Naxçıvanda Sahibkarlığın İnkişafı Fondunun maliyyələşdirdiyi layihələrin sayı artıb
Naxçıvan, 24 iyul, AZƏRTAC
Cari ilin yanvar–iyun ayları ərzində Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlara ümumilikdə 3,4 milyon manat güzəştli maliyyə dəstəyi göstərilib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu vəsait 101 layihənin maliyyələşdirilməsinə yönəldilib. Ötən ilin eyni dövrü ilə müqayisədə maliyyələşdirilmiş layihələrin sayı 31,2 faiz artıb.
Qeyd edilən dövr ərzində maliyyələşdirilmiş layihələrin 92,1 faizi, güzəştli kredit məbləğinin isə 70,7 faizi regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb.
Müxbir - Nail Əsgərov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:54]
Kürdəmirdə narkotik vasitələrin fəsadlarından danışılıb
- 05.10.2026 [17:37]
Naxçıvanda DOST Qəbul şöbələri yaradılır
- 05.10.2026 [17:30]
Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb
- 05.10.2026 [17:05]
Kəlbəcər sakinləri mina təhlükəsizliyi barədə məlumatlandırılıblar
- 05.10.2026 [16:58]
Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır
- 05.10.2026 [16:03]
Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb
- 05.10.2026 [15:57]
Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov
- 05.10.2026 [15:55]