşdirən “Cahan Holdinq” avtomobil və texniki xidməti, tütün və çay məmulatları istehsalı, tikinti materialları və istilik sistemləri istehsalı, ticarət, turizm, tikinti sahələrində nəzərəçarpacaq irəliləyişlər əldə edib. Tanınmış brendlərin rəsmi nümayəndəsi kimi də fəaliyyət göstərən holdinq Türkiyədə, Rusiyada, İsveçrədə, Birləşmiş Ərəb Əmirliklərində və Çin Xalq Respublikasında öz filiallarını açaraq xarici bazarlarda təmsil olunur. Bütün bunlarla yanaşı, holdinq Bakı şəhərində, eləcə də Gəncə, Masallı, Quba, Goranboy və Şəkidə öz xidmət sahələrini yaradıb. Vüqar Abbasov yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ailə Təsərrüfatları İctimai Birliyinin idarə heyətinin sədri Mübariz Şirəliyev çıxış edərək deyib: “Muxtar respublikada göstərilən dövlət qayğısı nəticəsində yüzlərlə ailə təsərrüfatı fəaliyyətə başlayıb. Yaradılan müasir infrastruktur, istehsal edilən kənd təsərrüfatı məhsullarının sərbəst bazara çıxarılması imkanlarının mövcudluğu insanların bu sahəyə marağını daha da artırıb. Mağaza və xidmət mərkəzlərində ailə təsərrüfatı məhsullarının satışının təşkili, eyni zamanda qapalı müəssisələrdə bu məhsullardan istifadə ailə təsərrüfatlarının inkişaf etdirilməsi sahəsində atılan əhəmiyyətli addımlardandır. Mövcud şəraitdən lazımınca yararlanaraq təsərrüfatımı ildən-ilə genişləndirərək 2019-cu ildə 14 hektar taxıl, 6 hektar kartof, 8 hektar qarğıdalı, 1 hektar soğan və tərəvəz, 1 hektar yonca əkini həyata keçirmişəm. Həmçinin toxumçuluq təsərrüfatı yaratmışıq. Ötən il təsərrüfatımızda 84 ton taxıl, 180 ton kartof, 72 ton qarğıdalı, 20 ton soğan və 20 ton tərəvəz istehsal etmişik. Bizi bu işlərin həyata keçirilməsinə ruhlandıran Ali Məclis Sədrinin ailə təsərrüfatlarına olan yüksək qayğısı və inamıdır. Bu da qarşımızda duran vəzifələrin həyata keçirilməsində məsuliyyətimizi daha da artırır”.

Bağçılıq təsərrüfatı ilə məşğul olan İsrafil Rəhimov deyib: “Muxtar respublikada torpaq mülkiyyətçilərinə subsidiya və kreditlərin verilməsi, texnika ilə təminatın ilbəil yaxşılaşması və aqrar sektorun inkişafına yaradılan münbit şəraitdən bəhrələnərək 2019-cu ildə Babək rayonunun Sirab kəndində fermer təsərrüfatımızı yaratmışıq. Təsərrüfatımızın ümumi sahəsi 11,5 hektardır. İlk illərdə 4,5 hektar ərazidə badam bağı salmışıq. Bununla yanaşı, muxtar respublikanın torpaq-iqlim şəraitinə uyğun 2 min şitil gətirilib. Təsərrüfatımızın fəaliyyətə başlaması əhalinin məşğulluğunun artırılmasında mühüm rol oynayıb. Ailəmizin işçi qüvvəsindən əlavə mövsüm ərzində 5 kənd sakini də təsərrüfatda işlə təmin olunur. Göstərilən qayğıdan bəhrələnərək bu ildən bağçılıq təsərrüfatımızın genişləndirilməsinə başlamışıq. Bu günə qədər təsərrüfatımızın qurulmasını şəxsi vəsaitimiz hesabına həyata keçirmişik. 6 hektar badam bağının salınması üçün Sahibkarlığın İnkişafı Fonduna 25 min manat maliyyə dəstəyinin göstərilməsi üçün müraciət etmişik”. İsrafil Rəhimov muxtar respublikada ailə təsərrüfatlarının inkişafı üçün yaratdığı şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Sonra Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası təltiflərinin təqdimatı olub. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 oktyabr və 25 dekabr tarixli sərəncamları ilə muxtar respublikanın kənd təsərrüfatı işçilərindən biri Azərbaycan Respublikasının “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı, biri 1-ci dərəcəli “Əmək” ordeni, ikisi 2-ci dərəcəli “Əmək” ordeni, ikisi 3-cü dərəcəli “Əmək” ordeni, dördü isə “Tərəqqi” medalı ilə təltif olunub. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 26 dekabr tarixli Sərəncamı ilə 3 nəfər Naxçıvan Muxtar Respublikasının “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı, 5 nəfər isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunub.

Ali Məclisin Sədri orden, medal və fəxri adları, eləcə də “Rəşadətli əməyə görə” nişanını təqdim edib.

Azərbaycan Respublikasının “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı ilə təltif olunan Rahət Hacıyev minnətdarlıq edərək deyib: “Muxtar respublikada sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılıb. Subsidiyaların, güzəştli kreditlərin verilməsi, suvarma şəbəkələrinin qurulması, “Araz” Elm-İstehsalat Birliyinin, eləcə də Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsi üçün yeni inzibati binanın istifadəyə verilməsi kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində görülən mühüm işlərdir. Biz kənd təsərrüfatı işçiləri də yaradılan şəraitdən səmərəli istifadə edəcək, göstərilən etimadı layiqincə doğrultmağa çalışacağıq.

2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunan Arif Cəfərov deyib: Muxtar respublikada aqrar sahədə görülən işlər bol məhsul istehsal etməyə imkan verir. Kənd təsərrüfatı işçilərinə, fermerlərə, torpaq mülkiyyətçilərinə verilən məsləhətlər işin düzgün qurulmasının əsas şərtidir. Bu gün Naxçıvan bütün sahələrdə nümunədir. Abadlaşan kəndlər, salınan rahat yollar insanlara göstərilən qayğının ifadəsidir. Arif Cəfərov Ali Məclisin Sədrinə “Şərəf” ordeninin təqdim olunması münasibətilə təbriklərini çatdırıb.

Digər təltif olunanlar da əməklərinə verilən qiymətə görə minnətdarlıq ediblər.

Sonra Ali Məclisin Sədri yeni istehsal və xidmət sahələrinin yaradılması üçün 12 sahibkara güzəştli kreditlərin çeklərini təqdim edib. Bu kreditlər ətlik istiqamətində heyvandarlıq, damazlıq, arıçılıq və balın emalı sahələrinin, eləcə də arıçılıq məhsullarının qablaşdırılmasına və bağçılıq təsərrüfatının yaradılmasına sərf olunacaqdır.

Güzəştli kreditlə təmin olunanlardan Süleyman Yusifov minnətdarlıq edərək deyib ki, muxtar respublikada sahibkarlara qayğı göstərilir. Ali Məclis Sədrinin iştirakı ilə keçirilən görüşlər, verilən tövsiyə və tapşırıqlar fəaliyyətimizin genişləndirilməsinə, yeni istehsal sahələrinin və sahibkarlıq subyektlərinin yaradılmasına stimul verir.

Tədbirdə 2019-cu ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafından bəhs edən filmə baxış olub.

Ali Məclisin Sədri Naxçıvan Biznes Mərkəzində muxtar respublikada istehsal olunan məhsullardan ibarət sərgiyə və Naxçıvan Avtomobil Zavodunun istehsalı olan yeni model avtomobillərə baxıb.

Qeyd olunub ki, sərgi salonunda Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafını əks etdirən makroiqtisadi göstəricilər və istifadəyə verilən obyektlər haqqında stendlər, muxtar respublikanın sənaye və kənd təsərrüfatı sahələri xəritəsi qoyulub. Burada muxtar respublikada fəaliyyət göstərən 78 müəssisənin 273 növdə, 1669 çeşiddə, eləcə də 64 ailə təsərrüfatının 16 növdə 168 çeşiddə məhsulu nümayiş olunur. Həmçinin mərkəzdə muxtar respublikada fəaliyyət göstərən sənətkarların, eyni zamanda, məhkumların və qadınların əl işləri də sərgilənir.

Bildirilib ki, Naxçıvan Avtomobil Zavodunda 6 çeşiddə yeni model avtomobil yığılır. “Avro 5” tələblərinə cavab verən, avtomatik sürət qutusu ilə təchiz olunmuş avtomobillər rahatlığı, keyfiyyəti və qənaətcilliyi ilə seçilir. Tələbata uyğun olaraq zavodun istehsal imkanlarının artırılması nəzərdə tutulur. Hazırda avtomobillərin nağd və kredit yolu ilə satışı həyata keçirilir.

Ali Məclisin Sədri muxtar respublikada istehsal olunan məhsulların çeşidinin, keyfiyyətinin və ixrac imkanlarının artırılması, ixrac olunan məhsullara vergi güzəştlərinin tətbiq edilməsi, ailə təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsi, daxili bazarın qorunması və yerli xammalla işləyən müəssisələrin yaradılması, xidmət sahələrinin fəaliyyəti ilə bağlı Tədbirlər Planının hazırlanması, Naxçıvan Avtomobil Zavodu tərəfindən ehtiyat hissələri təminatı və texniki xidmətin təşkili barədə tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür VİDEO

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür VİDEO

Rəşad Həsənov: Orta Dəhlizin imkanları genişləndirilir

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçilib

Nazir: Azərbaycan ilə Böyük Britaniyanın tranzit yükdaşımalarının həcmi 14 faiz artıb

Nazir müavini: Azərbaycanın nəqliyyat və rəqəmsal imkanları vahid bağlantılılıq konsepsiyasında birləşir

Tbilisidə nazirlər səviyyəsində dialoq: iqlim investisiyaları və regional əməkdaşlıq

Strateji neft ehtiyatlarının azalması qiymətlərin 100 dollardan yuxarı qalacağını deməyə əsas verir

“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib

Beynəlxalq Astronavtika Konqresində “Sülh üçün Kosmos-Antalya Deklarasiyası” qəbul edilib

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb

19 yaşlı müəllim Fidan Əliyeva: İnsan özünü işində göstərdikcə yaş məsələsi tədricən arxa plana keçir

Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir

Rusiyanın Qara dənizdə mülki gəmiyə hücumu nəticəsində ölən və yaralananlar var

Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq

“Bakıya uçuş. İncəsənət həftəsonu”: İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir

“YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” - DİA-da dəyirmi masa

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb

Azərbaycan Standartlaşdırma İnstitutu və Türkiyə Standartlar İnstitutu 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalayıb

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

QHT sədri: 2027-ci il sosial siyasətdə yeni mərhələnin başlanğıcı olacaq

Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

Professor: Sülh sazişləri təkcə beynəlxalq hüquqa deyil, həm də dövlətlərin konstitusion sistemlərinə əsaslanır

Elza Səmədova: Builki Astronavtika Konqresində 87 tələbəmizin məqaləsi “Scopus Index” bazasına daxil edilib

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Səudiyyəli yazıçı: Ədəbiyyat yalnız kitab deyil, cəmiyyətləri birləşdirən yumşaq gücdür –MÜSAHİBƏ

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Fransa yüksək faizlərin təzyiqi altındadır

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH

Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib

Gerlind Heckmann: Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə dinamika var

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO