NAXÇIVANDA TÜRKİYƏ CÜMHURİYYƏTİNİN 82-Cİ İLDÖNÜMÜ QEYD EDİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Naxçıvan Gənclik kafesində Türkiyə cümhuriyyətinin 82-ci ildönümü münasibətilə keçirilən tədbirdə bu ölkənin Naxçıvandakı baş konsulu İsmayıl Sefa Yüccer və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Türkiyənin inkişaf yolundan, ölkələrimiz arasında sıx əməkdaşlıqdan danışmışlar. Türkiyə-Azərbaycan dostluğunun ildən-ilə daha da möhkəmləndiyini vurğulamışlar.
105 yaşlı alim Lətif Hüseynzadə 1918-1920-ci illərdə Naxçıvanı erməni silahlı quldur dəstələrinin zülmündən xilas etmiş Kazım Qarabəkir paşa ilə bağlı xatirələrini söyləmişdir.
Naxçıvan Dövlət Universitetində təhsil alan azərbaycanlı və türk tələbələr konsert proqramı ilə çıxış etmişlər.