Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Naxçıvanın publisistik xəritəsi” və “Yaratmaq amalı” dərs vəsaitlərinin təqdimatı olub

“Naxçıvanın publisistik xəritəsi” və “Yaratmaq amalı” dərs vəsaitlərinin təqdimatı olub

Naxçıvan, 23 oktyabr, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində (NDU) Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə nəşr olunan Mətanət Məmmədovanın “Naxçıvanın publisistik xəritəsi” və Sahil Tahirlinin “Yaratmaq amalı” dərs vəsaitlərinin təqdimatı olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, NDU-nun rektoru Elbrus İsayev çıxış edərək universitetin artıq bir neçə ildir muxtar respublikanın jurnalist kadr hazırlığını məqsədyönlü şəkildə həyata keçirdiyini deyib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu sahəyə qayğısı nəticəsində universitetdə Media Mərkəzi və Jurnalistika ixtisasının fəaliyyəti üçün yaradılan geniş maddi-texniki baza, eyni zamanda, təcrübi imkanlar günün tələblərinə cavab verən jurnalistlərin yetişdirilməsinə şərait yaradır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncama əsasən Jurnalistika ixtisası da hamiliyə verilib. Bu gün universitetdə təhsil alan tələbə-jurnalistlər Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində, “Şərq qapısı” qəzeti redaksiyasında təcrübə keçir, bilik və bacarıqlarını artırır. Bildirilib ki, təqdimatı keçirilən hər iki kitab mövzu-məzmun, forma-metodiki cəhətdən zəngindir. Dövrün aktual mövzularının öz əksini tapdığı kitablar həm dərs vəsaiti kimi tələbələrimizə peşəkar jurnalistikanın qaydalarını mənimsəməkdə, həm də gələcəyin təcrübəli jurnalisti kimi yetişmələri üçün mühüm mənbə rolunu oynayacaqdır.

Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov muxtar respublikada kütləvi informasiya vasitələri üçün yaradılan müasir şəraitdən danışıb. O, Ali Məclis Sədrinin Azərbaycan Respublikasının əməkdar jurnalisti Mətanət Məmmədovanın “Naxçıvanın publisistik xəritəsi” və jurnalist Sahil Tahirlinin “Yaratmaq amalı” kitablarının NDU-nun Jurnalistika ixtisasında dərs vəsaiti kimi tədris olunmasını tövsiyə etməsini muxtar respublikada mətbuat və kütləvi informasiya vasitələrinə göstərilən diqqətin nümunəsi kimi qiymətləndirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Mətanət Məmmədova çıxış edərək deyib: “Naxçıvanda mətbuatın bugünkü inkişafı Ali Məclis Sədrinin mətbuata diqqət və qayğısı sayəsində mümkün olub. Muxtar Respublika 30 ilə yaxındır ki, blokada şəraitində inkişaf və tərəqqi edir. Bu gün Naxçıvanın ən ucqar kəndlərindən tutmuş müasirləşən şəhərlərinədək hər bir yerində qurulub-yaradılanlar jurnalistlərə yeni-yeni mövzu və ideyalar verir. Muxtar respublikada fəaliyyət göstərən jurnalistlər onlar üçün yaradılan şəraitdən səmərəli istifadə edərək sərbəst və müstəqil fəaliyyətləri ilə cəmiyyət həyatının müxtəlif sahələrinə aid aktual problemləri işıqlandırırlar. Göstərilən bu qayğı muxtar respublikanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatını əks etdirən yazılarla mətbuatda çıxış etməyimiz və bu yazıların kitab şəklində nəşr olunması ilə nəticələnib. Bu il Azərbaycan milli mətbuatının yaranmasının 145 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən tədbirdə Ali Məclisin Sədri Vasif Talıbov “Naxçıvanın publisistik xəritəsi” və “Yaratmaq amalı” kitablarının NDU-nun Jurnalistika ixtisasında dərs vəsaiti kimi istifadə olunmasını tövsiyə edib. Bu yüksək dəyərə və göstərilən qayğıya görə Ali Məclisin Sədrinə dərin minnətdarlığımızı bildiririk”.

Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli çıxış edərək bildirib ki, dövlətimiz, xalqımız, cəmiyyətimiz üçün taleyüklü proseslərin getdiyi bir vaxtda bu tədbirin keçirilməsi böyük əhəmiyyət kəsb edir. Ötən əsrin 90-cı illərində Naxçıvan həqiqətlərinin dünyaya çatdırılmasında çətinliklər var idi. Bu gün informasiyanı dünyanın istənilən nöqtəsinə müxtəlif dillərdə çatdırmaq imkanına malikik. Muxtar respublikanın quruculuq mərhələsi medianı da əhatə edib. Bu gün muxtar respublikanın kütləvi informasiya vasitələri ordu gücünə malikdir. Təkcə döyüş meydanında yox, informasiya savaşında da mübarizə aparırıq. Naxçıvan həqiqətləri istər televiziya, istərsə də qəzetlər vasitəsilə geniş auditoriyaya çatdırılır. Hər bir jurnalistin, hər bir yaradıcı qələm adamının mediaya rahat çıxışı təmin edilib. Bu imkanlardan tələbələr maksimum dərəcədə faydalanmalı, öz üzərlərində çalışmalıdırlar. Bu gün təqdimatı keçirilən kitablar da göstərilən dövlət qayğısının bariz nümunəsidir. Sahil Tahirli Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin kollektivi adından göstərilən diqqət və qayğıya görə Ali Məclis Sədrinə minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikasının əməkdar jurnalisti, “Şərq qapısı” qəzetinin baş redaktoru Mehriban Sultanova çıxış edərək deyib ki, Azərbaycanın şərəfli tarixinin yazıldığı bir dövrdə hər bir jurnalist əsl vətənpərvər ziyalı kimi müsəlləh əsgər missiyasını şərəflə yerinə yetirməyə çalışmalı, öz cəbhəsində, fəaliyyətində əzmlə mübarizə aparmalıdır. Jurnalistika sahəsində yaradılan şərait muxtar respublikada bu sahəyə göstərilən böyük dövlət qayğısıdır. Təqdimatına toplaşdığımız kitablar isə günümüzün salnaməsinin yazılması baxımından dəyərli vəsaitlərdir.

NDU-nun Jurnalistika ixtisası üzrə III kurs tələbəsi Qızbəsti Quliyeva çıxış edərək muxtar respublikada gənc jurnalistlərin yetişdirilməsi üçün yaradılan şəraitdən danışıb, Jurnalistika ixtisasının müəllim və tələbələri adından minnətdarlığını bildirib.

Sonra “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasına əsasən Jurnalistika ixtisasının Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə və “Şərq qapısı” qəzeti redaksiyasının hamiliyinə verilməsi istiqamətində görülən işlər müzakirə olunub, təkliflər verilib, gələcək perspektivlər müəyyənləşdirilib.

NDU və Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin hamiliklə bağlı 2020-2021-ci tədris ili üçün tədbirlər planı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Sonra Media Mərkəzi ilə tanışlıq olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub