Nazir: Gürcüstan hələlik beynəlxalq aviareysləri qəbul etməyə hazır deyil
Tbilisi, 28 iyun, AZƏRTAC
Gürcüstan beynəlxalq aviauçuşların bərpasını təxirə saldı. Ona görə ki, Gürcüstan hələlik eyni vaxtda müxtəlif ölkələrdən gələcək sərnişinləri qəbul etməyə hazır deyil.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın İqtisadiyyat naziri Natia Turnava söyləyib. Nazir deyib ki, Gürcüstan iyulun 1-dən beynəlxalq aviauçuşları bərpa etmək niyyətində idi. Lakin koronavirusla bağlı mövcud vəziyyət səbəbindən bu qərarın icrası daha bir ay təxirə salındı.
Onun sözlərinə görə, həm regionda, həm də dünyada epidemioloji vəziyyəti birmənalı qiymətləndirmək olmaz. Bir çox ölkələr beynəlxalq aviareysləri qəbul etməyə hazır deyil.
Nazir onu da bildirib ki, hazırda çarter reyslər həyata keçirilir və artıq üç marşrut müəyyən olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]