NAXÇIVANIN RABİTƏ ŞƏBƏKƏSİ BEYNƏLXALQ STANDARTLARA UYĞUN QURULUR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir Naxçıvan MR-in Ali Məclisinin sədri Vasif Talıbovla görüşmüş, 2004-cü ildə Naxçıvanın rabitə şəbəkəsinin daha da inkişaf etdirilməsi üçün hazırlanmış tədbirlər planı və onun həyata keçirilməsi ilə bağlı ətraflı söhbət aparmışdır.
Sonra nazir Naxçıvanın rabitə şəbəkəsinin mövcud problemlərini və inkişaf perspektivlərini Muxtar Respublikanın rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədovla müzakirə etmişdir.