Nazir: Birləşmiş Ərəb Əmirlikləri neft istehsalını artırmağa başlayıb
Bakı, 11 oktyabr, Nihad Budaqov, AZƏRTAC
Birləşmiş Ərəb Əmirlikləri bu ilin üçüncü rübündən etibarən xam neft hasilatını artırmağa başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri, OPEC Konfransının prezidenti Suhail Mohamed Al Mazrouei öz “twitter” səhifəsində yazıb.
Nazir bazarın tələb etdiyi kimi, ölkəsinin oktyabr və noyabr aylarında istehsal səviyyəsini artırmağa başladığını bildirib: “Cari ilin sonuna kimi Birləşmiş Ərəb Əmirliklərinin gündəlik neft istehsalının 3,5 milyon barrrelə çatacağı nəzərdə tutulur. Birləşmiş Ərəb Əmirlikləri bazarda sabitliyin və balansın təmin edilməsi üçün OPEC və OPEC-ə üzv olmayan ölkələrlə işləməkdə qərarlıdır”.
OPEC-in son hesabatına görə, sentyabr ayında Birləşmiş Ərəb Əmirliklərinin neft hasilatı 30 min barrel artaraq sutkada 3 milyon barreli ötüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]