Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda Ümummilli Liderin 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Naxçıvan, 10 may, AZƏRTAC

Mayın 10-da Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, dünyaşöhrətli siyasətçi, müdrik dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Heydər Əliyev Muzeyinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıdığını, Ulu Öndərin zəngin və çoxşaxəli irsinin öyrənilib təbliğ edilməsindəki aktiv rolunu, zəngin fond eksponatlarını, müxtəlif səviyyəli elmi konfranslar, seminarlar, interaktiv dərslər, görüşlər keçirdiyini və muxtar respublikanın həyatında müstəsna rolunu nəzərə alaraq muzeyə “muxtar respublika” statusu verilib. Muzeylə tanışlıqdan sonra Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü il 10 may tarixli “Heydər Əliyev Muzeyinə “muxtar respublika” statusunun verilməsi haqqında” Qərarı oxunub.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2023-cü il "Heydər Əliyev İli" elan olunub və respublikamızın bütün bölgələrində Ulu Öndərin ömür yolu, dövlətçilik fəaliyyəti, onun zəngin irsi araşdırılır və gənc nəslə ötürülməsi üçün təqdim olunur. Bu gün müstəqil Azərbaycanın uğurla inkişaf etdirilməsi məhz Heydər Əliyev siyasi xəttinin bəhrəsidir. Fuad Nəcəfli Ulu Öndərin Sovetlər Birliyi dövründən başlayaraq ölkəmizin inkişafını təmin etmək üçün həyata keçirdiyi tədbirlərdən, eyni zamanda Sovet İttifaqının ölkəmizə qarşı repressiyalarından bəhs edib. Qeyd olunub ki, Azərbaycan xalqı tarixdə 2 dəfə, ilk dəfə İkinci Dünya müharibəsində, sonra isə İkinci Qarabağ müharibəsində faşizmlə müharibə aparıb. Sevindirici haldır ki, biz hər iki müharibədə qalib olmuşuq.

Bildirilib ki, 1960-cı illərin əvvəlləri Azərbaycan olduqca çətin siyasi vəziyyətdə idi. Ovaxtkı Azərbaycan Sovet Sosialist Respublikasının rəhbərliyi mərkəzdə heç bir təsir imkanlarına malik deyildi. Azərbaycanın torpaqları, Azərbaycanın sərvətləri amansızcasına dağıdılır və respublikanın inkişafı üçün heç bir tədbir görülmürdü. Məhz belə bir dövrdə Ulu Öndər hakimiyyətə gəlmişdi və ona olduqca ağır bir miras buraxılmışdı. İkinci dəfə hakimiyyətə gəlişində də acınacaqlı mirasla üz-üzə idi. Lakin Heydər Əliyevin alnının yazısı idi ki, məhz Azərbaycanı yüksəkliklərə qaldırsın və bunu bacardı da. 1969-cu ildən sonrakı illərə diqqət yetirsək görərik ki, sovet sosialist respublikası olan Azərbaycanın bütün sahələr üzrə göstəriciləri sürətlə inkişaf edirdi. Dahi rəhbər Azərbaycan Sovet Sosialist Respublikasının inkişafı üçün əlindən gələni edirdi. 1969-cu ildə Azərbaycanın ciddi kadr çatışmazlığı vardı. Bu da islahatlar aparmaqda çətinliklər yaradırdı. Bu sahədə də ciddi işlər görüldü. Ulu Öndər deyirdi ki, “İndi bizim respublikada xalq təsərrüfatının daha kəskin ehtiyac hiss etdiyi ixtisaslar üzrə Sovet İttifaqının ən yaxşı tədris müəssisələrində hazırlanmış böyük kadr dəstəmiz vardır. Bu il Azərbaycanda cəmi 3600 oğlan və qız Sovet İttifaqının müxtəlif ali məktəblərində 244 ixtisas üzrə təhsil alacaqlar”. Hər il 500-dən artıq gəncin ittifaq əhəmiyyətli universitetlərdə və olduqca əhəmiyyətli ixtisaslar üzrə təhsil aldığı hər birimizə məlumdur. Sonrakı illərdə hərbi sahədə kadrların yetişdirilməsi üçün addımlar atıldı. O vaxt Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış məktəbi yaradarkən, Ulu Öndər daha sonrakı illərdə etirafı ilə bir daha hər kəsi təəccübləndirə bilmişdi. Dahi şəxsiyyət deyirdi ki, “Biz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk bünövrə daşlarını qoyanda o, bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimizə görə mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm. Bilirsiniz, sizə səmimi deyirəm. Cəmşid Naxçıvanski adına lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona bax bu cür baxacağam”. Hələ totalitar rejimin at oynatdığı bir dövrdə Dövlət Təhlükəsizlik Komitəsinin zabiti Azərbaycanın üstünlüyünü düşünürdü. Daha sonrakı illərdə Heydər Əliyevin yetişdirdiyi kadrlardan Azərbaycan Respublikasının müstəqilliyi üçün atdığı addımlarda, keçmiş dövrlərdə əsasını qoyduğu islahatlar nəticəsində əldə etdiyi bütün bəhrələrdə istifadə etməsi göstərirdi ki, o, Azərbaycan Respublikasının müstəqilliyi üçün çalışıb.

Qeyd olunub ki, 1982-1987-ci illər Ulu Öndərin həyatında xüsusilə önəmli dövrdür. Sovet İttifaqında hakimiyyət iyerarxiyasının ən yüksək mərhələlərinə yüksəlmiş ikinci bir azərbaycanlı yox idi. O, bunu səmimi şəkildə etiraf edirdi. Hələ o dövrdən Ümummilli Lider Azərbaycanın üzərindən diqqətini ayırmamışdı. Ölkəmizdə zavodlar tikilirdi, mədəniyyət müəssisələri fəaliyyət göstərirdi, kənd təsərrüfatı sahəsi inkişaf edirdi, mərkəzdən ayrılan vəsaitin əsas hissəsi Azərbaycanın inkişafına yönəldilirdi. Burada başqa bir məqam da var idi. Mənfur qonşularımız və onların havadarları dəfələrlə Azərbaycan, eləcə də türk soylu millətlərə qarşı müxtəlif təxribatlara əl atırdı. Bu təxribatların hər birinin qarşısı Ulu Öndər tərəfindən ustalıqla alınırdı. Ovaxtkı SSRİ rəhbəri Qorbaçov da erməni havadarları ilə birləşərək erməni soyqırımı kimi saxta iddiaların qəbul olunması layihəsini həyata keçirmək istəyirdilər. Lakin o vaxt Ulu Öndər peşəkarlıqla bu layihənin həyata keçirilməsinin qarşısını aldı. Sonrakı dövrlərdə dahi lider aparılan siyasətlə razılaşmayaraq vəzifəsindən istefa etdi.

Səlahiyyətli nümayəndə Ulu Öndərin Bakıya, oradan isə Naxçıvana qayıtmasından, taleyüklü qərarlar qəbul etməsindən, muxtar respublikanı işğaldan qurtarmasından, yenidən hakimiyyətə gələrək ölkənin hərbi, iqtisadi, mədəni cəhətdən inkişaf etdirilməsi uğrunda atdığı addımlardan, bu istiqamətdə keçirdiyi görüşlərdən danışıb. Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu siyasi xətti uğurla davam etdirir. 30 ildən artıq bir müddətdə Azərbaycanda qara yaraya çevrilmiş Qarabağ konflikti artıq tarixin zibilliyinə atılıb. Qarabağ Azərbaycanın bir parçasıdır. Vətən müharibəsindən sonra yaranmış daha bir reallıq isə respublikamızda böyük bir infrastruktur layihəsi olan Zəngəzur dəhlizi layihəsidir. Bu layihə həm regional, həm lokal, həm də kontinental mənada çox böyük bir təsirə malikdir. Bu mənada Naxçıvan Muxtar Respublikası üçün də Zəngəzur dəhlizi çox böyük perspektivlər açır. Qarşımıza qoyulmuş tapşırıqları layiqincə yerinə yetirəcəyik. Çünki biz Ulu Öndərin siyasi ardıcıllarıyıq.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov çıxışında deyib ki, bu il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizdə və Naxçıvan Muxtar Respublikasında silsilə tədbirlərlə geniş qeyd olunur, onun əziz xatirəsi ehtiramla yad edilir. Sovetlər Birliyi dövründən başlayaraq Ulu Öndər Heydər Əliyev uzaqgörənliklə ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks layihələrin həyata keçirilməsinə nail olmuşdur. O dövrdən başlanan sürətli inkişaf Azərbaycanın bütün regionlarını əhatə edib, sənaye, tikinti-quruculuq və aqrar-sənaye kompleksinin inkişafına nail olunub, emal və hasilat şəbəkəsi genişlənib. Respublikanın böyük şəhərlərində yeni iş yerləri yaradılmış, əhalinin işlə təminatı yaxşılaşdırılmışdır. Ölkənin elmi, iqtisadi, mədəni, hərbi və bunların vəhdətindən doğan siyasi potensialının yaradılması yolundakı keşməkeşli fəaliyyəti nəticəsində Ümummilli Liderimiz Heydər Əliyev əslində müstəqil Azərbaycanın dövlətçilik əsaslarını işləyib hazırlayıb. Ötən əsrin 90-cı illərində ölkəmizdə baş verən siyasi çəkişmələr yenicə qazanılmış müstəqilliyi itirmək təhlükəsi yaratmışdı. Ölkədaxili və regional siyasi proseslər Azərbaycanı, eləcə də Naxçıvanı uçurumun bir addımlığına gətirib çıxarmış, Ermənistanın əsassız torpaq iddialarına rəvac vermişdi. Belə bir dövrdə Ümummilli Liderimizin Naxçıvana qayıtması, 1991-ci il sentyabrın 3-dən 1993-cü il iyunun 9-dək olan müddətdə muxtar respublika Ali Məclisinin Sədri kimi fəaliyyət göstərməsi Naxçıvanı işğaldan, məhv olmaq təhlükəsindən xilas etdi. Ulu Öndər Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi qısa vaxtda həyata keçirdiyi möhtəşəm işlərlə müstəqilliyimizin təməl daşlarını qoydu.

Qeyd olunub ki, Ümummilli Liderimizin əsasını qoyduğu siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xalqımız öz xoşbəxtliyini, ölkəmiz isə öz inkişaf və tərəqqisini Ulu Öndərimiz Heydər Əliyevin ideyalarına və bu ideyaların daşıyıcısı olan Prezident İlham Əliyevin siyasi kursuna sədaqətdə görür. Azərbaycan ikitərəfli və çoxtərəfli formatda beynəlxalq və regional təşkilatlarla fəal əməkdaşlıq edir. Hazırda regionda və dünyada baş verən əsas iqtisadi, siyasi və mədəni proseslərdə Azərbaycan öz mövqeyini bildirir və mənafelərini qoruyur. Uğurlu xarici siyasət bu gün dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların diqqətini Azərbaycana yönəldib. İkinci Qarabağ müharibəsində qazanılmış tarixi Zəfər də ölkəmizin hərbi qüdrəti ilə yanaşı, həm də Ümummilli Liderimiz Heydər Əliyevin böyük müdrikliklə işləyib hazırladığı və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasət strategiyasının qələbəsidir. Bu qələbənin ən mühüm nəticələrindən biri isə 30 ildən artıq blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın digər bölgələri arasında quru əlaqəsinin yaradılması, regionda kommunikasiyaların açılması olacaqdır.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov bildirib ki, Ulu Öndərin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Səbuhi Məmmədov dahi şəxsiyyətin Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövrdə həyata keçirdiyi tədbirlərdən, muxtar respublikanın inkişafı istiqamətində gördüyü işlərdən danışıb. Bildirilib ki, yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev qısa zamanda ümummilli maraqlara əsaslanan və ali dəyərlərə söykənən fəaliyyəti ilə ölkədə milli həmrəyliyi və inkişafı təmin etdi. Bu gün Ümummilli Liderin siyasi xəttini uğurla davam etdirən, arzularını yerinə yetirən Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət və dərin islahatlar nəticəsində əldə edilən çoxsaylı uğurlar sırasında ən uca zirvədə isə Vətən müharibəsində qazandığımız parlaq Qələbə dayanır. Prezidentin iradəsi nəticəsində Zəngəzur dəhlizinin açılması ilə Naxçıvanın blokadasına son qoyulacaq, muxtar respublika tranzit-nəqliyyat imkanları ilə bütün bölgənin iqtisadi inkişafına öz töhfəsini verəcək.

Tədbir digər çıxışlarla davam etdirilib, Azərbaycan televiziyasının hazırladığı Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Əsrin adamı” filminə baxış olub.

Bədii hissə ilə davam edən tədbirdə Azərbaycan Respublikasının Xalq artisti Rza Xudiyev Asim Əliyevin “Bir nurlu heykəl yarat” şeirini qiraət edib, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı, Naxçıvan şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin şagirdləri tərəfindən konsert təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tarixçi alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1® həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb