NAXÇIVANDA TOFİQ BAKIXANOVUN YUBİLEYİ QEYD OLUNMUŞDUR
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Ramiz Zöhrabov, məsul katibi Lalə Hüseynova və başqaları çıxış edərək tanınmış bəstəkarın çoxşaxəli fəaliyyətindən danışmışlar.
Yubileyə həsr olunmuş konsertdə Tofiq Bakıxanovun bəstələdiyi əsərlərdən nümunələr səslənmişdir.
Sonra Tofiq Bakıxanov Naxçıvan şəhərindəki Ərtoğrul Cavid adına musiqi və bədii sənətkarlıq məktəbinin, musiqi kollecinin müəllim və şagirdləri ilə görüşmüşdür. Görüşün sonunda görkəmli bəstəkarın ümummilli liderimiz Heydər Əliyevə həsr etdiyi “Həmişə bizimləsən” simfonik poemasının lent yazısı səsləndirilmişdir.
Tofiq Bakıxanov həmin gün Naxçıvan Dövlət Universitetində olmuş, onun yaradıcılığına göstərilən böyük diqqət və ehtirama görə muxtar respublika rəhbərliyinə, naxçıvanlı sənətsevərlərə minnətdarlığını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:56]
Gülnarə Xəlilovanın kolleksiyası Ankarada yüksək qiymətləndirilib
- 16.10.2026 [14:51]
Daşkənddə “Dostluq” konserti təşkil edilib VİDEO
- 16.10.2026 [14:30]
Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib VİDEO
- 16.10.2026 [11:14]
Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO
- 16.10.2026 [11:12]